|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Sentyabrın 3-də İranın ölkəmizdəki səfirliyinin qarşısında Güney Azərbaycanda həbs olunan siyasi fəallara azadlıq tələbi ilə keçirilmiş aksiya zamanı döyülən gənclər bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcək. Bu məlumatı qəzetimizə “Dalğa” Gənclər Hərəkatının (GH) həmtəsisçisi Ramin Hacılı deyib. “Yeni Müsavat”a açıqlama verən R.Hacılı aksiya zamanı “Dalğa”çıların döyülməsi ilə bağlı həm təşkilatın, həm də döyülən şəxslər adından şikayət edəcəklərini bildirdi: “Etirazımız Güneydəki həbslərə qarşı idi. Son aylarda İranda güneyli soydaşlarımız yoxa çıxır. Bir ailə oğurlanıb, onların körpə uşağı ortalıqda qalıb. Biz də buna etiraz olaraq aksiya keçirdik. Bu zaman ərazidə xeyli polis var idi. Daha sonra mülki geyimli bir neçə şəxs aksiyaya müdaxilə edərək gəncləri döyməyə başladı. Təəssüf ki, polislər mülki geyimli şəxslərin aksiyaçıları döyməsinə tamaşa edirdi. İranda Azərbaycan bayrağı yandırılanda, güneyli soydaşlarımız oğurlananda heç kim buna fikir vermirdi. İran polisi azərbaycanlıları döydürməyə şərait yaradır, bizim polislər isə bizim döyülməyimizə tamaşa edir. Birinci növbədə vətəndaşların hüquqları qorunmalıdır, sonra bayraq. Vətəndaş olmayan yerdə bayraq da olmaz”. Elmin BƏDƏLOV 4649 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR |
| Yeni MÜSAVAT © 2008 |
|