13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

BELARUSUN TANINMIŞ MÜXALİFƏTÇİ JURNALİSTİ ÖLDÜRÜLDÜ

2010-09-05

Milis Oleq Bebeninin özünü asdığını, həmkarları isə onun boğulub asıldığını deyir; bu səs-küylü hadisə Kremlin Lukaşenkonu devirmək səyləri fonunda baş verir

Belarusda müxalif “Xartiya-97" saytının banisi və rəhbəri Oleq Bebenin Minsk yaxınlığındakı bağ evində asılmış vəziyyətdə tapılıb. 36 yaşlı O.Bebenin Belarus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1990-cı illərdə müstəqil ”İmya" (“Ad”) qəzetində çalışıb. 1998-ci ildə “Xartiya-97" saytının əsasını qoyub. Bu sayt Belarus hakimiyyətinə və prezident Aleksandr Lukaşenkoya qarşı tənqidlərin yer aldığı əsas müxalif KİV-indən biridir.

Əvvəlcə məlumat verilib ki, jurnalist evində naməlum səbəblərdən keçinib. Belarus Daxili İşlər Nazirliyi ölümün səbəblərinin araşdırıldığını açıqlayıb. Daha sonra nazirlikdəki mənbələr bildirib ki, ekspertiza jurnalistin intihar etdiyini, yəni özünü asdığını müəyyən edib. Minskin Dzerjinsk rayon prokuroru Sergey Kovrıqin isə deyib ki, onun başçılıq etdiyi istintaq qrupu hadisə yerində müayinə aparıb: “Bebeninin cəsədi kəndirdən asılmış vəziyyətdə tapılıb, ekspertiza onun cəsədi üzərində müayinə aparır, cəsədin yanında intiharın səbəbləri ilə bağlı hər hansı məktub aşkar edilməyib”.
Lakin Bebeninin həmkarları onun intihar etməsinə inanmadıqlarını bildirir. “Xartiya-97" saytının redaktoru Natalya Radina deyib ki, cəsədə baxış zamanı Bebeninin boğazının göyərdiyi aşkar olunub: "Bu, ya intihara, ya da onun boğulmasına dəlalət edir. Oleqi 14 ildir tanıyıram, onun gələcəyə dair çoxlu planları var idi. Biz onunla gələn həftənin birinci günü görüşməyə razılaşmışdıq. Öldüyü gün əhvalı kifayət qədər yaxşı idi. İnana bilmirəm ki, o, intihar edib, Oleq intihar edəcək dərəcədə zəif adam deyildi".
Belarusun müxalifət liderlərindən biri, prezidentliyə iddiaçı Andrey Sannikov da jurnalistin intihar etməsi haqda deyilənlərə inanmır. O, deyib ki, sentyabrın 3-də, yəni ölümündən az əvvəl Oleq dostlarına SMS göndərib və onlarla kinoya gedəcəyini bildirib: “Bir həftə əvvəl Oleq ailəsi ilə birgə Yunanıstandan məzuniyyətdən qayıtmışdı. Qəribədir ki, DİN məhkəmə tibb-ekspertizasının nəticəsini gözləmədən onun intihar etdiyini açıqlayıb. Oleq mənim dostum və komandanım əsas üzvlərindən idi, biz onunla müntəzəm görüşürdük, istedadlı jurnalist və etibarlı adam idi”.
Jurnalistin sabah dəfn olunacağı bildirilir. Onun arvadı və iki azyaşlı oğlu qalıb. Bu səs-küylü hadisə prezident A.Lukaşenkonun Kremllə münasibətlərinin xeyli gərgin olduğu bir vaxtda baş verir. Moskva Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq planlarını gizlətmir və ona qarşı informasiya savaşı başladıb. NTV telekanalı Lukaşenkonun jurnalistləri və müxalifət liderlərini aradan götürməkdə ittiham edən sənədli film yayımlayıb. Məlumata görə, Kreml Belarusda gələn ilin fevralında keçiriləcək seçkilərdə prezidentliyə uyğun namizəd axtarır və A.Sannikov Moskvanın potensial namizədi ola bilər. 90-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində Belarusda Lukaşenko rejimi bir çox müxalifət fəallarını və jurnalistləri aradan götürüb. Lakin indi tamamilə mümkündür ki, Belarusda tanınmış müxalifətçi jurnalistin müəmmalı ölümündə Lukaşenkonu devirmək istəyən xarici qüvvənin əli var.

F.MƏMMƏDOV

984 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008