13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

HƏMKARLARI DEPUTATIN “GƏDƏ” SÖZÜNÜ ŞƏRH ETDİ

2010-09-05

Elman Məmmədovun Medvedyev barədə dediklərini bölüşənlər də var, etik çərçivəni gözləməyə çağıranlar da

Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağın azərbaycanlı icmasının İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov Ermənistan parlamentinin “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” haqqında qanun layihəsini müzakirəyə çıxarmaq planına çox sərt münasibət bildirib.

E.Məmmədov modern.az-a açıqlamasında belə deyib: “Bu balaca gədə (Rusiya prezidenti Medvedyevi nəzərdə tutur-modern.az) Ermənistana gedəndən sonra işğalçı dövlətin Azərbaycana qarşı şantaj siyasəti daha da güclənib... Ancaq onlar bu cür siyasi şantajla heç nəyə nail ola bilməyəcək”.
Maraqlıdır, onun həmkarları iqtidaryönlü deputatın açıqlamasını necə qarşılayıblar? Məsələ ilə bağlı bəzi deputatların münasibətini öyrəndik.
Deputat Aynur Quliyevanın sözlərinə görə, siyasi məsələlərdə etik çərçivələr gözlənilməlidir: “1988-92-ci illərdə o, Şuşa və Xankəndindəki faciələri gözü ilə görüb. Kimin dostları, qohum-əqrəbası gülləyə tuş gəlsəydi, ondan da betər ifadələr işlədərdi. Bu baxımdan düşünürəm ki, mənim həmkarımı anlayışla qarşılamaq lazımdır. Ancaq çox yaxşı olardı ki, siyasətdə etik çərçivədə danışılsın. Amma söhbət konkret olaraq Qarabağ məsələsindən gedirsə və başımıza gələn faciələrin səbəbkarı Rusiyadırsa, təbii ki, o zaman etik çərçivələr unudulur. Hər kəs yaxşı bilir ki, ermənilərin arxasında Rusiya dayanıb. Düşmənimizin dostu təbii ki, bizim dostumuz deyil. İstəsək də, istəməsək də belədir”.
Deputat İqbal Ağazadənin məsələyə münasibəti isə belə oldu: “Mən elə ifadə işlətmərəm. Kimsə qeyri-etik danışırsa, özü bilər. Öz işidir”.
Milli Məclisin üzvü Sabir Rüstəmxanlı hər kəsin öz fikrinə görə cavabdehlik daşıdığını dedi: “Elman Məmmədov Xocalı faciəsini görüb və Qarabağ hadisələrində qohum-əqrəbasını itirən rayonun oğludur. Hami bilir ki, bizim başımıza gətirilən bəlaların başında hər zaman Rusiya dayanıb. Hesab edirəm ki, o, Rusiya prezidentinə ürəyindən keçəni deyə bilər. Hətta söyə də bilər”.

Günay MUSAYEVA

1292 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008