13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİ LOBBİSİ BRAYZAYA QARŞI SƏFƏRBƏR OLDU

2010-09-05

Senatdakı çoxluğun lideri Harri Rid dövlət katibinə məktub yazdı; nevadalı senator isə erməniləri arxayın edir ki, onun təsdiqlənməsinə imkan verməyəcək

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində prezident Barak Obamanın Bakıya səfir kimi namizəd göstərdiyi Metyu Brayzanın təsdiqlənməsinə dair ikinci dinləmələr yaxınlaşdıqca erməni lobbisi də ona qarşı səfərbər olur. Amerikadakı erməni təşkilatlarının məlumatlarına görə, Senatdakı demokrat çoxluğun lideri Harri Rid dövlət katibi Hillari Klintona məktub yazaraq M.Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna yaramadığını əsaslandırmağa çalışıb.

H.Rid dövlət katibini M.Brayzanın yerinə yeni namizəd müəyyənləşdirməyə çağırır. Nevada ştatından olan senator Con Ensiqn isə ermənilərlə görüşündə vəd edib ki, qarşıdakı dinləmələrdə M.Brayzanın namizədliyinin təsdiqlənməsinə imkan verməyəcək.
C.Ensinq bu barədə Amerika Erməni Milli Komitəsinin Nevada ştatındakı fəalları ilə görüşündə deyib. O, Senatda ermənilərin maraqlarını müdafiə edənlərdən biridir və “erməni soyqırımı”nın tanınması layihəsinin müəlliflərindən olub. Görüş zamanı erməni təşkilatını təmsilçiləri C.Ensinqə M.Brayzanın Azərbaycana səfir təyinatından narahatlıqlarını ifadə edəərk deyiblər ki, o, Birləşmiş Ştatların maraqlarını qoruya bilməz. Ermənilər buna əsas kimi diplomatın Azərbaycanın hakim elitası ilə sıx əlaqələrini göstəriblər. Onlar deyiblər ki, iyulun 22-də keçirilən dinləmələr zamanı M.Brayza Azərbaycan hakimiyyəti ilə əlaqələrinə dair suallara “yayındırıcı və konkret olmayan” cavablar verib.
M.Brayzanın senatorlar Barbara Bokser, Robert Menendes və Xarici Əlaqələr Komitəsinin sədri Con Kerrinin yazılı suallarına verdiyi cavablar da qaneedici deyil (bu senatorların hamısı erməniləri dəstəkləyir).
Senator C.Ensinq isə ermənilərə cavabında bildirib ki, Senat üzvləri M.Brayzanın təyinatı ilə bağlı bir çox suallar qoyublar. O, bundan sonra da M.Brayzanın təyinatını diqqətdə saxlayacağını deyib.
Məlumatlara görə, Amerika erməniləri Xarici Əlaqələr Komitəsinin üzvləri ilə təmasları da intensivləşdiriblər və bütün imkanları səfərbər edərək M.Brayzanın namizədliyini əngəlləməyə çalışırlar. Ağ Ev və Dövlət Departamenti isə M.Brayzanın təsdiqlənməsi üçün Senata təzyiq göstərməkdə maraqlı görünmür. Amerikadakı müşahidəçilər hesab edirlər ki, M.Brayzanın namizədliyinin ikinci dəfə əngəllənməsi tamamilə realdır və çox güman ki, Ağ Ev ermənipərəst senatorların növbəti vetosundan sonra onun yerinə yeni namizəd axtarmalı olacaq.

F.MƏMMƏDOV

1075 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008