12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

PROKURORLUĞUN BATIRDIĞI İŞLƏR...

2010-09-03

“MTN-in belə cinayətləri açmaq imkanları daha yüksəkdir”

Milli Təhlükəsizlik Nazirliyi (MTN) prokurorluğun batırdığı daha bir cinayət işini açıb. MTN cəbhə xəttinin Tərtər istiqamətində 2008-ci ilin dekabrında baş verən və xəbəri ilk dəfə “Yeni Müsavat” tərəfindən yayılan şok hadisəni törədənləri həbs edib. Tərtər rayonundakı N saylı hərbi hissəsinin döyüş postuna hücum edərək 1 əsgəri öldürən, digərini yaralayan naməlum silahlı qrup “Sumqayıt camaatı” adlı silahlı radikal (vəhhabi) dini qruplaşmanın üzvləridir. Onların posta basqın etməkdə məqsədi silah-sursat ələ keçirmək olub. Tərtər rayonunun Qapanlı kəndi ərazisində yerləşən N saylı hərbi hissənin ermənilərlə üz-üzə olan postuna hücum etmiş 4 naməlum silahlı şəxs 1 əsgərimizi öldürüb, 1 kiçik çavuşu isə yaralayıb.

Hərbi hissəsinin kəşfiyyat tağımının əsgəri Xaşayev Üzeyir Elşad oğlunun qəsdən öldürülməsi, həmin tağımın kiçik çavuşu Şeyubov İslam Şeyub oğluna odlu silahla güllə yarası xəsarəti yetirilməsi və hərbi hissəyə məxsus odlu silahların talanması faktına görə Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğuna göndərilib. Göstərilən cinayətləri törətmiş şəxslər müəyyən edilmədiyindən cinayət işinin istintaqı 06 yanvar, 2010-cu il tarixdə dayandırılıb.
MTN-in əməliyyat tədbirləri nəticəsində cinayət işinin üstü açılıb. Belə ki, bu nazirlik tərəfindən zərərsizləşdirilmiş “Sumqayıt camaatı” adlı silahlı birləşmənin üzvlərinin - Məmmədov Ramin Ramiz oğlu, Məmmədov Əsgər Ramiz oğlu, Rəhimov Vüqar Ətraf oğlu, Məmmədov Yavər Ramiz oğlu, Camalov Elçin Zakir oğlu, Adilov Saleh Valeh oğlu, habelə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 17 iyun, 2010-cu il tarixli hökmü ilə “Sumqayıt camaatı” adlı silahlı birləşmənin cinayət işi üzrə məhkum edilmiş Druskar Elşən Davud oğlu, Həsənov Tural Məhəmməd oğlu və Qazıyev Elnur Fizuli oğlunun Tərtərdəki hadisəni törətdikləri üzə çıxıb. Onlar bir qədər əvvəl bu hərbi hissədə hərbi xidmət keçmiş Əsgər Məmmədovun parolu bilməsindən yararlanaraq guya postları yoxlamaq adı ilə həmin əsgərləri kənara apararaq onlardan birini öldürüb, digərini yaralayıblar. Daha sonra hərbi hissəyə məxsus 1 ədəd “SVD” markalı snayper tüfəngini, bu silaha aid içində 30 ədəd patron olan 3 ədəd sandıqçanı, 2 ədəd “AKMS” markalı avtomat silahı və onlara aid içində 60 ədəd patron olan 2 ədəd sandıqçanı özləri ilə götürərək Bakıya qayıdıblar...
MTN hazırda bu cinayət əməli ilə bağlı istintaqı davam etdirir.
Cinayət hadisəsinin detallarından da görünür ki, istənilən peşəkar müstəntiq bu cinayət işinin izinə düşə bilərdi. Lakin prokurorluq çox da hay-küy salmadan, əslində ictimaiyyətə də heç bir bilgi vermədən belə bir ağır cinayət işinin istintaqını dayandırıb. Bu dövlət üçün olduqca təhlükəli və ağır bir cinayətdir. Çünki ordunun içinə girərək, əsgəri güllələyib silah aparmaq balaca məsələ deyil. Odur ki, bu işə xitam vermək biabırçılıqdır. Təbii ki, MTN işi açdıqdan sonra prokurorluğun bu işi aparan əməkdaşları da sorğu-sual olunmalıdır, onların hansı əsasla cinayət işini bağladıqlarına aydınlıq gətirməlidirlər.
Qeyd edək ki, analoji hadisə - prokurorluğun batırdığı işlərin MTN tərəfindən açılması 2005-ci ildə də baş vermişdi. 1993-cü ildən bu yan Bakıda və respublika ərazisində çoxsaylı dəhşətli cinayətlər törətmiş Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı Hacı Məmmədovun bandasının törətdiyi cinayətlərin hamısı 2005-ci ilə qədər prokurorluq əməkdaşlarının seyflərində yatıb. Onlara ya xitam verilib, ya da iş açılmamış cinayət kimi saxlanılıb. Hacı Məmmədovun bandası mühakimə olunarkən bu fakt da üzə çıxmışdı ki, Hacı Məmmədovun bandasının qətlə yetirdiyi Rəna Nəsibova adlı qadının guya narkotikdən zəhərlənməsi adı altında işi bağlamışdılar. Hansı ki, onun Hacı Məmmədov tərəfindən qətlə yetirildiyi barədə prokurorluğun rəhbərliyinə məlumat verilibmiş...
Məsələyə dair mövqeyini öyrəndiyimiz “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin direktoru Müzəffər Baxış dedi ki, Cinayət Prosessual Məcəllənin tələblərinə görə, cinayət işi başlanıldıqdan sonra iki aylıq müddət ərzində təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilməlidir: “Amma bir çox hallarda məsuliyyətə cəlb edilməli olan şəxs müəyyən edilmədikdə iki aylıq müddət keçdikdən sonra qanun həmin işin istintaqının dayandırılmasına imkan verir. Amma ümumiyyətə, cinayət işinin açılması CPM-ə görə, iki yolla həyata keçirilir. Ya cinayət istintaq yolu ilə açılır, ya da prokurorluğun borcudur ki, həmin cinayəti törədən şəxsin müəyyən edilib tutulması üçün əməliyyat-axtarış işini həyata keçirən orqanlara tapşırıq versin. Bu baxımdan belə ağır cinayətlərin istintaqı iki aylıq müddətdən sonra deyil, daha çox müddət keçdikdən sonra dayandırılmalıdır”.
Prokurorluğun aça bilmədiyi işin MTN tərəfindən açılmasına gəlincə, M.Baxışov bildirdi ki, bir qayda olaraq Milli Təhlükəsizlik Nazirliyinin bu kimi cinayətləri törədənləri yaxalamaq imkanları böyükdür: “Prokurorluğun üzərinə birmənalı getmək də olmaz ki, bu cinayət işini niyə aça bilmədiniz. MTN əməliyyat-axtarış funksiyasını həyata keçirən orqandır. Onun törədilən və hazırlanan cinayətlər üzrə axtarılan şəxsləri aşkara çıxarmaq imkanları prokurorluqdan qat-qat yüksəkdir. Prokurorluğun belə imkanları azdır”.
Hüquqşünasın sözlərinə görə, prokurorluq sadəcə vaxtında bu cinayəti törədənlərin tapılması üçün əməliyyat-axtarış funksiyasını həyata keçirən orqana tapşırıq verməli idi. Belə bir tapşırığın verilib-verilməməsi isə istintaq sirri saxlandığından bunu dəqiqləşdirmək mümkün deyil.

Tofiq ƏHMƏDLİ

1275 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

ARXIV

Yeni MÜSAVAT © 2008