13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

NAZİRİN “UNDERGROUND” PLANI İŞƏ DÜŞDÜ

2010-09-08

Metro Kəmaləddin Heydərova verilir

“Bakı Metropoliteninin müstəqil bir qurum kimi ləğv ediləcəyi, metronun strateji əhəmiyyətli ayrıca bir struktur kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) balansına keçəcəyi artıq an məsələsidir. Bu məsələnin hökumət çevrələrində rəsmən müzakirə mövzusu olub-olmaması barədə heç nə bilmirik. Amma bu, dəqiqdir ki, ”fövqəlnazir"in adamları metroya məxsus obyektlərdə artıq tez-tez görünürlər. Söhbət var ki, FHN rəhbəri Kəmaləddin Heydərov Bakı metrosunu öz nazirliyinin tabeçiliyinə verilməsinə nail olmaq üzrədir. Plan artıq işə düşüb. Özü də bizim gözümüzün önündəcə".

Bu xəbər redaksiyamıza Bakı Metropoliteninə bağlı qurumlardan birinin bir qrup işçisi tərəfindən günlər öncə verilib. Məlumatı alandan sonra oradakı bəzi detalları bir neçə digər mənbə ilə də dəqiqləşdirməyə çalışdıq. Hakimiyyətə yaxın qaynaqlardan sızdırılan bilgilər də bu informasiyalardakı həqiqət yükünün böyük olmasına işarə edirdi. Mötəbər mənbələr də metronun gec-tez FHN-ə veriləcəyini nəinki istisna etmir, hətta xəbəri təsdiqləyirdi.
Yada salaq ki, mövzu təzə deyil. Bu məsələ dəfələrlə gündəmə gəlib və mətbuatda, o cümlədən “Yeni Müsavat”da işıqlandırılıb. Qəzetimizin ötən saylarının birində də məlumat vermişdik ki, FHN rəhbəri Bakı metrosunu artıq öz kurasiyasına keçirmək ərəfəsindədir. Xatırladaq ki, bu məsələ bu ilin fevralında Bakı metrosunda baş verən məlum enerji böhranından sonra daha da aktuallaşmışdı. Hələ o zaman da deyilirdi ki, enerji qəzası Bakı Metropoliteninin onun rəisi Tağı Əhmədovdan tezliklə alınıb daha səriştəli təsərrüfatçıya, konkret halda cənab Heydərova verilməsinin vacibliyini göstərən ciddi siqnal rolunu oynayır. Bu məqama xüsusi diqqət yetirən müşahidəçilər və ekspertlər onun da üstündə ayrıca dayanırdılar ki, hər gün yüz minlərlə adamın istifadə etdiyi belə strateji əhəmiyyətli obyekt əl qoyduğu istənilən sahəni bir anda dirçəldib ən yaxşıya çevirən “fövqəlnazir”in nəzarətinə keçsə, daha təhlükəsiz olar. Ekspertlər bu əldəyişməni metroda bomba həyəcanlarının tez-tez yaşanması fonunda hətta qaçılmaz sayırdılar.
Gələn son xəbərlərin həqiqətə nə qədər uyğun olduğunu öyrənmək üçün müxbirimiz dünən metronun “Bakmil” stansiyasında olub. Çünki bizə məlumat verən mənbə belə demişdi: “Bakmil”in və ətrafındakı ərazilərin taleyi artıq həll olunub".
Əməkdaşımız bu istiqamətdəki ilk maraqlı xəbəri ərazidəki gecəqondularda məskunlaşmış sakinlərdən alıb. Onların verdiyi məlumata görə, depo artıq fövqəladə hallar nazirinin nəzarətindədir. FHN şefi təkcə depo deyil, ərazidəki bütün yaşayış massivi üzərində tək söz sahibidir. Bundan əlavə, “fövqəlnazir” Keşlə yük stansiyasının həyətini də öz nəzarəti altına alıb. Sakinlər onu da bildiriblər ki, hörmətli Heydərovun uzun müddət imiş burada gözü varmış. Onlara deyilib ki, depoya yaxın yerlərdə və dəmiryolu stansiyasının bir addımlığında yerləşən gecəqondular söküləcək. Çünki bu evlərin əksəriyyəti qanunsuz tikilidir və heç bir dövlət qeydiyyatına alınmayıb. Hazırda həmin gecəqondularda qaçqın və məcburi köçkünlər məskunlaşıb. Onların dediyinə görə, Heydərov bu ərazidə yaşayanları başqa yerlərə köçürəcək və burada nəhəng yaşayış kompleksi salınacaq. Bundan başqa, “Bakmil”in yaxınlığında bu stansiyanın mühafizə xidməti əməkdaşlarına məxsus yaşayış binası yerləşir. Hələlik burada məcburi köçkünlər yaşayır. Həmin binanın da köçürüləcəyi istisna deyil. Bir sözlə, nazir depo da daxil olmaqla bütün sahəni öz təsir dairəsinə daxil edəcək. Sakinlər sual edir: “Əgər metronun Kəmaləddin müəllimin nazirliyinə veriləcəyi xəbəri düz deyilsə, onda onun burada söz sahibi olması necə mümkün ola bilər? Görünür, Tağı Əhmədov da bilir ki, metro artıq FHN-ə verilir, ona görə səsini çıxarmır”.
Tağı ƏhmədovFHN rəhbərinin metroya aid əraziləri öz nəzarətinə alması xəbərini Keşlə yük stansiyasının yük vurub-boşaldan fəhlələr də təsdiqləyiblər. Adının çəkilməsini istəməyən bir fəhlə söyləyib ki, onlara bu ərazilərdə ciddi yeniliklər olacağı bildirilib. Deyiblər ki, yük stansiyası ləğv ediləndən sonra onları Lökbatana köçürəcəklər: “Bura əsasən Rusiyadan tikinti materialları gətirilir, onların da 70 faizi buradan İrana daşınır. İndi Lənkəranda belə bir stansiya tikilir. Bizi isə Lökbatana köçürəcəkləri gözlənilir. Hamı bilir ki, bu böyük ərazi artıq başqa qurumun nəzarətinə keçib. Sadəcə qalır bunu rəsmən elan etmək”.
Keşlə stansiyasının həyətində yüzlərlə fəhlə çalışır. Onlar da təsdiqləyib ki, deponun başqa məmurun nəzarətinə keçməsi artıq özünü göstərir. Fəhlələr indi işlərinin günbəgün zəifləməsindən gileyləniblər. Rəfail adlı fəhlə bildirib ki, gündə 40-50 vaqon boşaldırlar: “Amma əvvəllər gündə 90-100 vaqon yük gəlirdi. Ancaq son vaxtlar işimiz zəifləyib. Məsələn, elə bu gün iş yoxdur və bir azdan evimizə qayıdacağıq”.
Sonda maraqlı bir detala da toxunaq. “Bakmil” stansiyasında kassa aparatı qoyulmayıb. Kassir xanım gediş haqqını köhnə qayda ilə yükləyir. Metro “fövqəlnazir”in nəzarətinə keçənə qədər yəqin ki, belə də davam edəcək...

Emil SALAMOĞLU

8251 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

ARXIV

Yeni MÜSAVAT © 2008