13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

RƏSMİ BAKI AĞ EVƏ ÇIXIŞ ÜÇÜN YOL AXTARIR

2010-09-05

Yəhudi lobbisindən Obamaya Qarabağ çağırışı
Qay Billauer “The Washington Times” qəzetində məqalə yazdı: “ABŞ prezidenti problemin həllinə kömək etməlidir, yoxsa çox gec olacaq”

ABŞ administrasiyası ilə Azərbaycan iqtidarı arasında münasibətlər hələ də düzəlməyib. Belə görünür ki, dövlət katibi Hillari Klintonun Bakıya etdiyi səfər də münasibətlərdəki ciddi problemlərin həllinə dair anlaşma əldə etməyə kömək etməyib. Lakin Azərbaycanda seçkilər yaxınlaşır və Vaşinqtonla bu cür pis münasibətlər şəraitində seçkilərə getmək hakimiyyət çevrələrini qayğılandırır. Bu səbəbdən hakimiyyət ABŞ-dakı bütün lobbi imkanlarını səfərbər edərək Ağ Evə yol axtarır və prezident Barak Obamanın Bakıya diqqət göstərməsinə çalışır.

Digər tərəfdən, Azərbaycan Qarabağ məsələsində ABŞ-ın indiki administrasiyasının laqeyd münasibəti ilə üz-üzədir. Obamanın komandasının bu məsələ ilə bağlı fəaliyyəti rəsmi Bakını qətiyyən qane etmir. Üstəlik ABŞ-ın Bakıda səfiri də yoxdur və bu da münasibətlərə problem yaradan digər amildir.
Xəbər verdiyimiz kimi, son vaxtlar ABŞ-da Azərbaycan hakimiyyətinə bağlı olan lobbiçilər mətbuatda məqalələr dərc etməklə və Konqres, Ağ Ev, Dövlət Departamenti dəhlizlərində təmaslar qurmaqla Bakıdakı hakimiyyətin Amerikanın ən sadiq müttəfiqlərindən olduğunu çatdırır, onunla münasibətləri düzəltməyə çağırır. Həmçinin Vaşinqtondakı bəzi düşüncə mərkəzlərinin ekspertləri və keçmiş senatorlar da ayrı-ayrı nəşrlərdə Obamanı Azərbaycana diqqəti artırmağa çağıran məqalələrlə çıxış ediblər.
Lobbiçilərin tez-tez istifadə etdikləri tribunalardan biri də mühafizəkar çevrələrə bağlı olan aztirajlı “The Washington Times” qəzetidir. Son bir-iki həftə ərzində bu qəzet Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə edən bir neçə məqaləyə yer verib. Amerikadakı yəhudi lobbisi də rəsmi Bakının Ağ Evlə münasibətlərini düzəltmək işinə qoşulub. Azərbaycan hakimiyyətinin Amerikadakı yəhudi lobbisi ilə yaxşı münasibətləri var və bu imkandan əvvəllər də istifadə edilmişdi. “The Washington Times” qəzeti dünənki sayında Amerika Yəhudi Komitəsinin beynəlxalq yəhudi işləri üzrə icraçı direktoru Qay Billauerin (Guy Billauer) məqaləsini dərc edib (maraqlıdır ki, məqalənin altında təkcə onun ad-familiyası yer alır, hansı təşkilatı təmsil etdiyi və başqa titulları göstərilmir). Məqalədə deyilir ki, Azərbaycanla Ermənistan arasında gərginlik təhlükəli səviyyəyə çatıb. Təkcə son bir ayda cəbhə xəttində 6 nəfər həlak olub.
“Xəzər regionunda yeni müharibə təhlükəsi realdır. Lakin hərbi ritorikanın gücləndiyi bir vaxtda Vaşinqtonun səsi eşidilmir. Azərbaycan Amerikanın regiondakı ən yaxın müttəfiqidir və Obama administrasiyası tərəfindən birbaşa və konkret dəstək görməyə haqqı var” - deyə müəllif bildirir.
Daha sonra məqalədə Azərbaycanın geosiyasi əhəmiyyətindən, zəngin neft-qaz ehtiyatlarından, ABŞ-ın Əfqanıstan və İraq əməliyyatlarına dəstək verməsindən, 2001-ci il, sentyabrın 11-dən bu yana Amerika hərbi təyyarələrinin Azərbaycan üzərindən minlərlə uçuş həyata keçirməsindən bəhs olunur.
Q.Billauer qeyd edir ki, bütün bunlar Obama administrasiyasının xarici siyasət komandasının Rusiyanın özünü Qafqazda aqressiv apardığı və İranın indiki davranışları fonunda Azərbaycanla münasibətləri gücləndirməsini tələb edir: “Lakin nə cənab Obama, nə onun yüksək rütbəli müşavirləri Ermənistanla Dağlıq Qarabağa dair danışıqlar aparmaq üçün ciddi plan düşünməyiblər. Bir ildən çoxdur ABŞ-ın Bakıda səfiri yoxdur və prezident Obama Azərbaycan prezidenti İlham Əliyevlə hələ də görüşməyib. Daha pisi odur ki, Minsk Qrupunun fəaliyyətsizliyi fonunda Obama Yaxın Şərq münaqişəsindən fərqli olaraq bu münaqişə ilə bağlı özünə xüsusi müşavir təyin etməyib. Amerikanın Qafqazda ehtiyatlı və passiv mövqeyi Rusiyanın getdikcə daha da aqressivləşməsinə səbəb olur. Cənab Obama potensial beynəlxalq münaqişəyə çevrilə biləcək problemin həllinə kömək etməlidir. Yoxsa çox gec olacaq”.
Qeyd edək ki, Obama administrasiyasının Qafqaz siyasəti həqiqətən də yarıtmazdır. Vaşinqton son iki ildə bütün diqqətini ancaq ona yönəltdi ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına nail olsun. Lakin bu, baş tutmadı. Nəticədə Obama administrasiyasında dərk etdilər ki, Azərbaycanı bir kənara qoymaq ABŞ-ın Əfqanıstan əməliyyatlarını çətinləşdirər və Qafqazdakı maraqlarını təhlükədə qoyar. Bu səbəbdən Azərbaycan hakimiyyəti ilə münasibətləri düzəltmək üçün cəhdlər edildi, lakin belə məlum olur ki, Bakı Vaşinqtondan istədiyini ala bilməyib. Obama administrasiyasının Qarabağa dair heç bir təşəbbüsü və İrəvana təsir göstərmək fikri yoxdur, münaqişə tamamilə Rusiyanın öhdəsinə buraxılıb.
Azərbaycan isə Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan normallaşma prosesinə qarşı çıxmaqda davam edir. Azərbaycan ABŞ-ın təhlükəsizlik və enerji maraqlarını böyük ölçüdə təmin etsə də indiyədək prezident Əliyev Ağ Evə dəvət edilmir. Belə dəvət imkan verərdi ki, Azərbaycan hakimiyyəti seçki ərəfəsində Vaşinqtondan mühüm dəstək alsın, həm də Ağ Ev rəhbərliyi ilə Qarabağ münaqişəsi ətrafında getdikcə pisləşən durum müzakirə olunsun.

F.MƏMMƏDOV

1201 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008