12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

VƏLİYEV QARDAŞLARININ BÖYÜK İDDİALARI...

2010-09-08

Onların davranışı hakimiyyətdə bir çox iri fiqurları narahat edir

Hərbi prokuror Xanlar Vəliyev və onun qardaşı, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qruplaşma yaratmaq cəhdləri açıq-aydın müşahidə edilir. Maraqlıdır ki, bu adamlar hərəkətləri ilə gündəmə gəlir və müzakirə obyektinə çevrilirlər. Bu müzakirələr və təhlillər zamanı isə ciddi faktlar üzə çıxır.

Elmar Vəliyevİlk olaraq diqqəti cəlb edən odur ki, Vəliyev qardaşları öz aralarında “imperiya”larını formalaşdırmaq və gücləndirmək üçün iş bölgüsü də aparıblar; Xanlar Vəliyev daha iri bir vəzifəyə, dəqiq desək, baş prokuror postuna yüksəlmək üçün siyasi dairələrlə işləyir, kombinasiyalar qurur, Elmar Vəliyev isə biznes, pul-para məsələlərini həll edir.
Adam faktiki olaraq icra başçısı vəzifəsini yerinə yetirməkdən daha çox şəxsi biznes işləri ilə məşğul olur. Hansı ki, qanun bunu birmənalı şəkildə qadağan edir. Özü də o qədər arxayın şəkildə insan amilini belə nəzərə almır. Məsələn, Elmar Vəliyev fəhlələri maddi marağına qurban verib. Onun yanlış davranışı bir nəfərin ölümünə, üç nəfərin isə ağır yaralanmasına səbəb olub. Bu barədə “Yeni Müsavat”a Yevlaxdakı etibarlı mənbədən daxil olan məlumata görə, hadisə icra başçısının inşa etdirdiyi hoteldə baş verib. Bu haqda qəzetimizin dünənki sayında ətraflı məlumat dərc olunub.
Vəliyevlər böyük maliyyə dayaqlarına söykənən güclü bir qruplaşma yaratmaq istəyirlər. Bu oyunda Xanlar Vəliyevin iddiaları daha böyükdür. Yuxarıda qeyd etdiyimiz kimi, o, xeyli vaxtdır ölkənin baş prokuroru olmaq iddiasındadır. Təbii ki, X.Vəliyevin bu posta gətirilməsi üçün maraqlı olan qüvvələr də var. Heç şübhəsiz ki, Vəliyevin arxasında dayanan, onların irəliləməsinə dəstək olan qüvvə var. Bəzi iddialara görə, Xanlar Vəliyevin arxasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov dayanır.
Səfər ƏbiyevX.Vəliyevin qruplaşmağa meylli olması hələ bir neçə il öncə özünü büruzə verirdi. Keçmiş baş hərbi komissar, hazırda Salyanın icra başçısı olan Əlağa Hüseynov müdafiə naziri Səfər Əbiyevlə rəqabət aparanda bu prosesə Xanlar Vəliyev də qoşulmuşdu. O, Ə.Hüseynovla bir cəbhədə birləşmişdi. Lakin onu bu prosesə qatan heç də Ə.Hüseynovla yaxınlığı deyildi. Sadəcə, X.Vəliyev öz patronunun - K.Heydərovun Səfər Əbiyevlə münasibətlərinin soyuq olması səbəbindən bu oyunda iştirak edirdi...
Müşahidələr onu deməyə əsas verir ki, Vəliyevlər artıq kiminsə himayəsində olmağa razı deyillər, onlar ən yaxşı halda hansısa qruplaşmaya yaxın olmaq şərti ilə özləri də “imperiya” yaratmaq niyyətindədirlər. Əlağa HüseynovXanlar Vəliyevin baş prokuror olmaq iddiası da bu istəkdən qaynaqlanır, nəinki prokurorluq sisteminə rəhbərlik etmək arzusundan. Təbii ki, X.Vəliyevin belə böyük iddialarda olması, sərbəstləşmək xatirinə baş prokurorluğa iddia etməsi hakimiyyətdəki bir sıra iri məmurları narahat etməyə, maraqlarına toxunmaya bilmir. Məhz bu səbəbdən də onlar X.Vəliyevin baş prokuror olmasına imkan vermək istəmirlər, bu da təbii olaraq hakimiyyətdə daha bir münaqişə, konflikt ocağının yaranması ilə nəticələnir. Söhbət ondan gedir ki, X.Vəliyevin iddiaları iqtidar düşərgəsində olan dartışmaları daha da artırıb. Onun baş prokuror olmaq və qruplaşma yaratmaq istəyinə qarşı olan qüvvələr ciddi-cəhdlə buna mane olmağa çalışır və avtomatik olaraq qarşılıqlı ittihamlar, kompromat savaşı başlayır. Belə aydın olur ki, Vəliyevlərin iddiaları iqtidara yeni-yeni problemlər yaradır. Təbii ki, buna çox da gözü yumulmayacaq. Çünki o, nə qədər iddialı olsa da, “dişsiz” məmurlardan hesab olunur. Zakir QaralovBu mövzuda mövqeyini öyrəndiyimiz iqtidara yaxın mənbənin sözlərinə görə, Xanlar Vəliyevin baş prokuror olması Azərbaycan üçün fəlakətə səbəb olar. Bu cavaba “Yeni Müsavat”ın sualı isə belə oldu: “Zakir Qaralovdan da böyük fəlakət olar?” Mənbə dedi ki, Xanlar Vəliyev baş prokuror olsa hamı Zakir Qaralova şükür oxuyar: “Bu adamın vəzifəsi bir qədər də artırılsa kəsdiyi başa sorğu-sual istəməz. Hakimiyyətin yuxarı eşalonunda Vəliyevlərə münasibət birmənalı deyil. Çünki öz maraqlarına oynayırlar. Komandanın, prezidentin maraqları onlar üçün ikinci sırada gəlir. Ona görə də illərdir baş prokuror olmağa çalışsa da bu istəyinə nail ola bilmir”. Mənbə dedi ki, Xanlar Vəliyev yəqin ki, indiki postundan pensiyaya göndəriləcək: “Ona və qardaşına bundan yüksək vəzifə görmək nəsib olmayacaq”.
Adının açıqlanmasını istəməyən həmsöhbətimiz fikirlərinə bu sözlərlə yekun vurdu: “Bu hakimiyyət çox iddialı fiqurlar görüb, çox mənəm-mənəm deyənlər yola salıb. Surət Hüseynovdan, Rəsul Quliyevdən tutmuş Əli İnsanova qədər böyük bir siyahı var ortada. Amma kim ki, boyundan yüksəyə tullanmaq istəyib, sözün siyasi mənasında boynu vurulub. Çıxdaş edilib və komandadan qovulub. Ya türməyə, ya mühacirətə göndərilib. Vəliyevlər də o yolu tutublar. Onlar da kreslolarına sığışmırlar. Amma ”gözü çıxan qardaşlarından ibrət də götürmürlər". Çox keçməz onların da zamanı çatar və iddialarının, tamahlarının, sədaqətsizliklərinin bədəlini ödəyərlər..."

Tofiq ƏHMƏDLİ

6730 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008