 |
Gündəm
CƏBHƏDƏ DURUMUN DAHA DA KRİTİKLƏŞƏCƏYİ GÖZLƏNİLİR 2010-09-06 Hərbi ekspertlərdən xəbərdarlıq: “Ermənistan Azərbaycanı təxribata çəkir; sentyabr-oktyabrda vəziyyət bir az da gərginləşə bilər...”
|
Artıq neçə gündür ki, Qarabağ cəbhəsində vəziyyət yenidən gərginləşib. Bu günlərdə ermənilərin diversiya hücumu nəticəsində qanlı döyüşlərin getdiyi Tərtər istiqamətindən düşmən mövqelərimizə həmlə edib və ordumuz növbəti şəhidlər verib. Ən ağrılısı isə budur ki, şəhid hərbçimizin birinin - 1976-cı il təvəllüdlü Abdullayev Əhməd Hüseynağa oğlunun cəsədi erməni tərəfdə qalıb. Şəhid olan digər zabitimiz Əhmədov Fərid Gülağa oğludur. O, aldığı yaralardan bir neçə saat sonra dünyasını dəyişib. Azərbaycan Müdafiə Nazirliyinin baş verənlər barədə məlumatına görə, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün sentyabrın 4-də gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Ermənilərin avqustun sonundan indiyədək iki dəfə Azərbaycan ordusu üzərinə hücuma keçməsi təsadüfi deyil. Təbii ki, onların hansısa məkrli planları mövcuddur. Faktiki olaraq cəbhə xəttində hər gün qanlı döyüşlər gedir, bunu ikinci Qarabağ savaşının astanası və ya başlanğıcı hesab edənlər də az deyil. Politoloq Natiq Miriyə görə, ermənilərin bu cür aqressivləşməsinin çoxlu - həm hərbi-siyasi, həm də mənəvi-psixoloji səbəbləri var: “Azərbaycan ordusunun giziri Mübariz İbrahimovun etdiyi qəhrəmanlıq ermənilərin yaddaşında əsrlər boyu qalacaq. Məhz həmin hadisədən sonra həm Ermənistanda, həm də Dağlıq Qarabağda yaşayan ermənilərin arasında kütləvi köç başlayıb. Bu hadisəni Ermənistanda və Dağlıq Qarabağda nə qədər gizlətməyə çalışsalar da, prosesin qarşısını almaq artıq mümkün olmur. Bu baxımdan cəbhədə baş verənlərdə həm də qisas elementi var. Ancaq bundan daha çox onlar Azərbaycan tərəfini təxribata çəkmək istəyir. Məqsədləri də odur ki, Azərbaycan ordusu əks-hücuma keçsin. Çünki ABŞ konqresində erməni lobbisi çox ciddi fəaliyyətə başlayıb. Konqres rəhbəri də daxil olmaqla, qurum üzvlərindən Azərbaycana ayrılan yardımlara embarqo qoyulmasını tələb edirlər. Bunu qlobal bir prosesə çevirib Azərbaycana qarşı növbəti bir embarqoya nail olmaq istəyi var. Ermənilərin etmək istədiyi budur. Əslində, bunu dolayısıyla Serj Sərkisyan da Dağlıq Qarabağa səfəri zamanı etiraf edib. O deyib ki, Azərbaycanın buraxacağı səhvlərdən maksimum istifadə etməliyik. Hesab edirəm ki, bu, Azərbaycanı təxribata çəkmək çağırışı idi. Həm də erməniləri sakitləşdirməyə hesablanmışdı. Çünki indiyə qədər əksər dövlətlərin xəyalən qəhrəmanları olub, məsələn, Rembo kimi. Lakin Mübariz İbrahimovun etdiyi əsl qəhrəmanlıqdır, bu erməni ictimaiyyətində elə bir dəhşətli iz buraxıb ki, Azərbaycan ordusu haqqında əndişəsiz danışa bilmirlər. Bu xofu aradan qaldırmaq üçün quldur kimi Azərbaycan əsgərlərini öldürməklə ermənilərin təşvişini azaltmaq istəyirlər”. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov isə dedi ki, cəbhə xəttində hər il təxminən bu vaxtlar baş verən hadisələr yaşanır: “Sadəcə, bu dəfə vəziyyət bir qədər fərqlidir. Çünki Rusiya ilə Ermənistan arasında imzalanmış hərbi müqavilədən sonra ermənilər bir az da azğınlaşıblar. Faktiki olaraq Ermənistan prezidenti, müdafiə naziri verdikləri bəyanatlarda Azərbaycanı cəzalandırmağa hazır olduqlarını deyirdilər. Rusiya prezidenti Bakıya gəlib bir neçə növbətçi və ”könül alan" bəyanatlar verdi. Bu səfər ərəfəsində də cəbhədə gərginlik artmaqda davam edir. Son günlərdə Azərbaycan ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub. Tək Tərtər istiqamətində 4 hərbi qulluqçu dünyasını dəyişib, bir neçə nəfər yaralanıb. Digər istiqamətlərdə də narahatlıqlar olub. Ermənilərin havadarlarının onlara əlavə stimul verməsi səbəbindən onlar aqressivləşiblər. Hesab edirəm ki, sentyabr-oktyabr aylarında cəbhə xəttində vəziyyət daha da gərginləşə bilər. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi və digər güc strukturları vəziyyəti çox ciddi nəzarətdə saxlamalı və prosesləri ciddi təhlil etməlidir. Çünki düşmən heç zaman razılaşdırılmış hücuma keçmir, qəfil hücuma keçir. Cəbhə xəttində ayıq-sayıqlıq artırılmalıdır ki, zabitlərimizi qoruyaq. Hər gözlənilməz hücumda itki verməməliyik". Elşad MƏMMƏDLİ 5551 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|