12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Gündəm

AXCP-MÜSAVAT SEÇKİ BLOKU RƏSMƏN YARANDI

2010-09-09

Blokun elan olunması ilə bağlı tədbirdə liderlər ilginc bəyanatlar səsləndirdilər

Dünən Müsavat Partiyası ilə AXCP-nin seçki blokunun yaranması ilə bağlı Müsavat Divanının və AXCP Ali Məclisinin toplantıları keçirildi. Müsavat Partiyasının qərargahında keçirilən hər iki toplantıda bu partiyaların birgə seçki bloku qurmasına qərar verildi. Divanın və Ali Məclisin toplantılarından sonra İsa Qəmbərlə Əli Kərimli birgə mətbuat konfransı keçirdilər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxış edərək bildirdi ki, partiyalar arasında son həftələr davam edən danışıqlar yekunlaşıb və tərəflər parlament seçkilərində birgə iştirak etmək barədə qərara gəliblər. Müsavatla AXCP seçkidə vahid seçki bloku kimi vahid namizədlərlə iştirak edəcək: “Əminəm ki, bu qərarlar və bu qərarlardan irəli gələn fəaliyyətimiz ölkədə vəziyyətin dəyişməsi, korrupsioner-kriminal rejimin, nəhayət, tarixin arxivinə göndərilməsi üçün zəruri mühitin yaradılması, parlamentin xalqın məclisinə çevrilməsi, parlamentdə xalqın seçdiyi dəyərli insanların təmsil olunması işinə böyük töhfə verəcək”.
AXCP sədri Əli Kərimli də uzun müzakirələrdən sonra nəhayət, seçki blokunun yaranması haqqında razılıq əldə olunmasının ciddi hadisə olduğunu bildirdi: “Deyə bilərəm ki, builki seçki kampaniyasının ən mühüm hadisəsi bu blokun yaranmasıdır. Yaranan seçki bloku hakimiyyətə ciddi alternativ ola biləcək, hakimiyyətdən narazı olan mütləq əksəriyyəti azad seçki uğrunda mübarizəyə səfərbər eləyə biləcək. Başladığımız bu işin uğurlu olmasını arzulayıram. Hesab edirəm ki, bu sadəcə seçki bloku deyil. AXCP ilə Müsavat Partiyası arasında  sonda bir partiyada birləşməyə yönəlmiş əməkdaşlığın mühüm bir mərhələsidir. Biz bu mərhələni də uğurla keçəcəyik. Bu blokun yaranması ölkədə böyük siyasi dəyişikliklərin başlanğıcı üçün ilkin təkan ola biləcək”.
Sonra seçki blokunun yaradılmasına dair sazişin imzalanması həyata keçirildi. Sazişi İsa Qəmbərlə Əli Kərimli imzaladılar. Bununla da AXCP-Müsavat bloku rəsmən elan edilmiş oldu.
Blokun adı isə püşkatma nəticəsində müəyyən edildi.
İsa Qəmbər təklif etdi ki, püşk kağızını jurnalistlərdən biri götürüb elan etsin. Jurnalist Natiq Cavadlının paketlərdən birini götürüb elan etdi. “AXCP-Müsavat”  variantı çıxdığından seçki blokunun bu variantda olması qəbul edildi. Qeyd edək ki, digər variant “Müsavat-AXCP” idi.
Daha sonra İsa Qəmbərlə Əli Kərimli jurnalistlərin suallarını cavablandırdılar.
Neçə dairədə vahid namizədin müəyyənləşdiyi barədə suala cavabında İsa Qəmbər bildirdi ki, 90-dan artıq dairədə vahid namizəd var. İsa Qəmbər qeyd etdi ki, bu son rəqəm deyil. Məsləhətləşmələr davam edəcək və bir sıra digər dairələrdə də razılığa gəlmək üçün münbit yaranıb: “O şəraitdən istifadə edib razılaşdırılan dairələrin sayını artıracağıq. Bu, tamamilə realdır”.
Əli Kərimli isə suala belə cavab verdi: “Bu gün Ali Məclisdə və Divanda təsdiq olunmuş vahid namizədlər siyahısı bizim birinci siyahımızdır. Amma hamısı bu deyil. Bir sıra dairələrdəki məsələlər həll olunmayıb və yaxın günlərdə biz ümidvarıq ki, onları da hamısını olmasa da, əksəriyyətini həll edə biləcəyik. İctimaiyyət bilməlidir ki, 90-dan yuxarı dairədə əldə olunan nəticə böyük nəticədir, amma son nəticə deyil. Bizim elə bu gün də daxil olmaqla, qalan dairələrdə vahid namizədi müəyyənləşdirmək üçün işlərimiz davam edəcək”.
“2005-ci ildə ”Azadlıq" blokundakı partiyalardan biri parlamentə düşdü, digərləri düşmədi. Parlamentə düşüb onun işində iştirak edən partiya ilə digərlərinin arasında narazılıq yarandı. Budəfəki seçkilərdə blokdakı partiyaların birinin namizədləri mandat qazanıb, digərininkilər qazanmayacağı halda 2005-ci ildəki vəziyyət təkrarlana bilərmi" sualına Əli Kərimli belə cavab verdi: “AXCP-Müsavat seçki blokuna yalnız seçkiyə indeksləşmiş birlik kimi baxmaq lazım deyil. Seçki kampaniyası, seçkinin nəticələri bizim böyük strategiyanın mühüm bir mərhələsidir. Ona görə də bir halda ki, gündəmdə hər iki partiyanın üzvlərinin, liderlərinin siyasi iradəsi var ki, bu partiyalar sonda böyük bir partiyada birləşəcəklər, seçkidə hər bir cəbhəçinin uğuru həm də müsavatçının uğuru kimi, müsavatçının uğuru  uğuru kimi qiymətləndiriləcək. Seçiləcək hər bir millət vəkilinə bütöv partiyanın təmsilçisi kimi baxmağa mən hazıram”.
İsa Qəmbərin isə suala cavabı belə oldu: “Bizim danışıqlar bir tərəfdən ölkədə seçki mühitini formalaşdırdı, digər tərəfdən də başqa siyasi qüvvələrin də qərarlarını müəyyən mənada şərtləndirdi. Keçmişdə təbii ki, müxtəlif hadisələr, uğurlar-uğursuzluqlar, doğrular-yanlışlıqlar olub. Ancaq bir tendensiyaya baxın. 1995-ci ildə də seçkidə birgə iştirak haqqında Müsavatla AXCP arasında danışıqlar gedirdi. Təəssüf ki, bu danışıqlar baş tutmadı. 2000-ci ildə də danışıqlar gedirdi. Təəssüf ki, o dövrün şərtlərində seçkidə birgə iştirak mümkün olmadı. Amma 2005-ci ildə biz ”Azadlıq" bloku kimi seçkidə həlledici qüvvəyə çevrilən bloku qura bildik. Bu il isə yenidən seçkilərdə birgə iştirak haqqında qərar verdik. Bu özü dinamikanın müsbət olmasından xəbər verir. Təbii ki, biz keçmişin çətinliklərini də unutmamaq şərti ilə gələcəyə baxırıq və hesab edirik ki, ciddi proseslərin əsasını qoymuş oluruq. Bizim məqsədimiz parlamentdə 5-10 mandat qazanmaq deyil. Biz ölkədə vəziyyəti dəyişmək fikrindəyik. Bu hakimiyyət artıq resurslarını xərcləyib qurtarıb. Əliyev rejimi tükənib. Bu rejimin tarix səhifəsindən çəkilməyinə çox az zaman qalıb. Sadəcə bu hadisənin reallaşmasına nə zaman cəmiyyətin, bizlərin fəallığından, düzgün qərarlarımızıdan asılıdır. Biz Azərbaycanda bir rəqib qəbul edirik. Bu da indiki rejimdir. Əliyev rejimini də əslinə qalsa Müsavatın və AXCP-nin rəhbərliyi düşmən kimi görmür. Azərbaycanda bizim üçün düşmən yoxdur. Onları biz rəqib hesab edirik".
Əli Kərimli də yalnız rejimlə rəqib olaraq mübarizə aparacaqlarını dedi: “Əgər başqa bloklar və partiyalar da rejimlə mübarizə aparacaqlarsa, təbii ki, onlarla da müəyyən əməkdaşlıq imkanları  olacaq. Biz başqa qüvvələrlə əməkdaşlıq məsələsinə rejimə münasibət prizmasından baxacağıq”.
Əli Kərimli AXCP-Müsavat seçki blokunun yaranmasından hakimiyyətin narahat olduğunu bildirdi: “Hər şeyə əl atacaqlar ki, bizim aramızda problem yaransın. Razılaşmamız olmayan bəzi dairələrlə bağlı məsələləri qabardıb ictimai diskussiyalar aparmağa çalışacaqlar. Buradan hər kəsə bildirirəm ki, o dairələrin məsələsini də çalışıb həll edəcəyik. Müsavatçı və cəbhəçilərə səslənirəm ki,  bu gündən vahid  namizədin seçki qərargahına könüllü şəkildə yazılsınlar”.
Müsavat və AXCP liderləri seçki blokunun vahid seçki qərargahının fəaliyyət göstərəcəyini və blokun sənədlərinin bu gün MSK-ya göndəriləcəyini bildirdilər.
Sonda AXCP-Müsavat seçki blokunun vahid namizədlərinin siyahısı açıqlandı:

1 saylı Şərur Sədərək - Eldostu Mehdiyev (AXCP)
2 saylı Şərur - Səxavət Əliyev (Müsavat)
4 saylı Naxçıvan şəhər - Asəf Quliyev (AXCP)
6 saylı Culfa-Babək - Yaşar Bağırsoy (AXCP)
8 saylı Binəqədi birinci - Arzu Səmədbəyli (Müsavat)
10 saylı Binəqədi üçüncü - İlham Hüseynli (AXCP)
13 saylı Xəzər birinci - Almaz Əliqızı (Müsavat)
15 saylı Yasamal birinci - İsa Qəmbər (Müsavat)
16 saylı Yasamal ikinci - Erkin Qədirli (bitərəf)
19 saylı Nərimanov birinci - Gözəl Bayramlı (AXCP)
23 saylı Nəsimi-Səbayel - Razi Nurullayev (AXCP)
27 saylı Sabunçu ikinci - Rahim Hacıyev (AXCP)
30 saylı Suraxanı birinci - Vurğun Əyyub (Müsavat)
31 saylı Suraxanı ikinci - Əli Kərimli (AXCP)
32 saylı Suraxanı üçüncü - İbrahim İbrahimli (Müsavat)
33 saylı Xətai birinci - Fuad Qəhrəmanlı (AXCP)
34 saylı Xətai ikinci - Nəsib Nəsibli (Müsavat)
35 saylı Xətai üçüncü - Aqil Səmədbəyli (bitərəf)
37 saylı Nizami birinci (Gəncə) - Oqtay Zeynallı (Müsavat)
38 saylı Nizami ikinci (Gəncə) - Cahangir Əmirxanlı (Müsavat)
39 saylı Kəpəz birinci (Gəncə) - Pərviz Həşimli (AXCP)
40 saylı Kəpəz ikinci (Gəncə) - Bəxtiyar Əlizadə (AXCP)
41 saylı Sumqayıt birinci - İkram İsrafil (Müsavat)
43 saylı Sumqayıt üçüncü - Sülhəddin Əkbər (Müsavat)
45 saylı Abşeron - Zahir Feyzullayev (Müsavat)
46 saylı Şirvan - Mirzə Sakit (AXCP)
47 saylı Mingəçevir (Müsavat)
48 saylı Yevlax - Şəkər İsgəndərli (AXCP)
49 saylı Yevlax-Mingəçevir - Asif Məmmədov (AXCP)
50 saylı Qobustan-Xızı-Sumqayıt - Səxavət Soltanlı (Müsavat)
53 saylı Quba-Qusar - Nəzər Sultanlı (AXCP)
54 saylı Şabran-Siyəzən - Mərdan Mehdili (Müsavat)
55 saylı Xaçmaz şəhər - Heybət Əmrah (Müsavat)
56 saylı Xaçmaz kənd - Ramazan Əliyev (Müsavat)
57 saylı Kürdəmir - Baha Mikayılov (Müsavat)
58 saylı Hacıqabul-Kürdəmir - Eyyub Umudov (AXCP)
59 saylı Salyan - Valeh Hümbətov (Müsavat)
60 saylı Salyan-Neftçala - Kamil Mehdizadə (AXCP)
61 saylı Neftçala - Fərman Hüseynov (AXCP)
62 saylı Saatlı - Ənnağı Hacıbəyli (bitərəf)
64 saylı Sabirabad ikinci - Xalid Hacıyev (AXCP)
65 saylı Saatlı-Sabirabad-Kürdəmir - Tahir Cəfərov (AXCP)
66 saylı Biləsuvar - Teyyub Muradov (AXCP)
67 saylı Cəlilabad şəhər - Təzəxan Mirələmov (AXCP)
68 saylı Cəlilabad kənd - Azər Əsgərov (Müsavat)
70 saylı Masallı şəhər - Əlişir Bəşirov (AXCP)
71 saylı Masallı kənd - Gülağa Aslanlı (Müsavat)
73 saylı Lənkəran şəhər - Yadigar Sadıqov (Müsavat)
74 saylı Lənkəran kənd - Arzuman Məcidli (AXCP)
75 saylı Lənkəran-Masallı - Nazim Həsənov (AXCP)
76 saylı Lənkəran-Astara - Xaləddin Hüseynov (Müsavat)
77 saylı Astara - Tarif Əliyev (Müsavat)
78 saylı Lerik - Nabatəli Pələngov (AXCP)
79 saylı İmişli - İltizam Əkbərli (Müsavat)
80 saylı İmişli-Beyləqan - Əli Qasımlı (AXCP)
82 saylı Ağcabədi - Rəşid Nəcəfov (Müsavat)
83 saylı Ağcabədi-Füzuli (Müsavat)
84 saylı Füzuli (Müsavat)
85 saylı Şamaxı - Məzahir Məmmədov (Müsavat)
86 saylı İsmayıllı - Dünyaxanım Carullayeva (Müsavat)
87 saylı Ağsu-İsmayıllı - Ramiz Məmmədov (AXCP)
89 saylı Göyçay-Ağdaş - Şahverdi Mikayılov (AXCP)
90 saylı Ağdaş - Həmid Azəri (AXCP)
92 saylı Zərdab-Ucar - Bahar Rüstəmli (bitərəf)
93 saylı Bərdə şəhər - Nemət Əliyev (AXCP)
94 saylı Bərdə kənd - Elnur Məcidli (bitərəf)
95 saylı Tərtər - Qabil Hüseynli (Müsavat)
96 saylı Goranboy-Naftalan - Yusif Namazoğlu (Müsavat)
97 saylı Goranboy-Ağdam-Tərtər - Qələndər Aslanlı (AXCP)
98 saylı Şəmkir şəhər - Fariz Cəfərli (Müsavat)
99 saylı Şəmkir kənd - Nizami Əliyev (Müsavat)
100 saylı Şəmkir-Daşkəsən - Ərəstun Oruclu (bitərəf)
101 saylı Göygöl-Daşkəsən - Elçin Rüstəmli (AXCP)
102 saylı Samux-Şəmkir - Etibar Əkbərov (Müsavat)
103 saylı Gədəbəy - Şahin Ələkbərov (Müsavat)
104 saylı Gədəbəy-Tovuz - Miryaqub Ağamirli (Müsavat)
105 saylı Tovuz - Fədai Qəmbərov (AXCP)
106 saylı Tovuz-Qazax-Ağstafa - Ramil Carçıyev (AXCP)
108 saylı Ağstafa - Ayvazalı Oruclu (Müsavat)
109 saylı Balakən - Məhərrəm Mehdili (AXCP)
111 saylı Zaqatala-Balakən - Fikrət Algayev (AXCP)
113 saylı Şəki şəhər - Hikmət Hacızadə (Müsavat)
114 saylı Şəki kənd birinci - Əvəz Kərimov (AXCP)
116 saylı Qəbələ - Rövşən Qocayev (AXCP)
117 saylı Oğuz-Qəbələ - Vaqif Davudoğlu (Müsavat)
118 saylı Ağdam şəhər - Ələsgər Süleymanlı (Müsavat)
119 saylı Ağdam kənd - Mənsum Bayramov (AXCP)
121 saylı Laçın - Hüseyn Naibov (AXCP)
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd - Cəlal Allahverdiyev (bitərəf)
125 saylı Zəngilan-Qubadlı - Nəsiman Yaqublu (Müsavat)

Digər dairələrdə də vahid namizədlər müəyyənləşdikdən sonra siyahı MSK-ya təqdim ediləcək.

Etibar SEYİDAĞA

2557 dəfə baxılıb

Xəbəri paylaş

[12.02.2012] - MÜXALİFLƏR ƏSƏDİN GENERALINI ÖLDÜRDÜ

[12.02.2012] - ABŞ İRAN ƏTRAFINA BÖYÜK QÜVVƏ YIĞIR

[12.02.2012] - RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA CASUS QALMAQALI

[12.02.2012] - “TÜRKİYƏDƏ ƏRDOĞANA QARŞI BİR TƏŞKİLATLANMA VAR”

[12.02.2012] - “DAVUDOĞLUNUN BƏYANATI HƏM DƏ AZƏRBAYCANA ÜNVANLANIB”

[12.02.2012] - AZƏRBAYCANLI DEPUTAT TAKSİMDƏKİ MİTİNQƏ QATILACAQ

[12.02.2012] - YAXIN ŞƏRQDƏ 9 DƏQİQƏ...

[11.02.2012] - TURAL ABBASLI ARİF HACILIYA NİYƏ DƏSTƏK VERDİ?

[11.02.2012] - TÜRK NAZİRİN VAŞİNQTONDAN MESAJLARI

[11.02.2012] - HÜSNÜ MÜBARƏKİN PULLARI AZƏRBAYCANA GƏTİRİLİR

[11.02.2012] - TÜRKİYƏDƏ MİSLİ GÖRÜNMƏMİŞ SİYASİ QALMAQAL

[11.02.2012] - AZƏRBAYCAN HÖKUMƏTİ İSRAİL FONDUNU NİYƏ RÜSUMDAN AZAD EDİB?

[11.02.2012] - DEPUTATLARIMIZ AYIN SONU İRƏVANA GEDƏCƏK

[11.02.2012] - “İSRAİLİ 9 DƏQİQƏYƏ MƏHV EDƏRİK”

[11.02.2012] - RUSİYADAN T-90S TANKLARI ALIRIQ

[10.02.2012] - TBMM-də KOMİSSİYA SƏDRİ XOCALI SOYQIRIMINDAN DANIŞDI

[10.02.2012] - İSA QƏMBƏR RAFİQ ƏLİYEVİ TƏBRİK ETDİ

[10.02.2012] - XİN SƏFİRLİKLƏRİN TƏNQİD OLUNMASINA CAVAB VERDİ

[10.02.2012] - ATƏT SƏDRİNDƏN QARABAĞ AÇIQLAMASI

[10.02.2012] - TÜRKİYƏ TAKSİMDƏ XOCALI AKSİYASINA HAZIRLAŞIR

ARXIV

Yeni MÜSAVAT © 2008