|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
BMT Baş Assambleyasında “GUAM məkanında dondurulmuş münaqişələr və onun beynəlxalq sülh, təhlükəsizliyə təsiri və inkişafı” adlı qətnamə qəbul edilib. Qətnamə layihəsini Baş Assambleyanın müzakirəsinə Gürcüstan təqdim etmişdi. Sənəddə Gürcüstanda baş verən münaqişələr nəticəsində zorakılıq yolu ilə demoqrafik vəziyyətin dəyişməsindən narahatlıq ifadə olunur. Baş Assambleya bütün qaçqınların, onların övladlarının, etnik mənsubiyyətindən asılı olmayaraq Gürcüstan, o cümlədən Abxaziya və Cənubi Osetiya ərazilərindəki evlərinə qayıtmaq hüquqlarını tanıyıb. Sənəddə bu hüquqların pozulması ilə nəticələnən mülkiyyətlərin mənimsənilməsindən çəkinmək çağırışı yer alıb. Sənədin lehinə 50 nəfər, əleyhinə 17 nəfər səs verib. 86 nəfər isə bitərəf qalıb. Xatırladaq ki, sabah BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi də müzakirə olunacaq. Müzakirələr təxirə salındıqdan sonra bu günə təyin edilib. Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətə tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Eyni gündə Kosovoya dair Serbiyanın təqdim etdiyi qətnaməyə də baxılacaq. Bu sənəddə də ərazi bütövlüyü prinsipi qabardılır. Ərazi bütövlüyü pozulan dövlətlərin ümid yerinə çevrilən BMT Baş Assambleyasının 65-ci sessiyası isə sentyabrın 14-də işə başlayır. Sentyabrın 21-də sessiya çərçivəsində təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının çıxışları başlayacaq. Gürcüstan prezidenti Mixail Saakaşvilinin sessiyaya qatılacağı və çıxış edəcəyi bildirilir. Azərbaycandan isə sessiyaya kimin gedəcəyi hələ açıqlanmayıb. Siyasət şöbəsi 702 dəfə baxılıb
|
[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ [12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR [12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI [12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR” [12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB” [12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ [12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ... [11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ? [11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI [11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR [11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL [11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB? [11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK [11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK” [11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ [10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI [10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ [10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ [10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI [10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR |
| Yeni MÜSAVAT © 2008 |
|