 |
Gündəm
BÖYÜK DÖVLƏTLƏRİN BÖYÜKLƏRİ BAKIYA NİYƏ TEZ-TEZ GƏLİR? 2010-09-08 Vəfa Quluzadə: “Qarabağ ətrafında olduqca xoşagəlməz, dumanlı situasiya yaranıb” Ərəstun Oruclu: “İntensivləşən səfərlər Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlıdır”
|
“Böyük güclərin Azərbaycan uğrunda mübarizəsi gedir. Azərbaycan da nə bu, nə də digər sahilə tərəf hərəkət etmir”. Politoloq Vəfa Quluzadə bu fikirləri son vaxtlar Azərbaycana beynəlxalq təşkilatların təmsilçilərinin və söz sahibi olan dünya dövlətlərinin iri fiqurlarının səfərlərini şərh edərkən söylədi. Qeyd edək ki, son bir neçə ay ərzində ABŞ dövlət katibi Hillari Klinton, Türkiyə və Rusiya prezidentləri Abdulla Gül və Dimitri Medvedyev də daxil olmaqla, bir sıra ciddi fiqurlar Bakıya səfər edib. Təkcə son həftə ərzində ölkəyə beynəlxalq təşkilatları və güc sahibi olan ölkələri təmsil edən bir neçə diplomat gəlib. Dünən isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau Bakıya qəfil səfər edib. Bu səfərlərin Qarabağ məsələsi ilə, yoxsa seçki öncəsi proseslərlə bağlı olduğu hələlik məlum deyil. Ancaq müxtəlif ehtimallar da var. Məsələn, V.Quluzadə deyir ki, Rusiya Ermənistanla Azərbaycan üçün o cür təhqiramiz, aqressiv bir müqavilə bağlayandan sonra rəsmi Bakının ürəyini almaq istəyirdi: “Medvedyevin səfərinin əsas məqsədi bu idi ki, fikir verməyin, o müqaviləni ermənilərlə elə-belə bağlamışıq, biz onları sizin əleyhinizə yönəldib yeni müharibə etmək fikrində deyilik. Ancaq gəlin siz KTM-ə girin, sizinlə hərbi müqavilə imzalayaq, Azərbaycanda da bir hərbi baza yerləşdirək, ondan sonra düşünək ki, bu torpaqları ermənilərdən necə azad edirik. Medvedyevin səfərinin məğzini bu təşkil edir”. V.Quluzadə H.Klintonun səfərinin də məğzindən bəhs etdi: “Səfərin qayəsi bundan ibarət idi ki, siz Rusiya ilə çox yaxınlaşırsınız, yaxın əlaqələriniz var. Əgər torpaqlarınızı Rusiyanın işğal etdiyini görürsünüzsə, nə üçün Azərbaycan əsgərləri gedib Rusiya akademiyalarında oxuyur? Üstəlik, Azərbaycanda çox iş görülməli olduğu halda, siz bu sahədə bizimlə əməkdaşlıq etmirsiniz. Həmçinin Avropa İttifaqının qarşısında götürdüyünüz öhdəlikləri yerinə yetirmirsiniz. Eyni zamanda Azərbaycanda güclü anti-Amerika səsləri yüksəlir, təbliğatları gedir. Klinton da bu barədə narazılıq etdi, Azərbaycandan kömək istədi, Əfqanıstan, İraq məsələlərində daha sıx əməkdaşlıq təklifini verdi. Həmçinin Azərbaycan-Amerika hərbi əməkdaşlığını artırmağı istədi”. Politoloq şübhə etmir ki, Azərbaycan rəhbərliyi torpaqlarımızı işğal edən Rusiya və Ermənistanla dostluğuna görə ABŞ rəsmisinə etirazını ifadə edib: “Ona görə də bütün bu söhbətlərdən nəticə ola bilməz. Nə Rusiya Ermənistanla bağlı siyasətini dəyişir ki, Azərbaycan Qərbdən üzünü Moskvaya çevirsin. Nə də NATO dövləti olan Türkiyə ilə normal əməkdaşlıq edə bilirik. Əslində Türkiyə Medvedyevdən sonra Azərbaycanda əsgəri müqavilə imzalamalı idi, amma etmədi. Bu mənada olduqca xoşagəlməz, dumanlı bir situasiya yaranıb. Belə vəziyyətlərdə həmişə olduqca pis hadisələr baş verə bilir. Azərbaycana edilən səfərlər boş və mənasızdır. Həmsədrlər də illərdir köhnə mahnı oxuyurlar. Ona görə də vəziyyət ölü olduğu qədər təhlükəlidir”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, intensivləşən səfərlər Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlıdır: “Qərbin və beynəlxalq təşkilatların əsas missiyası, istəyi bölgədə artan gərginlik və bu gərginliyin ortaya çıxara biləcəyi hərbi qarşıdurmanın qarşısını almaqdır. Artıq bu təhlükə real görünür. Tərəflər təkcə hərbi ritorika ilə danışmırlar, həm də itkilərlə müşayiət olunan döyüşlər gedir. ABŞ başda olmaqla, Qərb dövlətləri bu gün İran ətrafında baş verən gərginliklə bağlı məsələləri müzakirə etdikləri bir vaxtda Cənubi Qafqazda yeni bir gərginlik ocağının yaranmasını istəmir. Özü də burada baş verə biləcək hərbi qarşıdurma fərqli olacaq. Çünki birinci Qarabağ müharibəsindən dəfələrlə güclü silahlardan istifadə ediləcək və bu silahlı qarşıdurmanın miqyası daha geniş olacaq. Bu da Qərbin strateji maraqlarına uyğun deyil”. Ə.Oruclu Moskvanın da proseslərə ciddi reaksiya verdiyini qeyd etdi: “Rusiya Gürcüstanda iki separatçı qurumu nəzarətə götürməklə bir qədər ruhlanıb. Moskva çalışır ki, Dağlıq Qarabağla bağlı eyni ssenarini həyata keçirsin. Bu da Qərbdə narahatlıq doğurur. Diplomatik intensivliyin məhz Azərbaycan ətrafında artması da təsadüfi deyil”. Politoloqa görə, həm Gürcüstan, həm də Ermənistan təhlükəsizlik prioritetlərini müəyyənləşdirdiyi halda, Azərbaycan hələ də qeyri-müəyyən vəziyyətdədir: “Bu narahatlıq təbii ki, Qərb tərəfdən səfərlərin intensivləşməsinə təkan verir. Eyni zamanda Rusiyanı da qıcıqlandırır”. E.PAŞASOY 2836 dəfə baxılıb
|
[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM [13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT [13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS [13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR” [13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI [13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI [13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI [13.02.2012] - İSA QƏMBƏR - 55 [13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR [13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ) [12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR ARXIV
|