13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

QARADAĞ MƏHKƏMƏSİNİN SAXTAKARLIĞI ÜZƏ ÇIXDI

2010-09-03

Eynulla Fətullayevin apelyasiya şikayəti ilə bağlı hazırlıq iclası keçirilib

Dünən Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirildi. Məhkəmə iclasına qatılanlar məhbus baş redaktorun maykasında “Some blood for oil” (“Neft üçün bir az qan”) sözlərini oxuya bilmədilər. E.Fətullayevin özü isə əli ilə maykasının “Some blood for oil” sözləri yazılmış hissəsinə işarə edərək hakimə “daha heç bir yazı yoxdur” dedi.

Ardınca o, hakimə təşəkkürünü bildirdi: “Qaradağ Rayon Məhkəməsində iş üzrə 16 iclas keçirilib. Demək olar ki, həmin iclas protokollarının əksər hissəsi ilə tanış olmuşuq. Protokollara kifayət qədər qeydlərimiz var. Məsələn, həmin məhkəmədə cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev sensasion sayıla biləcək sözlər deyib. O, suallara cavab verərkən bildirdi ki, Eynulla Fətullayev yatarkən onun üstünə nəinki narkotik ata, hətta onu boğub öldürə də bilərdilər. Onun bu sözləri protokolda yoxdur. Sizdən bir xahişim var. Cinayət Prosessual Məcəlləyə əsasən protokollarla tanış olmaq üçün bizə kifayət qədər vaxt verilməlidir. Çox istərdik ki, bizə əlavə vaxt və  kompyuter verilsin ki, qeydlərimizi yazıb sizə təqdim edə bilək”.
Hakim:

- Mən maraqlandım, dedilər ki, siz məhkəməyə tez gəlib, tez də getmisiniz.

- Mən konvoydan asılı biriyəm. Azad vətəndaş deyiləm ki, istədiyim vaxt gəlim, istədiyim vaxt gedim. Məni azad edin, evim yaxınlıqda yerləşir, gəlib iş vaxtı başlayandan sonuna kimi protokollarla tanış olum, sonra da öz maşınıma əyləşib evimə gedim.

- Fətullayev, sizə şərait yaradılıb.

- Xahiş edirəm, bizə şərait yaradın. Onu da qeyd edim ki, siz ötən dəfə demişdiniz ki, protokollar 30 səhifədir. Amma əslində 30 yox, 300 səhifədir.

- Sizə kifayət qədər vaxt verilib.

- 6 iclasla bağlı qeydlərimiz qalıb, xahiş edirəm bizə şərait yaradın. Bir məsələni də qeyd edim ki,  Azərbaycan mətbuatı mənim məhkəmədəki 4 saatlıq çıxışımı dərc edib. Amma protokolda 3 səhifədə qeyd olunub. Bizə qeydlər üçün şərait yaradın və kompyuter verin.
Məhkəmə E.Fətullayevin vəsatətini müzakirəyə çıxardı. Dövlət ittihamçısı CPM-də protokollarla tanış olmaq üçün müddətin 3 gün olmasını əsas gətirib E.Fətullayevə kifayət qədər şərait yaradıldığını deyərək vəsatətin təmin olunmamasını xahiş etdi. E.Fətullayevin vəkili İsaxan Aşurov isə CPM-də belə bir məhdudiyyətlə bağlı qeydin olmadığını məhkəmənin diqqətinə çatdıraraq vəsatətin təmin olunmasını xahiş etdi. Məhkəmə yerindəcə müşavirə keçirib E.Fətullayevə - sentyabrın 7-nə kimi icazə verilməsi barədə qərarı elan etdi.
Bundan sonra E.Fətullayev hakimdən beynəlxalq təşkilatların onunla görüşməsinə icazə verməməsinin səbəbini soruşdu:

- Mən cəzaçəkmə müəssisəsində, hətta MTN-də saxlanılarkən kifayət qədər beynəlxalq təşkilatların nümayəndələri mənimlə görüşüblər. İndi siz Avropa Məhkəməsinin çıxardığı qərardan sonra məni təcrid etmək istəyirsinizsə, mənə bunu deyin.

- Sizə bunu kim deyib?

- Mənim vəkillərim.

- Adını deyin.

- Siz demisiniz ki, onlar xarici vətəndaşdılar, mənimlə görüşə bilməzlər.

- Mən belə söz deməmişəm. Sizə kim deyib?

- Vəkillərim hamısı.

- Məhkəmə 7 sentyabr, saat 11-ə kimi təxirə salınır.

- Demək, icazə verəcəksiz?

- Bu məsələyə qayıdarıq.

Bununla da iclas sona çatdı.

E.QƏDİMOV

905 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008