12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

QÜSURLU SABİTLİK...

2010-09-05

Böhran Qrupu Azərbaycana ağır diaqnoz qoydu
Beynəlxalq təşkilat hakimiyyəti gözləyən təhlükə barədə xəbərdarlıq etdi; Bəylər Əyyubov PKK ilə əlaqələrdə suçlandı

Dünya ölkələrində vəziyyətin təhlili ilə məşğul olan Beynəlxalq Böhran Qrupu (BBQ) “Azərbaycan: qüsurlu sabitlik” adlı hesabat dərc edib. Hesabatda ölkənin dövlət sisteminin ətraflı təhlili verilib və nöqsanlar göstərilib. Hesabat 20 fəsildən ibarətdir.

Onların arasında rejimin siyasi portreti, İlham Əliyev hakimiyyətinin konsolidasiyası, Əliyev şəxsiyyətinə pərəstiş, Ramiz Mehdiyev və onun qvardiyası, hakim elita mühitində qarşılıqlı münasibətlər, oliqarxlar, ailə, korrupsiya, idarəetmənin əsasları, KİV var. Hesabatda deyilir: “İlham Əliyevin prezidentliyi ölkənin siyasi həyatının sabitləşməsi ilə yadda qalıb, iqtisadiyyat isə neftin ixracı ilə stimullaşır. Lakin sabitlik avtoritar idarəçiliyin konsolidasiyası, azadlıqların boğulması ilə müşayiət olunur, hakim elita həyatın bütün sahələrində üstünlüyə malikdir. İlham Əliyevin cəmiyyət üzərində nəzarəti Heydər Əliyevin dövründə olduğundan daha çoxdur. Ölkə müxalifəti zəifdir, müstəqil KİV azdır. Beynəlxalq birliyin rejimin liberallaşdırılmasına nail olmaq üçün təsir aləti yoxdur. Hakimiyyət istənilən etiraz aksiyasını boğur, özünüsenzura mövcuddur. Bütün bunlar müxalifəti gizli və radikal dini qruplara sövq edir.
Baxmayaraq ki, prezident Əliyev hökumət üzərində tam nəzarətə malikdir, o, tam hökmran deyil və elitadan asılıdır. Neft gəlirləri siyasi sistemin durğunluğunu daha da möhkəmləndirib. Lakin bu gəlirlərin azalması ilə sabitlik təhlükə altına düşəcək. Siyasi və iqtisadi islahatlara başlamaq vacibdir. Azərbaycan davamlı dövlətin yaradılmasından ötrü öz enerji resurslarından istifadə etmək üçün tarixi imkanları əldən verə bilər. Sərvətin ədalətsiz bölgüsü və ictimai məyusluq radikalizmin və qeyri-sabitliyin artmasına səbəb olur".
BBQ hakimiyyətə aşağıdakıları tövsiyə edir:

  • vətəndaşların toplaşma azadlığına, o cümlədən şəhərin mərkəzində nümayişə icazə verilməsi;
  • real müxalifətin dövlət televiziya və radiosuna çıxışının təmin olunması;
  • jurnalist Eynulla Fətullayev, bloggerlər Emin Milli və Adnan Hacızadə daxil olmaqla siyasi məhbusların buraxılması;
  • BBC, RFE/RL və “Amerikanın səsi”nin Azərbaycan xidmətlərinin milli tezliklərdə yayımının bərpası;
  • QHT-lərin qeydiyyatının sadələşdirilməsi;
  • bu yaxınlarda bağlanmış məscidlərin açılmasına icazə verməklə və onları sökməməklə dini gərginliyi aradan qaldırılması, həmçinin sələfilər də daxil olmaqla, qeyri-ənənəvi dini icmaların qeydiyyata alınması;
  • hakimiyyətin dövlət investisiyaları, tenderlər və dövlət müqavilələri ilə bağlı planları haqqında məlumatların şəffaflığının təmin olunması;
  • vəzifəli şəxslərin üzərinə öz gəlirlərinə dair müntəzəm hesabat verməklə bağlı öhdəlik qoyan qanunlara əməl olunması;
  • real davamlı bazar iqtisadiyyatının yaradılması;
  • Neft Fondundan dövlət büdcəsinə transfertlərin məhdudlaşdırılması.

Beynəlxalq təşkilatlara - ATƏT, Avropa Şurası və Avropa İttifaqına Azərbaycanla münasibətlərdə insan hüquqları problemini prioritet kimi qəbul etmək tövsiyə olunur: “İlham Əliyev rejimi avtoritar rejim kimi xarakterizə olunur. Atasından yarı-avtoritar rejimi təhvil alan Əliyev onu tamamilə avtoritar edib. İlham Əliyevin prezidentliyinin ilk iki ilində müxalifət onu pleyboy, oyunçu kimi ələ salaraq açıq şəkildə gülürdü. Onun ölkəni idarə etmək iqtidarında olmadığı söylənilirdi. Onun əmisi Cəlal Əliyev və səhiyyə naziri Əli İnsanov daxil olmaqla Heydər Əliyev komandasının bəzi üzvləri də belə düşünürdü. Lakin İlham Əliyev Ramiz Mehdiyevin timsalında etibarlı müttəfiq taparaq ”köhnə qvardiya"ya və güclənməkdə olan iqtisadi inkişaf naziri Fərhad Əliyevə qarşı davam gətirə bildi. 2005-ci il parlament seçkiləri zamanı və seçkilərdən sonra Əli İnsanovla Fərhad Əliyev dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edildilər. Cəlal Əliyev də daxil olmaqla onları dəstəkləyən qüvvə və şəxslər neytrallaşdırıldılar. İlham Əliyev atasından fərqli olaraq əslən Ermənistandan və Naxçıvandan olanlara az arxalanır, ən çox şəxsən ona sadiq olanlara güvənir. Neftdən daxil olan dollarlar onu bir çoxlarını formalaşdırmağa və öz tərəfinə çəkməyə kömək edib. Hökumətə çoxlu gənc biznesmenlər gətirildi ki, sonradan da onlar nazir postlarını tutdular.
Eyni zamanda ölkədə islahatlar gözləntisi puça çıxır, seçkilər hər dəfə daha da qeyri-demokratik olur. Bütün bunlar qanunvericiliyin sərtləşdirilməsi və liberal normaların ləğvi, həmçinin demokratiyaya ciddi təhlükələrin olduğunu bildirən beynəlxalq təşkilatların tənqidləri fonunda baş verir. Neft və qaz xəzinəni zənginləşdirib və sabitliyə xidmət edir, hökumətin ictimai dəstək əldə etməsinə, cəmiyyətin hərəkətsiz və qeyri-mütəşəkkil saxlanmasına imkan yaradır".
Ramiz MehdiyevSənəddə deyilir: “Heydər Əliyev şəxsiyyətinə pərəstiş ölkə ideologiyasının əsasını təşkil edir. Ramiz Mehdiyev bunu ”azərbaycansayağı demokratiya" adlandırıb. İdeologiyanın mahiyyəti ondan ibarətdir ki, Heydər Əliyev Azərbaycanı xilas edib, onsuz bu dövlət məhv olardı. Heydər Əliyev şəxsiyyətinə pərəstiş tədricən oğluna keçir. Səhvlərdə və ya qeyri-populyar qərarlarda pis bürokratlar ittiham olunur, İlham Əliyev isə müdrik başçı kimi təqdim edilir. Şəxsiyyətə pərəstiş əksəriyyət üçün normaya, hətta nəzarət metoduna çevrilib. Cəmiyyətdə belə fikir formalaşıb ki, dövlət başçısından və onun xanımından mərhəmət diləmək lazımdır, nəsə tələb etmək olmaz. Bəzən bu, problemlərin həllinin yeganə yolu olur. Siyasi hakimiyyətdən daha çox pul əldə etmək üçün valyuta kimi istifadə olunur. Bu stil feodal sistemini xatırladır: prezident loyallıq və böyük mənfəətin müqabilində iqtisadiyyatın mənfəətli sektorlarını, qeyri-rəsmi ödənişlər (rüşvət) toplamaq hüququnu, regionlara nəzarəti paylayır. Bu, mülkiyyətin kriminal bölgüsünə gətirib çıxarır. Bu zaman prezident arbitr rolunda çıxış edir, atası kimi “parçala, hökm sür, heç bir qrupun meydan oxumasına yol vermə” prinsipindən istifadə edir. Belə bölgüyə misal olaraq “Azpetrol” firmasını göstərmək olar. Onu Fərhad Əiyevdən alaraq İlham Əliyevin yaxınları arasında bölüşdürdülər. Ən nüfuzlu və zəngin oliqarxlar FHN rəhbəri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və ARDNŞ prezidenti Rövnəq Abdullayevdir. Onlar bütün maliyyə axınlarına nəzarət edir, qəbul edilən qərarlara təsir göstərir və mülkiyyətin xeyli hissəsinə sahibdirlər (hakim ailədən sonra).
Bəylər ƏyyubovAilə özü iki qrupdan ibarətdir - Bəylər Əyyubovun (prezidentin əsas cangüdəni) rəhbərliyi ilə “mühafizəkarlar” və İlham Əliyevin xanımı Mehriban Əliyeva və Paşayevlər ailəsinin başçılığı ilə “islahatçılar” qrupu. Bəylər Əyyubov kürdlərə nəzarət edir və onların vasitəsilə PKK ilə əlaqələrə malikdir. Mehriban Əliyeva (Paşayeva) nəhəng kapital və mülkiyyətin köməyi ilə öz biznes sistemini və kölgə hakimiyyətini formalaşdırıb. Neft gəlirləri və yüksək hökumət xərcləri riskdə maraqlı olmayan elita üçün üstünlüyü təmin edir.
Korrupsiya gəlirlərin və dövlət idarəetmənin əsasını təşkil edir. Pullar təkcə neftdən daxil olmur, həm də iri layihələrdən - yolların və digər infrastrukturun inşasından dövlət müəssisələrinin özəlləşdirilməsindən daxil olur. Ailənin zənginləşməsinə Dubayda 75 mln. dollara 9 villa alınmasını göstərmək olar. İmicin yaxşılaşdırılması üçün ailə məktəb və xəstəxanaların inşasını maliyyələşdirir, lakin pullar elə həmin korrupsiyadan daxil olur. Heydər Əliyev Fondunun gəlirlərinin açıqlanması ilə bağlı tələblərə məhəl qoyulmur. Ailə ölkədə polis və təhlükəsizlik qüvvələrinin vəziyyətinə nəzarət edir, müntəzəm olaraq onların əmək haqlarını artırır, imtiyazlar verir. Odur ki, güc qurumlarının rəhbərləri arasında da oliqarxlar çoxdur.
Siyasi müxalifət ilə münasibətlər “öz tərəfinə çək və ya məhv et” prinsipi üzərində qurulur. Son illər bir çox müxalifətçilər hakimiyyətə loyal mövqedə dayanırlar. KİV-lərin bir çoxu da özlərini belə aparır. Barışmaz mövqedə olanları qətlə yetirilmiş Elmar Hüseynovun və ya xaricə getmiş Aqil Xəlilin, ya da məhkum olunmuş Eynulla Fətullayevin, Adnan Hacızadənin, Emin Millinin və digərlərinin taleyi gözləyir.
Eyni zamanda hakimiyyət mətbuatın ictimai rəyə təsirini minimuma endirməklə onun qanunvericilik çərçivəsini sərtləşdirir. Həmçinin neft gəlirlərinin və oliqarxların pullarının hesabına ictimai rəyi hakimiyyətin xeyrinə formalaşdırmalı olan hökumətyönlü KİV-lər maliyyələşdirilir. Eyni zamanda hakimiyyət bütün mümkün yollarla xarici donorların yerli KİV-ə və vətəndaş cəmiyyətinə təsirini məhdudlaşdırır, onları ölkənin daxili işlərinə qarışmaqda ittiham edir.
Rejimin güclü tərəflərini və müxalifətin zəif tərəflərini nəzərə alan azərbaycanlıların əksəriyyəti təxirəsalınmaz və dərin dəyişikliklərə inanmır. Ən yaxşı halda tədricən islahatlar mümkündür. Lakin hazırda belə perspektiv görünmür. Halbuki bəzi rəsmi şəxslər və analitiklər bildirir ki, cəmiyyət demokratiyaya hazır deyil və xarici problemlərin, Qarabağ münaqişəsinin həlli üçün güclü icra hakimiyyəti və sərt nəzarət lazımdır. Görünür, qarşıdakı parlament seçkilərində də heç nə dəyişməyəcək" (“Turan”).
Sabina FreyzerHesabatda BBQ-nin Avropa proqramlarının direktoru Sabina Freyzerin maraqlı tövsiyəsi var; o deyir ki, neft hasilatı artıq azalmağa başlamaq ərəfəsindədir, ona görə də asan pul eyforiyasını praqmatik siyasət əvəz etməlidir: “Nə qədər ki maliyyə bolluğunda və siyasi rahatlıqdadır, siyasi sferanı açmaq, korrupsiyanı cilovlamaq, iqtisadiyyatı monopoliyalardan təmizləmək hamıdan əvvəl rejimin özünə lazımdır”.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların bu cür hesabatlarına məhəl qoymamaq praktikasına üstünlük verir. Bir qayda olaraq belə hesabatlar “qərəzli” sayılır və “Azərbaycana təzyiq göstərmək cəhdi” kimi qiymətləndirilir.

Siyasət şöbəsi

4686 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

[10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR

[10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU

[10.02.2012] - TÜRKİYƏ ORDUSUNUN RƏHBƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATDI

[10.02.2012] - ƏCNƏBİ ORDULARDAKI ZƏRİF “ÖLÜM MƏLƏKLƏRİ”

[10.02.2012] - ““ŞAHDƏNİZ”DƏ BAŞ VERƏN HADİSƏ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI DEYİLDİ”

[10.02.2012] - BAŞ NAZİRLƏ YAZIÇININ SÖZ DUELİ

ARXIV

Yeni MÜSAVAT © 2008