13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

İRAN QARABAĞ MƏSƏLƏSİNƏ KƏNAR GÜCLƏRİN QOŞULMASINI İSTƏMİR

2010-09-05

Mənuçöhr Möttəki: “Biz münaqişənin nizamlanmasına kömək etməyə hazırıq”

İran Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etməyə çağırır. Bu barədə İranın xarici işlər naziri Mənuçöhr Möttəki panARMENIAN.net saytına müsahibəsində bildirib.

“Tehranın Dağlıq Qarabağla bağlı rəsmi mövqeyi belədir: İran münaqişə tərəflərini iradə nümayiş etdirməyə və bu problemi sülh yolu ilə həll etməyə çağırır. Biz bu prosesə yardım etməyə hazırıq” - deyə nazir bildirib. Onun sözlərinə görə, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına yardım, eləcə də münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həlli İranın prinsipial siyasətidir.
“Biz daim bu siyasətin reallaşdırılmasında qətiyyətli olmuşuq və fikir ayrılıqlarının münaqişə tərəflərinin maraqlarına uyğun olaraq, nizamlanması üçün səy göstərəcəyik” - deyə M.Möttəki bildirib. Nazir əlavə edib ki, Qarabağ münaqişəsi İranın qonşuluğunda baş verir və Tehranın təşəbbüsləri yalnız bu istiqamətdə yerdə qalan səylərə əlavə ola bilər.
“Bundan əlavə, biz hesab edirik ki, regional münaqişələr region dövlətlərinin səyləri vasitəsilə nizamlanmalıdır” - deyə iranlı nazir əlavə edib.
İran Azərbaycanla Ermənistana Qarabağ məsələsində vasitəçiliyini təklif edib. Rəsmi Bakı bu təşəbbüsə dəstək verdiyini açıqlasa da Ermənistan İranın vasitəçilik təkliflərinə soyuq yanaşır. Xəbərlər var ki, İran münaqişənin həllinə dair hansısa plan hazırlayıb və onu Ermənistanla Azərbaycanın xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli danışıqlarda müzakirəyə çıxarmağı təklif edir. Gözlənilir ki, yaxın günlərdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan İrana səfər edəcək, səfər zamanı Tehranın Qarabağa dair vasitəçilik təşəbbüsü də müzakirə olunacaq.

Siyasət şöbəsi

834 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008