12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

BAŞ PROKURORLUQDA TEST ŞOKU

2010-09-09

Zakir Qaralov prokurorları imtahana çəkəcək, hüquq müdafiəçiləri isə öncə baş prokuroru, müavinlərini və şöbə rəislərini imtahan verməyə çağırır

“Baş prokuror Zakir Qaralovun göstərişi ilə ölkə üzrə prokurorluq sistemində çalışan şəxslərin test imtahanından keçirilməsi nəzərdə tutulub”. Bu xəbəri “Yeni Müsavat”a adının çəkilməsini istəməyən bir qrup prokurorluq əməkdaşı verib. Onların sözlərinə görə, əvvəl test imtahanlarına sentyabrın 15-dən başlamaq planı olsa da sonradan rəhbərlik fikrini dəyişib. “Oktyabrın 1-də prokurorluq əməkdaşlarının peşə bayramıdır. Test imtahanlarını bayramdan sonra keçirmək istəyirlər” - deyə prokurorluq əməkdaşları bildiriblər. Həmsöhbətlərimiz deyir ki, test imtahanının Baş Prokurorluq və ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilib-keçirilməyəcəyi hələlik dəqiq bilinmir. Bu haqda prokurorluq işçilərinə heç bir rəsmi məlumat verilməyib. Onlar deyir ki, hər gün müxtəlif xəbərlər eşidirlər. Bu səbəbdən də prokurorluq əməkdaşları narahatlıq içindədir və narazılıqlar gündən-günə artır.

Zakir QaralovMənbənin məlumatına görə, əsasən prokurorluq sistemində uzun illər işləyən əməkdaşlar narazılıq edirlər. Hətta onların arasında testdən öncə istefa ərizəsi yazmaq istəyənlər də var: “Prokurorluq sistemində 25-30 il iş stajı olanlar test imtahanı vermələrini gülünc iş və özləri üçün təhqir sayır”.
Məlumatı verənlər deyir ki, prokurorluq işçilərindən test adı ilə rüşvət yığılması ehtimalı da var. Bundan əlavə, köhnə işçilərin bu adla çıxarılıb yeniləri ilə əvəzlənməsi də istisna edilmir.
Redaksiyamızı bilgiləndirən prokurorluq işçiləri onu da dedilər ki, test ideyasının müəllifi Z.Qaralova yaxınlığı ilə seçilən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, baş ədliyyə müşaviri Nazir Bayramovdur. Xatırladaq ki, N.Bayramov 2003-cü il 15-16 oktyabr hadisələrinə görə həbs edilən 7 tanınmış müxalifət liderinin məhkəmə prosesində dövlət ittihamçısı olub. Aldığımız məlumata görə, testin keçirilməsi üçün Baş Prokurorluqda heç bir daxili təlimat və ya əmr yoxdur.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı “Yeni Müsavat”ın sorğusuna cavabında prokurorluq orqanlarının daxili işlərinə qarışmamağımızı tövsiyə edərək əlavə hər hansı şərh vermədi.
İradə Cavadovaİnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri İradə Cavadova bildirdi ki, belə bir testin keçirilməsi üçün hər hansı bir əmrin və ya daxili təlimatın olması vacibdir: “Əgər heç bir əmr və ya daxili təlimat yoxdursa, imtahan qanunsuz keçirilir. Belə güman etmək olar ki, bu imtahan prokurorluq işçilərinin peşəkarlığını yoxlamaq üçündür. Bunun üçün prokurorluq işçiləri attestasiyadan keçir. Attestasiyadan keçənlər işlərini davam etdirir, keçməyənlər isə işdən xaric edilir. Milli və beynəlxalq qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı prokurorluq işçisinin birinə mövzu verirlər. O əməkdaş da mövzu üzrə hazırlaşandan sonra hər şənbə günü Elm-Tədris Mərkəzinin digər prokurorluq əməkdaşlarına məlumat verir. Belə olan halda test keçirilməsinə nədən zərurət yaranır? Burada ziddiyyətlər var”.
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq prokurorluq işçisi Müzəffər Baxış test imtahanı məsələsini düzgün addım saydığını bildirdi. Amma o, testin müstəqil komissiya tərəfindən keçirilməsinin tərəfdarı olduğunu dedi: “Bu testi Baş Prokurorluq keçirəcəksə, obyektiv olmayacaq. Siyasi sifarişləri yerinə yetirən şəxslərə üstünlük veriləcək. Testi TQDK keçirsə, nəticələr nisbətən obyektiv ola bilər. Belə bir test imtahanı keçirilsə, əvvəlcə baş prokuror Zakir Qaralov, onun müavinləri, şöbə rəisləri imtahan verməlidir. Belə olsa, onlar heç 5 bal da toplaya bilməz”.
Mövzunu davam etdirəcəyik.

S.KAZIMLI

2756 dəfə baxılıb

Xəbəri paylaş

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

[10.02.2012] - AVROPA BİRLİYİNİN “EUROVİSİON” VİZASI İSTƏYİ

[10.02.2012] - AĞLAYAN SİYASƏTÇİLƏR

[10.02.2012] - AZƏRBAYCANLI YAZIÇI PUTİNİN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ OLDU

[10.02.2012] - TÜRKİYƏ ORDUSUNUN RƏHBƏRİNİN BAKIYA SƏFƏRİ BAŞA ÇATDI

[10.02.2012] - ƏCNƏBİ ORDULARDAKI ZƏRİF “ÖLÜM MƏLƏKLƏRİ”

[10.02.2012] - ““ŞAHDƏNİZ”DƏ BAŞ VERƏN HADİSƏ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI DEYİLDİ”

[10.02.2012] - BAŞ NAZİRLƏ YAZIÇININ SÖZ DUELİ

ARXIV

Yeni MÜSAVAT © 2008