13 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

HƏMSƏDRLƏR CƏBHƏ XƏTTİNİ KEÇİB XANKƏNDİNƏ GETDİ

2010-09-09

ATƏT Tərtər istiqamətində monitorinq keçirdi; vasitəçilər Əliyevlə Sərkisyanı Astanada görüşdürmək istəyir

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik və onun səhra köməkçiləri ilə birlikdə cəbhə xəttində olublar. ANS- in məlumatına görə, həmsədrlər və ATƏT nümayəndələri səhər saat 09:30 radələrində vertolyotla Bərdə rayonuna gediblər.

Bərdə Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ATƏT rəsmilərinə bildirilib ki, ermənilər bu ərazidə sonuncu monitorinqin keçirildiyi vaxtdan bu günədək 700 dəfə atəşkəsi pozublar. Nəticədə Azərbaycan hərbçiləri arasında ölən və yaralananlar olub. Ümumilikdə 5 nəfər şəhid olub. Fransalı həmsədr Bernar Fasye bildirib ki, görüşdə cəbhədəki vəziyyət və məcburi köçkünlərin durumu müzakirə olunub. Ətraflı açıqlama isə missiya başa çatdıqdan sonra, yəni 2-3 günə veriləcək. Daha sonra həmsədrlər və onları müşayiət edənlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər-Ağdərə yolundakı təmas xəttində keçirilən monitorinqə qatılıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri aparıb. Təmas xəttinin qarşı tərəfində isə eyni vaxtda ATƏT sədrinin şəxsi nümayəndəsinin iki səhra köməkçisi monitorinq həyata keçirib. Monitorinq zamanı ciddi insident qeydə alınmayıb, lakin cəbhə xəttinin bu istiqamətində atışmalar nisbətən səngisə də bir gün əvvələ qədər davam edirdi. Monitorinqin başa çatmasından sonra həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi Tərtər-Ağdərə yolu ilə Xankəndi istiqamətində hərəkət ediblər. Erməni tərəfi məlumat yayıb ki, həmsədrlərin və ATƏT təmsilçilərinin keçməsi üçün cəbhə xəttinin həmin hissəsində minalardan təmizlənmiş xüsusi sahə yaradılıb. Dünən günün ikinci yarısında vasitəçilər Xankəndində separatçı erməni rejiminin rəhbərliyi ilə görüşüb, axşam isə İrəvana gediblər. Bu gün onların prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşü gözlənilir. Həmsədrlər regiona səfərlərinin ardınca münaqişə tərəfləri ilə təmasları Nyu-Yorkda, BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində davam etdirəcəklər. Sentyabrın sonlarında isə onların regiona yenidən qayıtması gözlənilir. Vasitəçilərin məqsədi dekabrda ATƏT-in Astanada keçirilməsi nəzərdə tutulan sammiti zamanı Ermənistan və Azərbaycan prezidentləri arasında görüşə nail olmaqdır. Cəbhə xəttini keçməzdən əvvəl ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib ki, İrəvanda olarkən Azərbaycan ordusunun şəhid olan iki hərbçisinin cəsədlərinin qaytarılması məsələsini qaldıracaq. Xatırladaq ki, erməni tərəfi bütün beynəlxalq konvensiyaları pozaraq döyüşdə həlak olan hərbçilərin cəsədlərini qaytarmır. Azərbaycan tərəfi cəsədlərin qaytarılması üçün belə vəziyyətlərdə öz missiyasını həyata keçirməli olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət edib.

F.MƏMMƏDOV

475 dəfə baxılıb

Xəbəri paylaş

[13.02.2012] - AZƏRBAYCANDAN RUMINİYAYA YARDIM

[13.02.2012] - SƏHİYYƏ NAZİRİNDƏN ŞOK TƏYİNAT

[13.02.2012] - İRANDA İĞTİŞAŞ: 3 ÖLÜ, 49 HƏBS

[13.02.2012] - “TÜRKİYƏ BAŞ NAZİRİNİN XƏSTƏLİYİ CİDDİ OLA BİLƏR”

[13.02.2012] - GÜNEY AZƏRBAYCANDA YENİ HƏBS DALĞASI

[13.02.2012] - TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI QƏZETİMİZƏ DANIŞDI

[13.02.2012] - XOCALI SOYQIRIMINI TANITMAĞIN İQTİSADİ RIÇAQLARI

[13.02.2012] - İSA QƏMBƏR - 55

[13.02.2012] - TÜRKİYƏDƏ SURİYALI QAÇQINLAR ÜÇÜN ŞƏHƏRCİK SALINIR

[13.02.2012] - BAKIDAKI “MOSSAD” AGENTİ NƏLƏRİ ANLADIB... (YENİ)

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

ARXIV

Yeni MÜSAVAT © 2008