12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

RUSİYAYA AZƏRBAYCANIN KÖNLÜNÜ QAZLA ALIR

2010-09-05

“Moskva Ermənistana olan “sevgi”sinin ölkəmizdə süngü ilə qarşılanmaması üçün manevrlər edir”

Azərbaycan gələn ildən Rusiyaya qaz ixracını artırıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın qaz inhisarçısı “Qazprom” şirkətinin sentyabrın 3-də imzaladıqları sənədə əsasən 2011-ci ildən etibarən Rusiyaya ixrac ediləcək qazın həcmi 2 milyard kubmetrədək, 2012-ci ildən isə 2 milyard kubmetrdən çox artacaq.

Qeyd edək ki, həmin saziş qaz tədarükü haqqında 14 oktyabr 2009-cu ildə imzalanmış müqaviləyə əlavədir. Məlumat üçün vurğulayaq ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2 trilyon, potensial qaz ehtiyatları isə 5 trilyon kubmetrdir. Yeni qaz sazişini şərh edən ekspert İlham Şabanın sözlərinə görə, Rusiya tərəfi Azərbaycandan aldığı qaz həcmlərinin artırılmasını ərazi yaxınlığı, tranzit zonaların olmaması və artıq qaz nəqli infrastrukturunun mövcudluğu ilə izah edir:
“Şərhlərə görə, Azərbaycan və Rusiya arasında qaz üzrə əməkdaşlığın genişləndirilməsini hər iki tərəfdaş üçün kommersiya baxımından sərfəli edir. Azərbaycan tərəfi isə Rusiya ilə qaz alqı-satqısının ildən-ilə artırılmasına münasibətini ümumi sözlərlə ifadə etsə də, reallıqda bu, bir neçə faktorla əlaqədardır. Məsələn, 2011-ci il üçün ölkənin enerji balansının ilkin təhlili onu göstərir ki, Azərbaycanın sərbəst qaz həcmi 3 milyard m3-a yaxın olacaq. Bunun ən yaxşı halda 1 milyard m3-u Gürcüstana və swap-tipli müqavilə əsasında İrana (Naxçıvan Muxtar Respublikasının mavi yanacağa olan tələbatını ödəmək üçün ötürülən həcmlərin 15 faizini İran tranzit haqqı olaraq götürür) veriləcək, yerdə qalan həcmlərə isə müştəri faktiki olaraq yoxdur.
Həmçinin Türkiyədə qaza olan tələbatın azalması ucbatından “Şah-dəniz”in “Mərhələ-1" layihəsi çərçivəsində almalı olacağı illik 6,3 milyard m3-dan ən yaxşı halda 5,5 milyard m3 qaz alır. Bu baxımdan Rusiya yeganə real alıcıdır ki, Azərbaycan onunla qaz alqı-satqısı məsələsini genişləndirir”.
Digər tərəfdən, ekspertə görə, Rusiyaya satılan qaz həcmlərinin Azərbaycanın strateji layihələrinə heç bir aidiyyəti yoxdur. Yəni, SOCAR əlində nə var onu satır, özü də qısamüddətli sazişlər əsasında: “Bunun ”Şahdəniz"in “Mərhələ-2" çərçivəsində ən yaxşı halda 2017-də çıxarılacaq qazın bölünməsinə hazırda elə bir dəxli yoxdur. O baxımdan da ”Azərbaycan “Nabucco”dan imtina edir, üzünü Rusiyaya çevirir" deyimlərinin elə bir əsası yoxdur. Ona görə ki, bir şeydən imtina üçün, Molla Nəsrəddin demiş, əvvəlcə həmin şeyin özü mövcud olmalıdır. Üçüncüsü, gələn il dünya bazarlarında neftin orta qiyməti 75 dollar olarsa, onda Rusiyanın Azərbaycan qazına görə ödəyəcəyi məbləğ təqribən 480 mln. dollar təşkil etməlidir (orta hesabla 1000 m3 üçün 240 dollar). Bu, kifayət qədər normal bir qiymətdir və hazırda Azərbaycan qaz təsərrüfatının genişləndirilməsi üçün yaxşı bir gəlir mənbəyidir".
Rusiya nədən Azərbaycana belə cəlbedici təkliflər edir və məsələn, ən bahalı qazı məhz Azərbaycandan alır? İ.Şabanın qənaətincə, bu məsələdə geosiyasət, geoiqtisadiyyat öndə durur, nəinki biznes və ya “Qazprom”un korporativ maraqları. Belə ki, Rusiya Ermənistana olan real “sevgi”sinin Azərbaycanda “süngü ilə qarşılanmaması” üçün bu kimi amillərdən yararlanır və regionda özünün təsir dairəsini azaltmamaq üçün böyük ehtimalla, “Mərhələ-2"nin qazının bölüşdürülməsinədək, rəsmi Bakıdan bahalı qaz almaq siyasəti yürütməkdə davam edəcək.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə bildirib ki, Azərbaycanın gələn ildən Rusiyaya 2 milyard kubmetr təbii qaz nəql etməsi gələcəkdə ölkənin özündə əhalinin qazla təchizatında heç bir problem yaratmayacaq. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın istehsal etdiyi təbii qazın miqdarı tələb ediləndən qat-qat çoxdur və bu səbəbdən ölkə əhalisinin təbii qazla təmin edilməsində heç bir problem yaranmayacaq. anspress.com-a açıqlamasında Ə.Məsimli qeyd edib ki, nə vaxta qədər ki, “Nabucco” qaz kəməri ilə təbii qaz nəqli məsələsi qeyri-müəyyən qalıb və bu kəmər ətrafında qeyri-müəyyən məsələlər öz həllini tapmayıb, Azərbaycan da qabaqlayıcı addımlar atmalıdır.
Millət vəkili düşünür ki, Azərbaycanın Rusiyaya qaz nəqlini artırması gələcəkdə fəaliyyətə başlayacaq və Azərbaycan qazının Avropaya nəqllində rol oynayacaq “Nabucco” qaz kəmərinə də heç bir maneə yaratmayacaq: “Hazırda Azərbaycan Rusiya, İran və Türkiyədən başqa, Bolqarıstana, oradan da Rumıniyaya sıxılmış qaz nəql edir. Bu da bir daha Azərbaycanın olduqca böyük qaz ehtiyatlarına malik olduğunun göstəricisidir. 8 milyard kubmetr qazla doldurulacaq ”Nabucco"nun əsas mənbəyi də Azərbaycan qazı olacaq və ölkəmizin də buna artıqlaması ilə gücü çatar".
Xatırladaq ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2 trilyon, potensial qaz ehtiyatları isə 5 trilyon kubmetrdir.

Xəbər xidməti

652 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008