12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

TÜRKİYƏLİ DEPUTAT İŞ ADAMLARIMIZI ALDADIB

2010-09-26

Ərdoğanın adını qullanıb etibar qazandı və...
Hüseyn Tuğçu üç azərbaycanlı biznesmenə yarım milyon dollar “atıb”; AKP-li millət vəkilinin Türkiyədə də aldatdığı iş adamları var; olay TBMM rəhbərliyinə bildirilib

Türkiyənin Kütahya millət vəkili, AKP-nin qurucu üzvlərindən biri olan Hüseyn Tuğcu barədə qəzetimizə şikayətlər daxil olub. Həmin şikayətlərə görə, hörmətli Tuğcu Azərbaycanda bir neçə iş adamını aldadaraq, onların etibarından sui-istifadə etməklə pullarını mənimsəyib. Bu məlumatı bizə aldadılan iş adamlarından birinin yaxın qohumu şəxsən redaksiyamıza gələrək verib. Onun iddiasına görə, aldadılan azərbaycanlılar arasında hətta bir dövlət məmuru da var.

Pulu əlindən çıxmış iş adamının yaxınının müxbirimizə anlatdığı hekayəni onun üslubunu qismən saxlamaqla diqqətinizə çatdırırıq.
“Vaxtilə Hacettepe Universitetində müəllim işləmiş AKP-nin qurucu üzvlərindən olan, hazırda bu partiyanın idarə heyətində yer alan millət vəkili Hüseyn Tuğcu “kredit verirəm” adı ilə Azərbaycanda üç iş adamına yarım milyon dollara yaxın pul “atıb”. Tuğcunun Türkiyədə də aldatdığı iş adamları var. Hazırda həmin iş adamları gözləmə mövqeyində dayanıb. Türkiyəli millət vəkilinin iş adamlarının pullarını mənimsəmə sxemi isə belədir. Hüseyn Tuğcu iş adamlarına deyir ki, Avropada fondlar var, onlar bəlli bir işlərə pul ayırırlar. O, təklif edir ki, biznes plan hazırlayın və ona təqdim edin. Guya həmin biznes planlar Hüseyn Tuğcunun vasitəçiliyi ilə Avstriyada yerləşən “Alfa-Omeqa” fonduna göndəriləcək; təsdiqlənəndən 7 həftə sonra isə göstərilən məbləğdə kredit layihə sahiblərinə ödəniləcək. Bu zaman ilkin şərt də irəli sürür ki, fonddan alacağın pulun yüzdə dörd faizi notarius xərcləri qismində nağd olaraq onun özünə ödənilməlidir".
Məlumat qaynağımız olan şəxsin bundan sonrakı iddiası daha konkretdir; məkan və rəqəm göstərilməklə türkiyəli millət vəkilinin Bakı əməliyyatlarını xarakterizə edir: “Hüseyn Tuğcu bir azərbaycanlı iş adamından (məlumat verən şəxsin yaxını-red.) Bakıdakı ”Avropa" otelində bu adla 60 min avro alıb. Bundan başqa, Hüseyn Tuğcu Bakıya, Almaniyaya, Avstriyaya, Türkiyəyə öz qrupu ilə gedib-gəlməsi üçün azərbaycanlı iş adamına daha 80 min dollar da xərclətdirib. Bu gəzintilərdən biri Bakı şəhərinə olub. Hüseyn Tuğçu Auqusten adlı Almaniya vətəndaşını da özü ilə ölkəmizə gətirib. Onu “Alfa-Omeqa” fondunun yoxlama aparan səlahiyyətli nümayəndəsi kimi təqdim edərək azərbaycanlı iş adamının biznes planında göstərdiyi xüsusatları araşdıracağını deyib. Hüseyn Tuğcu azərbaycanlı iş adamından 4 faizi, yəni 60 min avronu alandan bir həftə sonra ona zəng etdi ki, təcili 1 milyon dollar da Almaniyanın “Deutschebank”ına depozitə köçür..."
Rəcəb Tayyib ƏrdoğanBizim xəbər qaynağımızın bundan sonra söylədikləri isə əsil sensasiya sayıla bilər. Sən demə, türkiyəli millət vəkili özünün “Bakı əməliyyatları”nda etibar qazanmaq üçün Türkiyənin baş nazirinin adından da istifadə edibmiş. Diqqət edək: “Tuğcu Azərbaycanda olarkən yanında Veysəl adlı bir şəxs də olub. Həmin şəxs azərbaycanlı iş adamlarına baş nazir Rəcəb Tayyib Ərdoğanın tərcüməçisi kimi təqdim olunub”.
Bizcə, bu detala daha çox diqqət yetirmək lazımdır.
Daha sonra nələr olub? Şikayətçi - mənbəmizi dinləyək. O, deyir ki, azərbaycanlı iş adamı Bakının Əhmədli qəsəbəsində yerləşən bir bankın (adını bizə açıqlayır, amma məlum səbəbdən yazmırıq-red.) müdiri olan dostu ilə məsləhətləşəndən sonra Hüseyn Tuğcunun dediklərini gec də olsa yoxlamaq qərarına gəlir: “Onun israrlarından sonra həmin Veysəllə birgə Avstriyada yerləşən ”Alfa-Omeqa" fonduna gedirlər. Məlum olur ki, azərbaycanlı iş adamının biznes planı orada qəbul edilməyib".
Bundan sonra azərbaycanlı iş adamı anlayır ki, türkiyəli millət vəkili ona “atıb” və əlavə olaraq onun “Deutschebank”dakı hesaba köçürəcəyi 1 milyon dolları da mənimsəmək istəyirmiş. 2009-cu ilin əvvəlində baş verən bu hadisədən sonra azərbaycanlı iş adamı Hüseyn Tuğcuya notarius xərcləri adı ilə verdiyi pulları ondan geri istəyir. Bu istəmə prosesi hələ də davam edir. Lakin olayın üstündən 1 il 6 ay vaxt keçsə də türkiyəli millət vəkili pulları qaytarmayıb. Burada daha iki zərərçəkən iş adamımızın adı çəkilir. Lakin onlar hələlik heç bir iddia irəli sürmədikləri üçün biz də heç nə yazmırıq.
Bülənt ArıncMənbəmiz daha sonra deyir: “Hüseyn Tuğcunun əməlləri barədə vaxtilə Hacettepe Universitetində onun tələbəsi olmuş şəxsə - Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, hazırda Türkiyə baş nazirinin müavini Bülənt Arınca da məlumat verilib. Bundan sonra rəsmi şəkildə ona müraciət ünvanlanıb. Hətta məsələ ilə əlaqədar Cümhuriyyət Xalq Partiyasının rəhbərliyində təmsil olunan millət vəkili Alqan Acaloğlu ilə də partiyada görüş keçirib. Azərbaycanlı iş adamı yaxın günlərdə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir”.
Biz bu iddialara münasibət bildirmək üçün 4 gün ərzində TBMM üzvü Hüseyn Tuğcu ilə əlaqə saxlamağa çalışdıq. Telefon əlaqəsi mümkün olmadıqda isə onun TBMM-in rəsmi saytında göstərilən elektron ünvanına məktub-sorğu yolladıq. Lakin hələ də heç bir cavab yoxdur. Məhz bu səbəbdən də oxuduğunuz yazını birtərəfli qaydada dərc etmək məcburiyyətində qaldıq.
Əgər hörmətli Hüseyn bəy barəsindəki iddialarla bağlı bir şeylər demək istəsə, onun cavabını da dərc etməyə hazırıq.
Arayış üçün deyək ki, Hüseyn Tuğcu 1959-cu ildə Kütahyada anadan olub. Bu şəhərdən də AKP millət vəkilidir. Ələvi kökənlidir. İngilis, ərəb və rus dillərini mükəmməl bilir.

E.QƏDİMOV

3491 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008