13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MEYİTİ TÜRKİYƏDƏ TAPILAN GENERAL BAKIDA ÇEÇEN “OVLAYIB”

2010-09-02

Rusiya hərbi kəşfiyyatının direktor müavininin müəmmalı ölümü ilə bağlı sensasiyalı məlumatlar yayılır

Rusiya Silahlı Qüvvələri Baş Qərargahına bağlı Baş Kəşfiyyat İdarəsinin (QRU) direktor müavini, general İqor İvanovun müəmmalı ölümü ilə bağlı yeni məlumatlar yayılır. Belə məlum olur ki, cəsədi Aralıq dənizinin Türkiyə sahillərindən tapılan general xarici ölkələrdə, o cümlədən Azərbaycanda nüfuzlu çeçen səhra komandirlərinin öldürülməsi əməliyyatlarına bilavasitə rəhbərlik edib.

Xəbər verildiyi kimi, əvvəlcə Rusiya mətbuatı generalın “faciəli şəkildə həlak olması” barədə qısa məzmunlu xəbər yayıblar və onun ötən həftə dəfn edildiyini bildiriblər. Daha sonra hərbi kəşfiyyata yaxın mənbələr generalın ölümü ilə bağlı bəzi təfərrüatları açıqlayıb. Bildirilib ki, İ.İvanov Suriyanın Aralıq dənizi sahillərində istirahət edərkən dənizdə batıb və onun cəsədi bir neçə gün sonra Türkiyənin Hatay vilayətinin Cevlik qəsəbəsi yaxınlığında balıqçılar tərəfindən aşkar olunub. Lakin cəsədin şəxsiyyətini müəyyən etmək üçün bir neçə gün vaxt lazım olub.
İsrail mənbələri isə bu faktı araşdıraraq ilginc məqamlar üzə çıxarıb. “Mossad”a bağlılığı ilə tanınan “Debka” saytının xəbərinə görə, 52 yaşlı QRU generalı hələ avqustun əvvəllərində Suriyanın liman şəhəri Latakiyə sahillərində batıb. Buna baxmayaraq, bu cür yüksək rütbəli şəxsin itkin düşməsi ilə bağlı xəbər gizli qalıb. İvanovun cəsədi təxminən 10 gün sonra - avqustun 12-də Türkiyənin cənub sahillərində balıqçılar tərəfindən sahildə aşkar edilib. Cəsədin kimə məxsus olduğu uzun müddət araşdırılıb.
Nəhayət, generalın cəsədi tanınıb. “Debka” Yaxın Şərqdəki kəşfiyyat mənbələrinə istinadən bildirir ki, generalın təsadüfən batdığı ağlabatan deyil: “Çox güman ki, onu öldürüb dənizə atıblar”.
Generalın müəmmalı ölümü ilə bağlı Rusiya və Türkiyə mətbuatı da yazır. “Komsomolskaya pravda” qəzeti də hərbi kəşfiyyat generalının ölümündə çeçen yaraqlılarının əli ola biləcəyini vurğulayır.
QRU Rusiyanın ən məxfi və qorxulu kəşfiyyat strukturu hesab edilir. Bu struktur xarici ölkələrdə diversiya əməliyyatları, sui-qəsdlər və hakimiyyət çevrilişləri təşkil etmək iqtidarındadır. Məlumatlara görə, QRU agentlərinin sayı Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının sayından azı 7 dəfə çoxdur, Rusiyanın kəşfiyyat peykləri də QRU-nun nəzarətindədir. QRU Şimali Qafqazda da yaraqlılara qarşı gizli əməliyyatları həyata keçirib. Türkiyə mətbuatı qeyd edir ki, 2000-ci ilin əvvəllərindən başlayaraq QRU Türkiyə, Azərbaycan, Avstriya və Qətərdə bir sıra tanınmış səhra komandirlərinin öldürülməsini təşkil edib. Həmçinin Rusiya hakimiyyətinə müxalifətdə olanların xaricdə neytrallaşdırılması əməliyyatlarını həyata keçirib. Bildirilir ki, QRU-nun xaricdəki çeçen səhra komandirlərinə qarşı əməliyyatlarının planlaşdırılmasına və həyata keçirilməsinə birbaşa cavabdeh olan şəxs məhz general İ.İvanov olub. QRU-nun Bakıda 2001-ci ilin mayında tanınmış çeçen komandiri Maqomed Kariyevi, 2002-ci ilin noyabrında Xızır Talxadovu, 2003-cü ilin sentyabrında Vaha İbrahimovu aradan götürdüyü bəllidir.
Generalın Suriyaya heç də istirahət getmədiyi də üzə çıxıb. Məlum olub ki, o, Suriyanın Aralıq dənizi sahillərindəki kurort şəhəri olan Lazkiyədə QRU-nun bazasına baş çəkmək və hansısa məxfi tapşırığı həyata keçirmək üçün gedibmiş. Onun Lazkiyəyə getdiyi günlərdə Suriya prezidenti Bəşər Əsəd də ailəsi ilə birlikdə orada istirahətdə imiş. “Komsomolskaya pravda” qəzeti generalın dənizdə çimərkən boğulması ehtimalını istisna edərək yazır ki, o, peşəkar üzgüçü və dalğıc olub. Üstəlik, Lazkiyə sahillərindəki çimərliklər peşəkar xilasedicilərin nəzarətindədir. Rusiya mediası bildirir ki, generalı Suriyada çeçen yaraqlıları izləyib aradan götürə bilərdi.
Onun cəsədi avqustun 16-da tapılıb və tanınmaz halda olub. Suriyada sıx yaşayan güclü çeçen diasporu var və Şimali Qafqazdan qaçan keçmiş səhra komandirlərinin bir çoxu hazırda həmin ölkədədir. Onların “əl-Qaidə” ilə də sıx təmasları mövcuddur.

F.MƏMMƏDOV

5583 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008