 |
Gündəm
QORBAÇOVLA RAYS TEZLİKLƏ BAKIYA GƏLİR 2010-09-03 Onların ölkə rəhbərliyi ilə görüşü istisna deyil, ancaq SSRİ-nin keçmiş prezidentini öldürməyə hazırlaşan var
|
SSRİ-nin ilk prezidenti olmuş Mixail Qorbaçovun bir sıra tanınmış dünya siyasətçiləri ilə birlikdə Bakıya gələcəyi qətiləşib. Xəbər verdiyimiz kimi, Mixail Qorbaçovun, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın və ABŞ müdafiə nazirinin keçmiş müavini Uilyam Perrinin də daxil olduğu siyasətçilər qrupunun səfərini “World Leaders Travel” şirkəti təşkil edir. Bu şirkət ekstraordinar tədris turları təşkil etməklə tanınır. Qorbaçov, Rays və digərlərinin səyahəti artıq başlayıb və onlar dəbdəbəli “Silver Wind” yaxtasında səfərlərini sentyabrın 30-da Moskvadan başlayıblar. Oradan isə səyyahlar Ukraynaya yola düşüblər. “World Leaders Travel” şirkətinin internet saytında yayılan məlumata görə, qonaqlar Ukraynanın bir neçə liman şəhərlərində olacaqlar. Onların Kiyevə gedəcəyi də bildirilir.
Əvvəlcədən hazırlanmış səfər marşrutuna görə onlar sentyabrın 7-də Batumiyə gələcəklər. Xəbərə görə, Batumidə Qorbaçov, Rays və Perri mühazirələr oxuyacaq, habelə yerli hökumət və biznes çevrələrinin nümayəndələri ilə görüşəcəklər. Onların Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü də gözlənilir. Batumidən sonra onlar Bakıya yola düşəcək. Burada da onların proqramına mühazirələrlə çıxış etmək və diskussiyalara qatılmaq daxildir. Qonaqların rəsmi şəxslərlə görüşünə dair bir şey deyilmir, ancaq onların ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi istisna deyil. Bakıdan sonra səfər turnesi Türkiyədə davam edəcək. Məşhur qonaqları daşıyan yaxtanın İstanbula yan alacağı gözlənilir. Qonaqların proqramına baş çəkdikləri ölkələrdə görməli yerlərlə tanışlıq, mədəniyyət və tarixi abidələrə ziyarətlər də daxil edilib. Bununla belə, proqramın Azərbaycan hissəsi barədə detallı məlumat yoxdur. Həmçinin “World Leaders Travel” şirkətinin səfəri təşkil etmək üçün Azərbaycandan hansı şirkətlə əməkdaşlıq etdiyi də açıqlanmır. Turne sentyabrın 15-də İstanbulda yekunlaşacaq və belə görünür ki, oradan qonaqlar təyyarə ilə gəldikləri yerə qayıdacaqlar. “Silver Wind” yaxtasında səyahət kifayət qədər bahalı əyləncədir. Yaxtada ən ucuz kayutun sutkası 24 min dollara yaxındır. Belə kayutun sahəsi 240 kvadratmetrdir. Lakin qonaqların bu bahalı əyləncəsini Bakıda korlaya bilərlər. Xatırladaq ki, sözügedən missiya çərçivəsində Bakıda 20 Yanvar qırğınının və Qarabağın ermənilər tərəfindən işğalının əsas baiskarlarından olan Qorbaçovun Azərbaycana gələcəyi məlum olan kimi ona qarşı etirazlar başlayıb. SSRİ-nin ilk və son prezidenti Bakıda arzuolunmaz şəxs hesab edilir və əksər azərbaycanlılar nəinki onun mühazirələrini dinləməyi, heç üzünü görməyi belə istəməzdi. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə hətta bildirib ki, Bakıya gəlsə, Qorbaçovu öldürməyə şəxsən cəhd edəcək. Onun xəbərdarlığı birmənalı qarşılanmasa da Mirəlioğlu bildirib ki, sözlərinin arxasındadır və Qorbaçovu öldürməyə ciddi şəkildə hazırlaşır. F.MƏMMƏDOV 1887 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR ARXIV
|