13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

ELMAR VƏLİYEVİN OTELİNDƏ MƏŞUM FACİƏ

2010-09-07

Başçı bir nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb oldu
Yevlax rəhbərinin qeyri-peşəkar tələbi işçilərə baha başa gəldi; çökən betonun altında qalan dörd nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb

Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yanlış davranışı bir nəfərin ölümünə, üç nəfərin isə ağır yaralanmasına səbəb olub. Bu barədə “Yeni Müsavat”a Yevlaxdakı etibarlı mənbədən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, hadisə icra başçısının inşa etdirdiyi və artıq tamamlama işləri başa çatmaq üzrə olan hoteldə baş verib.

E.Vəliyev Yevlaxda Kür qırağında böyük bir hotel tikdirir və vaxtaşırı həmin əraziyə gedərək tikinti işlərinə baş çəkir. Mənbənin dediyinə görə, E.Vəliyev bilib ki, bu günlərdə prezident İlham Əliyevin Qərb bölgəsinə səfəri nəzərdə tutulur və dövlət başçısı bu səfər çərçivəsində yolüstü Yevlağa da baş çəkəcək. İcra başçısı istəyib ki, həmin vaxtadək bütün tamamlama işləri başa batsın və hotelin açılış mərasimi prezidentin Yevlağa səfəri zamanı baş tutsun ki, İ.Əliyev də bu tədbirə qatılsın.
Buna görə də sentyabrın 4-də hotel tikilən əraziyə gedən icra başçısı işlə tanış olandan sonra iş icrasına betonun tökülməsi forması ilə bağlı irad tutub. Beton hotelin həyətində bir neçə metr hündürlüyü olan yardımçı tikilinin üstünə tökülürmüş. İcra başçısı beton tökmə işinin sürətləndirilməsini istəyib. İcra başçısı isə deyib ki, beton E.Vəliyevin dediyi formada tökülsə, tavan çökər. İcra başçısı isə israrla betonun onun istədiyi formada tökülməsini tələb edib. Bundan sonra onun tələbi yerinə yetirilib. Amma cəmi bir neçə saat sonra iş getdiyi vaxtda beton çöküb və 4 nəfər fəhlə onun altında qalıb. Mənbənin dediyinə görə, fəhlələrdən biri hadisə yerindəcə keçinib. Digər 3 nəfər isə ağır xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu və onların gizli şəraitdə müalicə edildikləri bildirilir. Aldığımız məlumatda o da deyilir ki, icra başçısı bu hadisənin rəsmləşdirilməsinə imkan verməyib. Ölən və yaralanan fəhlələrin yaxınlarını isə susdurmağa çalışırlar.
Bu məlumatla bağlı E.Vəliyev və onun yaxın ətrafının mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəfə çıxış imkanımız olmadığından bu cəhdimiz alınmadı. Bununla belə, növbəti saylarımızda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 Onu da qeyd edək ki, bu, E.Vəliyevin adının ölüm işində hallanması ilə bağlı ilk fakt deyil. Bir müddət öncə E.Vəliyev tərəfindən iclasda təhqir olunan Yevlax şəhər 7 saylı məktəbin direktorunun iclasdan sonra ürəktutmasından vəfat etməsi xəbəri yayılmışdı.

Teymur HƏSƏNLİ

8382 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008