13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

KREML ERMƏNİSTANLA ƏLEYHİMİZƏ OLAN MÜQAVİLƏNİ MALALAMAĞA ÇALIŞIR

2010-09-06

Vəfa Quluzadə: “Torpaqlarımızın azad olunmasını mümkünsüz etmək istəyirlər”
İqbal Ağazadə: “Rusiya hansısa məqamda ölkəmizə təzyiq edə bilər”

Rusiya prezidenti Dmitri Medvedyevin Bakı səfəri xüsusi ciddi məqamlarla yadda qalmadı. Səfər sanki ictimai rəyə hesablanmış və şablon xarakter daşıyan bir gəliş idi. Məlum olduğu kimi, Bakıda prezidentlə və hökumət üzvləri arasında rəsmi danışıqların başa çatmasından sonra tərəflər arasında üç sənədin imzalanması mərasimi və prezidentlərin brifinqi olub. Rusiya dövlət başçısı bildirib ki, Rusiya ilə Ermənistan arasında imzalanan hərbi-texniki müqavilə hər hansı bir prinsipial əhəmiyyət daşımır. O, həmçinin Qarabağdan danışaraq deyib ki, Azərbaycan və Ermənistan münaqişəsinin nizamlanmasına dair təmasların intensivliyini azaltmamalıdır.

Vəfa QuluzadəSəfərin yekunlarını şərh edən politoloq Vəfa Quluzadə bildirdi ki, Medvedyevin Bakı səfəri yalnız Ermənistanla bağladığı Azərbaycan əleyhinə müqaviləni malalamaq məqsədi daşıyıb: “Yəni Ermənistanla Azərbaycan əleyhinə hərbi müqavilə bağlayırlar, Azərbaycan torpaqlarının azad edilməsini mümkünsüz edirlər, sonra da Medvedyev Bakıya gəlib mənasız sənədlər imzalayır. Onsuz da Rusiya Azərbaycan torpaqlarının boşaldılmasını daha öncələr mümkünsüz etmişdi, indi bunu daha da qabardıblar. Yəni Azərbaycan müharibə etməli olanda Ermənistanla yox, Rusiya ilə döyüşməlidir. İndi bunu daha da qabartdılar ki, nəsə olsa, Rusiyanın Gümrüdəki bazası Azərbaycanın əleyhinə döyüşəcək. Bütün Azərbaycan dövləti bundan narazı, məyus və narahatdır. Ruslar isə çox üzlüdür, bizim əleyhimizə bu qədər addım atıblar, indi də Medvedyev Bakıya səfər edir, deyirlər ki, qonşuyuq, dostuq, strateji müttəfiqik, yeni müqavilələr də bağlayırıq. Amma səfər zamanı bağlanan müqavilələr tamamilə mənasız bir şeylərdir. Sərhədlər haqqında müqavilələr prezidentlər səviyyəsində olan məsələ deyil. Onu Xarici İşlər Nazirlikləri hər zaman imzalaya bilərdilər. ”Qazpromla" ARDNŞ də istədikləri vaxt qaz müqavilələri imzalaya bilirlər. Bunlar üçün Medvedyevin Azərbaycana səfəri lazım deyildi. Rusiya prezidenti “üzə gülüb evini yıxmaq” oyununu oynayır. Rusiya həmin Rusiyadır - Azərbaycanı işğal edən, dəfələrlə soydaşlarımızı öz torpağından deportasiya edən, torpaqlarımızı işğal edib Minsk Qrupunda həmsədrlik edən “naxal” Rus imperiyası".
İqbal AğazadəÜmid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə da Medvedyevin gəlişini sıradan bir səfər hesab edir: “Rusiya bununla Cənubi Qafqazda əhəmiyyətli yer aldığını beynəlxalq ictimaiyyətə və bölgəyə nümayiş etdirmək istəyirdi. Amma hər kəsə aydındır ki, Cənubi Qafqazda Rusiyanın daha çox bağlılığı Ermənistanladır. Digər region dövlətləri ilə müqayisədə Moskvanın Ermənistanla daha çox çeşidli əməkdaşlıq planları var. Rusiya ilə Ermənistanın müqaviləsi yeni deyil, sadəcə yenilənib”.
Ümid sədrinə görə, bu müqavilə olmasa belə, Azərbaycan Rusiya ilə dil tapmadıqda Moskva hansısa məqamda ölkəmizə təzyiq edə bilər: “Bunun qarşısını nə beynəlxalq ictimaiyyət, nə də Azərbaycan ala bilər. 2008-ci ildə Gürcüstanda baş verən hadisələr buna sübutdur. Bu, Rusiyanın beynəlxalq hüquqa ”hörmətinin" təzahürü idi. Rusiya üçün Cənubi Qafqazda beynəlxalq hüquqdan daha çox özünün müəyyən etdiyi siyasət var".
Millət vəkili dedi ki, Medvedyevin Bakı səfəri zamanı səsləndirdiyi bəyanatlar Kremlin Cənubi Qafqaz siyasətində heç nəyi dəyişmir: “Rusiya konfliktlərin daha çox olması və bu konfliktlərdən dolayı bölgədə özünün təsirlərini artırmaq siyasətini yürüdür. Medvedyev bu cür bəyanatları ilə əslində Rusiyanın Cənubi Qafqaza təsirlərini nümayiş etdirir, həm də yerli hakimiyyətləri özündən asılı vəziyyətə salmaq üçün bu tipli mövqe sərgiləyir”.

Elşad MƏMMƏDLİ

1437 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008