 |
Gündəm
ARDNŞ BEYNƏLXALQ BANKDAN HESABLARINI GERİ ÇƏKİR 2010-09-02 Cahangir Hacıyevin bankını müflisləşdirib özəlləşdirəcəklər Neft Şirkəti əməliyyatlarını “Paşa-Holdinq”in nəzarətindəki “KapitalBank” vasitəsilə aparacaq
|
Dövlət Neft Şirkəti (ARDNŞ) Beynəlxalq Bankdan (BB) hesablarını köçürür. Bu barədə redaksiyamıza şirkətin idarələrindən birində çalışan işçilər məlumat veriblər. Məlumatda bildirilir ki, artıq onlara kartları dəyişmək üçün lazım olan məlumatları təqdim etmək tapşırılıb. Məsələnin ən maraqlı tərəfi isə hesabların hansı banka köçürülməsidir. Belə ki, işçilərin verdiyi məlumata görə, bundan sonra ARDNŞ-nin bank əməliyyatları “KapitalBank” vasitəsilə aparılacaq. Adının çəkilməsini istəməyən iqtisadçı-ekspertlərdən biri “Yeni Müsavat”a açıqlamasında xəbərin gerçək olduğunu təsdiqlədi. Bankla bağlı proseslərdən xəbərdar olduğunu deyən iqtisadçının sözlərinə görə, hesabların köçürülməsi BB-nin özəlləşməyə hazırlanması ilə bağlıdır: “Beynəlxalq Bankın dövlətsizləşdirilməsi həm yerli ictimaiyyətin, həm də beynəlxalq maliyyə institutlarının tələbidir. Qurumun özəlləşdirilməsi uzun illərdir nəzərdə tutulsa da proses hələ reallaşmayıb. Beynəlxalq Bank Azərbaycanın bank sektorunda olduqca böyük paya malikdir. Hazırda bankın bazar payı 50 faizdən artıqdır. Ölkədə fəaliyyət göstərən 46 bank tərəzinin bir gözündədir, Beynəlxalq Bank başqa gözündə. Bu, o deməkdir ki, bu bank sistemdə əhəmiyyətli bir qurumdur. Belə olan halda vəziyyət qəlizləşir. Yəni əgər bu vəziyyətdə bank birdən-birə özəlləşdirilərsə, proseslər dövlətin nəzarətindən çıxa, bank və maliyyə sektorunda problem yarana bilər. Ona görə də bankın bazar payını azaldıb sonra özəlləşmə prosesinə start verəcək”. Ekspertin sözlərinə görə, indiki imkanlarla BB-ni heç kim ala bilməz. Odur ki, özəlləşdirmədən əvvəl onu zəiflətmək ən uyğun variantdır. Həmsöhbətimiz onu da dedi ki, hesablarını köçürən təkcə ARDNŞ olmayacaq.
Məlumat üçün bildirək ki, 2010-cu ilin 6 ayı ərzində BB-nin aktivləri 4,5 faiz artaraq 5,3 milyard manat həddinə çatıb. Kredit portfelinin həcmi isə 3,9 milyard manat təşkil edib. Bankın kredit portfelinin həcmi 4,5 milyard səviyyəsindədir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,3 faiz çox olmaqla kredit bazarının 49 faizini təşkil edir. Bankın öhdəlikləri 60,4 faiz artaraq 4,67 milyard manata yüksəlib. 2010-cu ilin 6 ayı ərzində BB-nin müştərilərinin sayı 7 faiz artaraq 920 min nəfər olub. Hesabat dövründə bankda əhalinin əmanətlərinin ümumi həcmi 22 faiz artaraq 600 milyon manata çatıb. Bu gün BB ölkənin ən kapitallaşdırılmış bankı sayılır. 2010-cu il 1 iyul tarixinə bankın nizamnamə kapitalı 240 milyon manat təşkil edir. Balans kapitalı isə 627,7 milyon manat səviyyəsindədir. BB bu il Azərbaycanın büdcəsinə 22 milyon manat müxtəlif xarakterli vergi ödənişlərini həyata keçirib. 2010-cu ilin I yarısında bankın gəlirləri 189,98 milyon manat təşkil edib. Azərbaycanda dövlət nəzarətində olan yeganə bankın vergiyə qədərki mənfəəti 41,4 milyon manat olub. Bank 31,5 milyon manat həcmində xalis mənfəət əldə edib. Hazırda bankın ölkə daxilində 600 bankomatı, təxminən 3000-ə qədər POS-terminalı fəaliyyət göstərir. Qeyd edək ki, “KapitalBank” aktivlərinin həcminə görə bank sektorunda BB-dən sonra ikinci yerdə gəlir. Məsələnin daha maraqlı tərəfi BB-nin hesablarının köçürüldüyü “KapitalBank”ın səhmlərinin əksər hissəsinin “Paşa-Holdinq”ə məxsus olmasıdır. Bu məqamı elə-belə qeyd etmədik. Diqqətli oxucuların xatirində olar, bir müddət əvvəl ölkənin bank və maliyyə sektorunun “Paşa-Holdinq” ətrafında birləşdirilməsi haqda yazmışdıq. Xatırladaq ki, buna qədər adıçəkilən holdinq saysız-hesabsız irili-xırdalı bank və maliyyə qurumlarını müxtəlif yollarla alıb. Artıq 2000-ci ildən fəaliyyət göstərən “KapitalBank”ın da səhmlərinin 97,5 faizi “Paşa Holdinq”ə məxsusdur. Qalan 2,5 faizlik pay isə bankın əmək kollektivinin adındadır. Bankın ölkə üzrə 89 filialı, 326 bankomatı və 411 POS-terminalı var. Bu, kifayət qədər geniş fəaliyyət deməkdir. “KapitalBank” həmçinin dövlət rüsumlarının, vergilərin, sosial müdafiə ödənişlərinin ödənməsində və s. bir çox əməliyyatların həyata keçirilməsində monopolist bankdır.
Xatırladaq ki, bu ilə qədər “KapitalBank”ın səhmdarları rolunda “ATA Holdinq” (30 faiz), “Paşa Holdinq” (30 faiz), “Xalq Sığorta” (15 faiz), “Azersun Holdinq” (10 faiz), fiziki şəxslər (10 faiz) və bankın əmək kollektivi (5 faiz) çıxış edib. Bundan əvvəl isə öz ətrafında “ATA Bank”, “ATA Sığorta” kimi iri maliyyə-sığorta qurumlarını birləşdirən və fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olan “ATA Holdinq”i, keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan ABU imperiyasını (tərkibinə ABU yanacaqdoldurma məntəqələri, “BankStandard” və s. qurumlar daxildir) birləşdirməyə müvəffəq olub. Holdinqin özü isə “Paşabank” və “PaşaSığorta” kimi iri maliyyə qurumlarından, həmçinin xeyli sayda biznes obyektlərindən ibarətdir. “Paşa-Holdinq”in sərvət bölgüsündə növbəti qurbanın BB sədri Cahangir Hacıyevin olması barədə yazmışdıq. ARDNŞ kimi iri dövlət qurumunun hesablarını bu bankdan holdinqin ən son uğurlu layihəsi olan “KapitalBank”a köçürməsi yazdıqlarımızın təsdiqidir. Heç şübhəsiz ki, BB-ni “Paşa-Holdinq” üçün “hazırlayırlar”. Həm ARDNŞ-nin, həm də BB-nin mətbuat xidmətlərinin rəhbərləri məzuniyyətdə olduqlarından əməkdaşımızın hesablarının köçürülməsi ilə bağlı sualını cavablandıra bilməyiblər. Təbriz CƏFƏR 8082 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|