12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ERMƏNİSTANIN “QARABAĞI TANIMAQ” ŞANTAJI

2010-09-05

BMT-dəki səsvermə ərəfəsində qondarma “DQR” rejiminin tanınması bu gün erməni parlamentində qaldırılır, lakin Sərkisyanın partiyası necə səs verəcəyini bilmir

Ermənistan bu dəfə də Azərbaycanın Qarabağ məsələsini BMT-də müzakirəyə çıxarmasına qondarma “DQR”-in müstəqilliyinin tanına biləcəyi barədə şantajlarla cavab verir. Xəbər verildiyi kimi, BMT-nin Baş Assambleyası sentyabrın 7-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamə layihəsini müzakirəyə çıxaracaq. Rəsmi İrəvan bu müzakirələrdən narahat olub, Ermənistan XİN BMT-dəki səfirliyə layihənin qəbulunu əngəlləmək üçün tapşırıq verib.

Ancaq BMT-dəki erməni diplomatları da etiraf edirlər ki, layihənin səsvermədən keçməsi ehtimalı böyükdür. Buna cavab olaraq Ermənistan parlamenti “DQR”-in müstəqilliyinin tanınmasına dair layihəni növbəti dəfə müzakirəyə çıxardıb. Məsələnin gündəliyə salınması parlamentdə təmsil olunan “İrs” müxalifət fraksiyasının təşəbbüsüdür və müzakirələr BMT-dəki səsvermədən iki gün əvvələ-bu günə təyin olunub.
Lakin Ermənistanda onu da dərk edirlər ki, Dağlıq Qarabağdakı qondarma rejimin “müstəqilliyinin” tanınması onlara necə baha başa gələ bilər. Bu səbəbdən ölkənin əsas müxalifət təşkilatı olan Ermənistan Ümummilli Hərəkatı “DQR”-in tanınmasına qarşı çıxıb. Təşkilatın koordinatoru Levon Zurabyan bildirib ki, bu addımın nə dərəcədə təhlükəli nəticələr doğuracağını ancaq uzağı görməyən adamlar dərk etməyə bilər: “Hesab edirik ki, bu addım birbaşa dünyaya qarşı çağırış olardı”.
L.Zurabyanın fikrincə, Dağlıq Qarabağı de-yure tanımazdan əvvəl de-fakto tanımaq, gücləndirmək, əhali məskunlaşdırmaq və inkişaf etdirmək lazımdır.
Hakim Respublika Partiyası da “DQR”-in tanınmasına səs verməyə hazır deyil. Partiyanın parlament qrupunun üzvü Akop Akopyan deyib ki, onlar bu qanun layihəsi ilə bağlı mövqelərini müəyyən etməyiblər: “Hesab edirəm ki, ”DQR"-in tanınmasının əleyhinə olan erməni yoxdur. Lakin biz sözügedən qanun layihəsinə dair necə səs verməyi hələ müəyyən etməmişik".
A.Akopyanın sözlərinə görə, hələlik partiyada belə mövqe hakimdir ki, “DQR”-in tanınması məqsədəuyğun deyil: “Bunun üçün düzgün zaman seçmək lazımdır”.
Ermənistanın hakim partiyasının təmsilçisi bildirib ki, indiki məqamda belə addım atmaq danışıqların gedişinə zərbə vura bilərdi. Qeyd edək ki, “DQR”-in tanınması məsələsi Ermənistan parlamentində əvvəllər də müzakirəyə çıxarılıb, lakin hakim koalisiya bu qərara səs verməkdən çəkinib. Gözlənilir ki, bu dəfə də belə olacaq və Ermənistanda “DQR”-i tanımaq çağırışları reallaşmayacaq.
BMT-dəki səsverməyə gəldikdə isə Azərbaycanın ərazi bütövlüyünün qeyd olunduğu və erməni işğalının pisləndiyi sənədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bitərəf qalacağı gözlənilir. Müzakirələr Türkiyənin BMT Təhlükəsizlik Şurasına sədrliyi ilə bir vaxtda keçirilir. Gözlənilir ki, Baş Assambleyada əsasən İslam Konfransı Təşkilatına üzv ölkələrin dəstəyi hesabına bu qətnamənin qəbulu mümkün olacaq. Sənədin hüquqi qüvvəsi olmasa da onun siyasi və diplomatik əhəmiyyəti hər halda mövcuddur. Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin BMT-də qəbul olunması Ermənistanı çətin vəziyyətə salacaq: “Əminəm ki, Azərbaycanın haqq işi yenə qalib gələcək. Yəni ən azından Azərbaycan BMT-də yeni bir dəstək əldə edəcək. Bu, Ermənistanı bir daha düşünməyə vadar edəcək”.
Birinci vitse-spiker hesab edir ki, artıq Ermənistanın getməyə yeri yoxdur. “İndi onlar işğal olunmuş əraziləri boşaltmaq barədə qərar qəbul etməlidir” - deyə Ziyafət Əsgərov qeyd edib.

Fərhad MƏMMƏDOV

1629 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008