13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

“QUMAŞYANIN İNTERPOL XƏTTİ İLƏ AXTARILMASININ HEÇ BİR ƏHƏMİYYƏTİ YOXDUR”

2010-09-03

Müzəffər Baxış: “Gürcüstan onu saxlasa belə, Azərbaycana təhvil verməyəcək”

Ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qanlı terroru maliyyələşdirməkdə ittiham olunan erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyanın “Yeni Müsavat”a açıqlaması sensasiya doğurub. Qeyd edək ki, İnterpol xətti ilə axtarılan Mardun Qumaşyan əməkdaşımız Tofiq Yaqublunun suallarına cavab olaraq bildirib ki, Gürcüstanda heç kim ona İnterpol xətti ilə axtarıldığını deməyib. Onun sözlərinə görə, yalnız 3-4 gün əvvəl Ermənistana gedərkən orda Azərbaycanın onu İnterpol xətti ilə axtarışa verdiyini deyiblər.

“Dedim, nə səbəbə. Dedilər ki, Bakıda törədilən hadisəyə görə. Məni bir gecə saxladılar. Ermənistana və Gürcüstana sorğu göndərdilər. İkinci gün isə sərbəst buraxıb dedilər ki, get, İnterpolun barəndəki axtarışını ləğv etdir. Mən İrəvanda ora (İnterpolun Ermənistan mərkəzini nəzərdə tutur-red.) getdim. Orda dedilər ki, belə haqları yoxdur. Dedilər ki, həmin axtarışı Gürcüstan tərəfi ləğv edə bilər”.
O bildirib ki, bu məsələ ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Qumaşyan (sağda) və əməkdaşımız Tofiq Yaqublu (solda)Maraqlıdır, M.Qumaşyan Ermənistan tərəfinin onu saxlayıb sonradan azad etdiyini deyir. Bəs Azərbaycanın, Ermənistanın və digər dövlətləri qoşulduğu konvensiyalar belə situasiyalarda hansı qanuni addımların atılmasını tələb edir? Bu sualla “Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışa müraciət etdik.  Hüquqşünas bildirdi ki, M.Qumaşyan saxlanılandan sonra Ermənistan  onun saxlanılması barədə Azərbaycan tərəfinə məlumat verməli, onun ekstradisiyası üçün müvafiq tədbirlər görməli idi: “Amma Ermənistan heç vaxt erməni əsilli şəxsin saxlanıldığı haqda məlumat verməyib. Baxmayaraq ki, Azərbaycanın da tərəfdar çıxdığı 1993-cü il 23 yanvar tarixli Minsk Konvensiyasına qoşulub. Çox güman ki, Qumaşyanın Ermənistan sərhədində saxlanılması fərdi maraqlarla bağlı olub. Ümumiyyətlə isə onun barəsində İnterpolun qırmızı xətti ilə axtarış verilməsinin heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, Qumaşyan Gürcüstan vətəndaşıdır və hətta Gürcüstan tərəfi onu saxlasa da, Azərbaycan dövlətinə təhvil verməyəcək. Azərbaycan tərəfinə sorğu veriləcək ki, əgər  Qumaşyan barəsində kifayət qədər dəlil-sübut varsa, həmin cinayət işini Gürcüstan hüquq-mühafizə orqanlarına göndər. Deməli, Azərbaycan dövlətinin əlində belə bir əsaslı faktlara söykənən cinayət işi yoxdur. Əgər olsaydı, həmin cinayət işini ADNA-da baş verən qanlı terror olayından sonra göndərərdilər. Daha 1 il 5 ay gözləməzdilər, Qumaşyanın cinayət məsuliyyətinə cəlb olunmasına nail ola bilərdilər. Əfsuslar olsun ki, bu gün belə sübutlar yoxdur, kimlərsə öz şəxsi mülahizələrinə əsaslanıb Azərbaycan ictimaiyyətini aldatmaq məqsədilə Mardun Qumaşyanın adını bu işə qoşublar. Məqsəd də bəllidir. Bilirlər ki, erməni əsilli birinin belə bir qanlı olayda əlinin olması daha inandırıcıdır. Mən bu iş üzrə keçirilən məhkəmə prosesini əvvəldən axıra kimi diqqətlə izlədim. İş üzrə keçirilən proseslərdə hansısa bir əsaslı sübut üzə çıxmadı.  Ona görə də əslində bu iş ətrafında baş verənləri nağıl adlandırmaq olar”.

E.QƏDİMOV

1447 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008