13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

BMT QARABAĞ QƏTNAMƏSİNİ AYIN 7-də MÜZAKİRƏ EDƏCƏK

2010-09-02

Ermənistanın bu təşkilatdakı səfiri etiraf edir ki, görülən işlərə baxmayaraq sənədin səsvermədən keçəcəyi gözlənilir

BMT Baş Assambleyasının 64-cü illik sessiyasının plenar iclaslarında Qarabağa dair qətnamənin səsverməyə çıxarılacağı gün dəqiqləşib. BMT-nin rəsmi saytında yer alan məlumata görə, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi sentyabrın 7-də müzakirə olunacaq. Qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir.

Həmin gün assambleyanın gündəliyinin 14-cü maddəsini təşkil edən “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsirləri” məsələsi də müzakirə olunacaq. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir.
Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır.
Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb. Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin.
Xəbər verildiyi kimi, Qarabağ məsələsinin BMT-də müzakirəyə çıxarılması Ermənistanı narahat edib. Prezident Serj Sərkisyan Bakının bu addımını “kobud səhv” kimi qələmə verərək İrəvanın cavab addımları atacağını deyib. Ermənistanın BMT-dəki səfiri Karen Nazaryan isə “Jamanax” qəzetinə müsahibəsində etiraf edib ki, onların apardığı işlərə baxmayaraq, qətnamə layihəsinin səsvermədən keçmək şansı var. Nazaryan bildirib ki, Ermənistan XİN-dən verilən təlimat əsasında onlar Azərbaycanın bu addımının qarşısını almaq üçün mümkün olanı ediblər: “Biz müzakirələri, görüşləri davam etdiririk, səfirliyimiz qətnamə layihəsi ilə bağlı fəal işləyir. Hələlik səsvermənin necə nəticələnəcəyini demək çətindir. Bizim səfirliyimiz Baş Assambleyanın üzvü olan ölkələrin səfirlikləri ilə intensiv görüşlərdən sonra belə qənaətə gəlib ki, əsasən İslam Konfransı Təşkilatına üzv ölkələr Azərbaycanı dəstəkləyir. Bir çox ölkələr isə bitərəfdir. Ümid edirik ki, layihəyə səs verənlərin sayı 2008-ci ildə olduğundan çox olmayacaq”.

Siyasət şöbəsi

726 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008