 |
Gündəm
HƏMSƏDR ÖLKƏLƏR QARABAĞ QƏTNAMƏSİNİN ƏLEYHİNƏ SƏS VERƏ BİLƏRMİ? 2010-09-03 Qabil Hüseynli: “Bu ehtimal böyükdür” Rasim Musabəyov: “Bu dəfə onlar üçün xeyli çətin olacaq” Elxan Poluxov: “Gəlin, ehtimallarla danışmayaq”
|
Sentyabrın 7-də Dağlıq Qarabağ məsələsi BMT-nin gündəliyinə çıxarılacaq. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” adlandırılan sənəd layihəsində ölkəmizin sərhəd toxunulmazlığına dəstək, işğalçı qüvvələrin ərazilərimizdən qeyd-şərtsiz çıxaılması və köşkünlərin öz yurduna qaytarılması məsələsi əksini tapıb. Qeyd edək ki, ATƏT-in Minsk Qrupuna daxil olan ABŞ, Rusiya və Fransa 2008-ci ildə də eyni məzmunda qurumun Baş Məclisinə çıxarılan sənədin əleyhinə səs vermişdi. Bu dəfə də analoji vəziyyət təkrarlana bilərmi? Politoloq Qabil Hüseynlinin fikrincə, həmsədr dövlətlərin nümayəndələrinin sənədin əleyhinə səs verməsi ehtimalı böyükdür. Müsahibimiz qeyd etdi ki, onlar məsələnin ATƏT-dən BMT çərçivəsinə qaytarılmsı üçün inadla müqavimət göstərirlər: “Məsələnin BMT müstəvisinə çıxarılması ilə Azərbaycanın onların nəzarətindən çıxa biləcəyini görürlər. Azərbaycanın isə BMT müstəvisində tərəfdarları kifayət qədər çoxdur. Tək İslam dünyası yox, qeyri-müsəlman dinlərindən olan ölkələrin nümayəndələri də Azərbaycana dəstək verirlər. Azərbaycanın mövqeyi BMT-nin baş məslisində daha asanlıqla müdafiə olunur. Zənnimcə, həmsədrlər yenə də əvvəlki mövqelərini nümayiş etdirəcəklər. Amma bunun qətnamənin qəbuluna elə bir təsiri olmayacaq”. Q.Hüseynli hesab edir ki, Azərbaycanın qaldırdığı məsələ, Rusiyanın bölgəni militaristləşdirmə xətti tutması, yeni bazalar yaratmaq iddiası, siyasi qüvvələr nisbətini və hərbi balansı dəyişmək cəhdləri BMT-də ciddi rezonans doğuracaq: “Bu, işdə maraqlı dövlətləri də hərəkətə gətirəcək. Belarus, Ukrayna, Qərbi Avropanın bir çox dövlətləri bu məsələdə prinsipiallıq nümayiş etdirəcəklər. İslam dövlərlərinə daxil olan ölkələr də Azərbaycana dəstək verəcək. Həmçinin Mərkəzi və Cənubi Amerikadan xeyli dəstək ola bilər”. Qeyd edək ki, bu il BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik Türkiyəyə keçib. Bu amil səsvermədə hansısa rol oynaya bilərmi? Türkiyənin İslam aləmində nüfuzu kifayət qədər böyük olduğunu deyən Q.Hüseynli bildirdi ki, bu amil Azərbaycanin mövqeyinin müdafiəsinə ciddi töhfə verə bilrər: “Türkiyənin həm Təhlükəsizlik Şurasının, həm də İslam Dövlətləri Təşkilatında sədrlik etməsi üstün haldır”. Qətnamələrin əhəmiyyətinə gəlincə, Q.Hüseynliyə görə, münaqişənin nizamlanması prosesinin ATƏT-ə məxsus olduğu bəhanə gətirilir və danışıqlar ətrafında arqument kimi istifadə olunur: “Azərbaycan siyasi və hüquqi cəhətdən məsələni əsaslandırakən daha çox BMT-nin çıxardığı qətnamələrə istinad edir. Bu cəhətdən yeni bir qətnamənin qəbulu Azərbaycanın həm hüquqi-siyasi, həm də diplomatik mövqelərini danışıqlar prosesində xeyli möhkəmləndirəcək”. Müsahibimiz dedi ki, həmsədr dövlətlər qətnamənin əleyhinə səs versələr, Azərbaycan tərəfi ortaya mövqe qoymalıdır: “Onlar növbəti dəfə əvvəlki mövqelərini təkrarlasalar, bu zaman yeni situasiya yaranacaq. O zaman ATƏT-in Minsk Qrupu və onun yaratdığı həmsədrlər institutuna etimadsızlıq göstərilməsi və danışıqların formatını dəyişmək üçün Azərbaycanın əlində kifayət qədər əsas olacaq”.
Politoloq Rasim Musabəyov isə deyir ki, həmsədrlərə sənədin əleyhinə səs vermək bir az çətin olacaq: “Bu qətnamə daha çox humanitar xarakterlidir. Məqsəd həm də konfliktin həll olunmamasına, işğal nəticəsində insanların zərər çəkməsinə və onların humanitar böhranlarına diqqət cəlb etməkdir. Digər tərəfdən, Ermənistan Minsk Qrupunun təşkil etdiyi təkmilləşdirilmiş Madrid prinsiplərindən imtina edir, Azərbaycan yox. Bu hal da onların vəziyyətini çətinləşdirir. Nəhayət, son zamanlar Avropa ölkələrinin də mövqelərində müəyyən dəyişikliklər baş verib. Avropa Parlamenti qərar qəbul edib. Bir çox ölkələr Ermənistanın tutduğu mövqeyə narazılıqlarını bildirir. Azərbaycanın həmin ölkələrlə əlaqələri daha da möhkəmlənib. Ermənistanı ötən dəfə 7 dövlət dəstəkləmişdi. Düşünürəm ki, bu say azalacaq. Ən azından həmsədrlər bu dəfə bitərəf qalmalıdırlar”. R.Musabəyovun fikrincə, həmsədr ölkələrin vasitəçiliyindən imtina düzgün variant deyil: “Azərbaycan danışıqların bu formatından imtina etməklə nəyə nail olacaq? Hər bir halda çalışmalıyıq ki, həmsədrlər bu məsələlərdə səhv etməsinlər və məsələ müzakirəyə çıxarılanda bu da müzakirə olunsun. Qrupdan imtina etməzdən əvvəl ayrı imkanlar tapmaq lazımdır”. Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elxan Poluxov bildirdi ki, Azərbaycan beynəlxalq təşkilatlarda Qarabağ məsələsini qaldırıb, buna da davam edəcək: “Ehtimallarla danışmayaq. Belə bir səsvermə olsa, o zaman buna münasibət bildirmək olar”. Leyla İLQAR 693 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|