13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

MÜXALİFƏT “FREEDOM HOUSE”un TƏNQİDLƏRİNİ HAQLI HESAB EDİR

2010-09-03

Tofiq Yaqublu: “Azərbaycan hakimiyyəti səhvini düzəltmək əvəzinə, ittihamlara keçir”

Azərbaycanın adı yenə də “Freedom House”un hazırladığı qara siyahıya düşüb. Hesabatda reytinq cədvəlinin hamısında Azərbaycanın adı geriləmələrdə çəkilir. “2010-cu ildə keçid dövründə olan dövlətlər” göstərilir ki, Baltik respublikalarını çıxandan sonra 12 keçmiş sovet respublikalarından 8-də mərkəzləşmiş avtoritar rejim hökm sürür.

2009-cu ildə Azərbaycanda insan hüquqları və demokratiya sahəsində vəziyyətin pisləşməsi davam edib. QHT-lərə Dövlət Dəstəyi Şurası mülki vətəndaş cəmiyyəti qruplarına maliyyələşməni artırıb. Bu yolla da onların dövlətdən asılılığını artırıb. Məhkəmə sistemi yeni icra strukturlarına xidmət edir. Hökuməti tənqid edən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin redaktoru Eynulla Fətullayev terrorçuluq, milli ədavəti qızışdırma, vergidən yayınmaqda gənc blogger - Emin Milli və Adnan Hacızadə uzunqulağın mətbuat konfransı ilə bağlı satirik videogörüntüsünü hazırlayandan sonra xuliqanlıqda ittiham olunaraq həbs ediliblər. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstü açılmayıb.
Hesabatda yerli səviyyədə demokratik idarəçilik sahəsində yalnız Azərbaycanda geriləmə olduğu qeyd edilir.
Hakimiyyət rəsmiləri isə hesabatla razılaşmırlar. Onlar  hesabatın qərəzli hazırlandığı qənaətindədirlər. Müxalifət isə fərqli düşünür.
Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, təşkilatın hesabatı obyektivdir: “Azərbaycanda demokratiya səhəsində geriləmələrin olduğu faktdır. Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin azadlığa buraxılmasına dair qərar verib. Azərbaycan hakimiyyəti səhvini düzəltmək əvəzinə, ittihamlara keçir”.
T.Yaqublu qeyd etdi ki, Azərbaycanda demokratiya  sahəsindəki problemlər həllini tapmayınca, Qarabağ məsələsi çözülməyəcək: “Azərbaycanın adı bütün beynəlxalq təşkilatların hesabatında qara  siyahılya salınır. Azərbaycan hakimiyyəti avtoritar, rüşvətxor, korrupsiyaçı adlandırılır. Əgər Qarabağ münaqişəsində tərəf Azərbaycan yox, Norveç olsaydı məsələ çoxdan həllini tapmışdı. Norveç mədəni demokratik ölkə imici qazanıb. Beynəlxaq təşkilatları necə inadıra bilərlər ki, biz ölkəmizin vətəndaşlarının hüquqlarını tanımırıq, ancaq bizə güllə atan ermənilərə haqq taniyacağıq? Təşkilatın Azərbaycan hakimiyyəti barədə qeydlərini təqdir edirəm. İqtidar  demokratik islahatlara başlamalıdır. Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Hakimiyyət bu seçkiləri də saxtalaşdıracaq. Nə komissiyaların tərkibi dəyişdirilir, nə də sərbəst toplaşmaq azadlığına imkan yaradılır”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı qeyd etdi ki, Azərbaycanın adının beynəlxalq təşkilatın qara sıyahısında çəkilməsi ilk dəfə deyil: “Bir çox beynəlxalq təşkilatlar ölkəmizdə demokratiyanın durumuna görə narahatlıqlarını ifadə edirlər. Jurnalistlərin, bloggerlərin həbsi, demokratiya sahəsində geriləmələr təkrar-problemlərdir. Bu cür hesabatlar yerli hakimiyyətlərin beynəlxalq tənqiddən nəticə çıxarmalarına hesablanıb. Ənənəvi  olaraq Azərbaycan hakimiyyətinin  tənqidlərə mövqeyi eyni olur. Qeyri-hökumət təşkilatları və müxalifət qaldırılan problemlərin həqiqətən də mövcud olduğunu qeyd edir,  onların həll olunmamasının Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurduğunu qeyd edirlər. Qarabağ kimi vacib məsələnin həllində ölkənin imicinə mənfi təsir göstərdiyini dilə gətirirlər. Hakimiyyət ənənəvi olaraq o hesabatların qərəzli olduğunu deyir. Problemin həllinə təşəbbüs göstərmirlər ki, növbəti hesabatlarda Azərbaycan adı çəkilməsin. Parlament seçkiləri ərəfəsində yayımlanan bu hesabata Azərbaycanın hakimiyyəti həssas yanaşmalıdır. Azərbaycanın problemləri müxalifətin və qeyri-hökumət təşkilatlarının olmamalıdır”.
F.Qəhrəmanli qeyd etdi ki, Azərbaycan hakimiyyəti sadalanan problemlərin həlli istiqamətində addımlar atmalıdır.

Leyla İLQAR

633 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008