13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

RƏSMİ BAKI BÖHRAN QRUPUNUN HESABATINA REAKSİYA VERMƏYƏ TƏLƏSMİR

2010-09-07

Sərdar Cəlaloğlu: “Dəfələrlə deyilib ki, Azərbaycanda bəzi PKK-çılar yüksək rütbəli məmurların himayəsindədir”
Aydın Mirzəzadə: “Bəzi təşkilatlar Azərbaycan hakimiyyətindəki şəxsləri qarşı-qarşıya qoymağa çalışır”

Dünya ölkələrində vəziyyətin təhlili ilə məşğul olan Beynəlxalq Böhran Qrupunun (BBQ) “Azərbaycan: qüsurlu sabitlik” adlı hesabatı haqqında artıq geniş məlumat verilib. Bir daha xatırladırıq ki, 20 fəsildən ibarət hesabatda ölkənin dövlət sisteminin ətraflı təhlili verilib və nöqsanlar göstərilib.

Qeyd edək ki, mövcud problemlərlə bağlı vaxtaşırı beynəlxalq təşkilatların hesabatlarında sərt tənqidi fikirlər əksini tapıb. Ancaq söhbət həm də ondan gedir ki, sənəddə prezidentin baş cangüdəninin adı terrorçu təşkilatla əlaqədə hallanır. Bildirilir ki, “Bəylər Əyyubov kürdlərə nəzarət edir və onların vasitəsilə PKK ilə əlaqələrə malikdir”.
Azərbaycan mətbuatında bu barədə vaxtaşırı yazılıb. Ancaq bu fikirlərin məhz beynəlxalq təşkilatın hesabatında əksini tapması birmənalı qarşılanmadı. Söhbət ölkə rəhbərinə çox yaxın şəxsin terrorçu təşkilatla əlaqədə ittiham olunmasından gedir.
Sərdar CəlaloğluADP sədri Sərdar Cəlaloğlu bu barədə danışarkən öncə Azərbaycanda bəzi iri layihələrin tikintisində Türkiyədən gətirilmiş kürdlərdən işçi qüvvəsi kimi istifadə olunması faktına diqqət çəkdi: “Azərbaycan vətəndaşları Türkiyədə hamballıq etdiyi halda, Türkiyədən kürdlərin gətirilib burda işlədilməsi təbii ki, hansısa ciddi siyasi maraqların olduğunu deməyə əsas verir. Böhran qrupunun hesabatında əksini tapanlar Azərbaycan cəmiyyətində çoxdan müzakirə olunan, hər kəsə gün kimi aydın olan məsələdir. Elə sizin qəzetiniz bu barədə illərdir yazırdı. Bu təşkilat (BBQ-ni nəzərdə tutur - Red.) Azərbaycanda ictimai rəyi öyrənir, mətbuatda məlumatları toplayır, həmçinin müəyyən idarələr vasitəsilə bilgilər əldə edir. Bu təşkilat həddən artıq ciddi qurumdur. Orda sabiq dövlət başçıları, baş nazirlər toplaşıb. Onların məlumatları adi məlumatlar deyil. Bu təşkilat dünyadakı böhranlı vəziyyətləri öyrənirlər və bu vəziyyətlərdə istifadə olunacaq addımları müəyyənləşdirirlər. Onların verdiyi bəyanatlar başqa təşkilatların bəyanatlarından daha ciddi, dəqiq və informativdir”.
S.Cəlaloğluna görə, Türkiyənin rəsmi dairələri də Azərbaycandakı müəyyən insanlarla PKK-nın əlaqəsi ilə bağlı açıq və ya üstüörtülü şəkildə münasibət bildiriblər: “Dəfələrlə açıq mətnlə deyiblər ki, Azərbaycanda da bəzi PKK-çılar yüksək rütbəli məmurlar tərəfindən himayə olunur. Kürdlərin əksəriyyəti elə Azərbaycan-Türkiyə sərhədindədir. Ona görə də təbliğat materiallarının, pulun, könüllülərin göndərilməsi yollarından biri də Naxçıvandır. Hətta bəzi əxlaqsız qadınların da PKK düşərgələrində ölməsi ilə bağlı faktlar ortaya çıxdı. Hansısa azərbaycanlı fahişə gedib PKK-çıların içində ölürsə, deməli, PKK-ya kömək edən başqa adamlar da o işlə məşğuldur. Yəni qadın alverçiləri PKK ilə işləyirsə, demək, silah, narkotik alverçiləri də PKK ilə işləyir. Məni narahat edən odur ki, əgər beynəlxalq təşkilatların verdiyi bu bəyanatları xronoloji ardıcıllıqla düzsəniz, görərsiniz ki, bu bəyanatlar Azərbaycan dövlətinin dağılma istiqamətində meylini özündə əks etdirir. Amma bunun müqabilində Azərbaycan hakimiyyəti dövlətin bu təhlükədən qurtarması ilə bağlı heç bir addım atmaq istəmir, özünü hər şeyin yaxşı olduğuna inandırmaq istəyir. Halbuki belə arxayınçılıqla o boyda sovet hökuməti cəmi 70 il yaşadı. Sözlə dövləti qorumaq mümkün deyil”.
Aydın MirzəzadəYAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə müxbirimizə bildirdi ki, əslinə qalsa, Beynəlxalq Böhran Qrupu adlanan təşkilat Azərbaycanla bağlı vaxtaşırı hesabat yayan minlərlə təşkilatdan biridir: “Azərbaycan öz inkişafında elə mərtəbəyə çatıb ki, tanınmaq istəyən, yaxud diqqəti cəlb etmək istəyən hər hansı xarici QHT Azərbaycanla bağlı bir hesabat yaratmaq istəyir. Hətta bəzən hesabat yaradanların özləri Azərbaycanın xəritədə harda olduğunu belə təxmini bilirlər. Sadəcə olaraq bizdə olan bir neçə soyad götürülür, onların ətrafında öz versiyalarını verməyə çalışırlar. Beynəlxalq Böhran Qrupu nə elə ciddi bir beynəlxalq təşkilat deyil, nə də beynəlxalq məhkəmə strukturu deyil ki, onun dediyi Azərbaycan üçün mütləq ola və Azərbaycan öz inkişafını onun dediyi ilə qura”.
A.Mirzəzadəyə görə, bəzi təşkilatlar Azərbaycanla bağlı hesabat verməyə çalışarkən bir qayda olaraq Azərbaycan hakimiyyətində olan şəxsləri qarşı-qarşıya qoymağa, məsələləri qara rəngdə verməyə çalışırlar, yaxud da Azərbaycan cəmiyyətində qıcıq yaratmaq üçün Azərbaycanı siyahıda Ermənistandan sonra göstərmək istəyirlər: “Mən həmin hesabatla tanış deyiləm. Ancaq bu gün Azərbaycan hakimiyyətində dövlətçiliyə bütün qüvvəsi ilə xidmət edən, öz sahəsində üzərinə düşən vəzifəni yerinə yetirən onlarla, yüzlərlə oğul və qızlar var. Onların adına ayrı-ayrı məsələləri yazmaq, adlarını heç nədən hallandırmaq özünü beynəlxalq təşkilat adlandıran müəyyən xarici qurumların çox sevimli məşğuliyyətinə çevrilib. Düşünürəm ki, onlara heç reaksiya vermək düzgün deyil. Azərbaycan demokratiyaya açıq bir dövlətdir. Cəmiyyətdə gedən məsələləri elə cəmiyyətin öz potensialı kifayət qədər aydın qiymətləndirə bilər”.
Hesabata rəsmi qurumlardan da rəy almaq istədik. Lakin ən müxtəlif səbəblərdən bu, mümkün olmadı.

Cavid TURAN

1007 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008