12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

QORBAÇOV MİRƏLİOĞLUNDAN QORXDU

2010-09-08

Keçmiş SSRİ prezidenti Tiflisə və Bakıya gələsi olmadı, Kondoliza Rasy isə Batumidən qaçdı

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Bakıya gəlişi baş tutmayıb. Məlum olub ki, o, bir sıra keçmiş siyasi liderlərin yer aldığı nümayəndə heyətinin “World Leaders Travel” şirkəti tərəfindən təşkil olunan səfəri çərçivəsində nəinki Azərbaycana, o cümlədən Gürcüstana gələsi olmayıb. Xəbər verildiyi kimi, nümayəndə heyətinin tərkibində Qorbaçovla yanaşı, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays, keçmiş müdafiə naziri Uilyam Perri və digərləri yer alırdı. Dəbdəbəli “Silver Wind” yaxtasında səyahət sentyabrın 30-da Moskvadan başlayıb. Oradan isə heyət Ukraynaya yola düşüb. “World Leaders Travel” şirkətinin internet saytında yayılan məlumata görə, qonaqlar Ukraynanın bir neçə liman şəhərində olublar.

Daha sonra Kiyevə gediblər. Turne çərçivəsində keçmiş dünya liderləri baş çəkdikləri şəhərlərdə ictimai diskussiyalara qatılıblar və mühazirələrlə çıxış ediblər. Əvvəlcədən hazırlanmış səfər marşrutuna görə onların sentyabrın 6-da Gürcüstanın Batumi şəhərinə gələcəyi gözlənilirdi. Lakin həmin gün məlum olub ki, nümayəndə heyətinin tərkibində Qorbaçov yer almır. Raysla Perri isə Batumiyə gələnlər arasındadır.
Kondoliza RaysLakin çox keçmədən qonaqların gəlişi ilə bağlı qalmaqal yaranıb. Gürcüstan KİV-lərinin məlumatlarına görə, Raysın prezident Mixail Saakaşvili ilə görüşü baş tutmayıb. Belə ki, Rays Tiflisə baş çəkməyib və gözlənilmədən Batumidən təyyarə ilə İrlandiyaya uçub. Gürcüstan XİN-dəki mənbələrdən deyiblər ki, ABŞ-ın keçmiş dövlət katibinin heç bir izahat vermədən, tələm-tələsik Perri ilə sağollaşaraq Batumini tərk etməsi ölkə rəhbərliyini təəcübləndirib. Digər mənbə isə bildirib ki, Raysın Batumini qəfil tərk etməsi onunla görüşə hazırlaşan prezident Mixail Saakaşvilini pərt edib. Bildirilir ki, keçmiş dövlət katibi Dublində yazıçıların hansısa toplantısında iştirak etməli olduğunu bəhanə gətirərək Batumini tərk edib. Onu qarşılamaq üçün XİN nümayəndələri ayrılıbmış. Lakin Rays onlarla da görüşməyib. Gürcüstan XİN-in rəsmisi Nina Kalandadze deyib ki, onun məlumatına görə, Batumi sakinləri Raysı xoş qarşılamayıblar və keçmiş dövlət katibi Batmudə cəmi 1 saat qalıb. Həmçinin məlum olub ki, Batumidə keçirilən toplantı əvvəlcə reklam olunduğu kimi dünya liderlərinin simpoziumu deyil, “Rusiya və Qara dəniz” adlanır.
Qorbaçovun isə Azərbaycana və Gürcüstana gəlməkdən niyə imtina etdiyi açıqlanmır. Onun adını daşıyan fondun nümayəndəsi Pavel Palajçenko “Regnum” agentliyinə bildirib ki, keçmiş SSRİ prezidenti hazırda Moskvadadır və gələn həftə Sankt-Peterburqa getməyi planlaşdırır: “Onun Gürcüstana getmək planı olmayıb”. Bununla belə, “World Leaders Travel” şirkətinin internet saytında ötən həftə yer alan məlumatda Qorbaçovun də Gürcüstan və Azərbaycana səfər edəcəyi bildirilirdi. Qeyd edək ki, Qorbaçovun Bakıya gələcəyi barədə xəbərlər Azərbaycanda dərhal narazılıq doğurmuşdu və ictimaiyyət 20 Yanvar qırğınına görə məsuliyyət daşıyan, Qarabağda erməni separatizmini qızışdıran bu bədnam siyasətçinin gəlişini yolverilməz hesab edirdi. KXCP sədri Mirmahmud Mirəlioğlu isə daha radikal mövqe nümayiş etdirərək demişdi ki, Bakıya gəlsə Qorbaçovu şəxsən öldürəcək. O, Qorbaçovu öldürmək niyyətinin ciddi olduğunu da mətbuata deyib.
Məlum olub ki, Qorbaçovu Gürcüstanda da görmək istəmirlər. Bazar günü Tiflisdə Qorbaçovun səfərinə etiraz olaraq müxalifətin mitinqi olub. Aksiyanın təşkilatçılarından olan Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze deyib ki, Qorbaçov 1989-cu il aprelin 9-da Tiflisdə dinc nümayişçilərin güllələnməsi əmrini verib və cinayətkardır: “Əgər Qorbaçov Gürcüstana gəlmək istəyirsə bu o deməkdir ki, bizim hakimiyyətdə Rusiyanın agentləri oturub”. Natadze deyib ki, Qorbaçov Gürcüstana gəlsə dərhal həbs edilməlidir. Çünki onun həbsinə sanksiya vermək üçün kifayət qədər dəlillər var. Aksiya iştirakçıları onu da bildiriblər ki, Qorbaçovun gəlişini bütün mümkün üsullarla əngəlləməyə çalışacaqlar. Belə görünür ki, keçmiş SSRİ prezidenti onun səyahəti ilə bağlı Azərbaycanda və Gürcüstanda yaranan etirazları nəzərə alaraq Moskvada qalmağa üstünlük verib.
Mirmahmud MirəlioğluM.Mirəlioğlu Qorbaçovun Bakıya və Tiflisə gəlməkdən imtinasını şərh edərkən qəzetimizə deyib ki, keçmiş SSRİ prezidenti Azərbaycanda onu müdafiə edən yazılar yazanlardan daha doğru hərəkət eləyib: “Onun təhlükəsizliyinə nə Gürcüstanda, nə Azərbaycanda heç kim təminat verə bilməzdi. Hər halda, o, bu iki ölkəyə, onların xalqlarına etdiyi düşmənçiliyə, törətdiyi əməllərə görə hansı reaksiya ilə üzləşəcəyini bilməmiş deyil”.

F.MƏMMƏDOV

3317 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

ARXIV

Yeni MÜSAVAT © 2008