13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ARAZ AĞALAROVUN GÜMBƏZLİ GÖYDƏLƏNLƏRİ XARİCİ ŞİRKƏTƏ SATILA BİLƏR

2010-09-06

“Məşədi Əzizbəyov” metrostansiyası ətrafında ucaldılan binaların tikintisi yaxın vaxtlarda başa çatacaq

Artıq iki ilə yaxındır ki, “Məşədi Əzizbəyov” metrostansiyası ətrafında söküntü-tikinti işləri davam etdirilir. Stansiyanın sağ tərəfi boyunca tikilən 30-dan çox gümbəzli göydələn diqqəti cəlb edir. İnşası başa çatmaqda olan bu kompleksin ölkə prezidentinin qudası, Rusiyada yaşayan iş adamı Araz Ağalarova məxsus olduğu deyilir. Bu nəhəng proyektlə tanış olmaq üçün həmin əraziyə yollandıq.

Hər biri 12 mərtəbədən yüksək olan bu binalar avtomobil yolunun yaxınlığında tikilib. Tikintinin getdiyi ərazi hasara alınıb. Biz orada olarkən həyətində fəhlələr gərgin işləyirdi. Mühafizəçidən mənzillərin satışını soruşduq. O, ərazidəki binaların satılmadığını dedi: “Yaxşı olar ki, bizim ”28 may" metrostansiyasında yerləşən baş ofisimizə müraciət edəsiniz. Burada tikilən binalar prezidentin qudası Araz Ağalarova məxsusdur. Hələ bilinmir satılacaq, ya yox". Mühafizəçi onu da əlavə etdi ki, tikintini “Azinko” və “Faktor” şirkətləri həyata keçirir.
Binada işləyən fəhlələrlə söhbət zamanı öyrəndik ki, “Azinko” şirkəti indiyədək 28 bina inşa edib: “Əksər binalar 12, bir neçəsi isə 14, 16, 18 mərtəbəli binalardır. Kompleksdə həmçinin məktəb binası da tikilib. Bağça və idman kompleksinin inşası da nəzərdə tutulur. Hazırda gərgin iş rejimində çalışırıq. Yaxın vaxtlarda binalar hazır olacaq”.
Samir adlı fəhlənin sözlərinə görə isə, binalar bütünlüklə xarici şirkətə verilə bilər: “Hələ ki, tikililər satışa çıxarılmayıb. Söz-söhbət gəzir ki, neft şirkətinə satılacaq. Ya da hansısa xarici şirkətin ofis yeri olacaq. Amma dəqiq məlumat yoxdur. Hazırda intensiv iş gedir. 3-4 aya bəlkə də bütün işlər yekunlaşacaq”.
Burada dəhlə işləyən Məhəmməd də binaların şəhər sakinlərinə satılmayacağını deyir: “Deyilənə görə, binalar xarici şirkətlərə satılacaq. Ərazidə ”Faktor" şirkəti tərəfindən 6 bina tikilib. 24 binanın, park və məktəbin tikilməsi də nəzərdə tutulub. Bütün binaların başında gümbəz ucaldılır".
Qeyd edək ki, göydələnlərin yerində vaxtilə fəaliyyətini dayandırmış zavod var idi. Məlumat üçün onu da bildirək ki, biznesmen Araz Ağalarov Bakıda əvvəllər məşhur “delfin-binalar” tikdirib.

Günay MUSAYEVA

5021 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008