|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Tehranda Azərbaycan türklərinin böyük etiraz aksiyası keçiriləcək. 24saat.az-ın məlumatına görə, bu barədə Cənubi Azərbaycan Televizyasının (GÜNAztv) canlı efirinə zəng edən soydaşlarımız bildiriblər. Onlar qeyd ediblər ki, azərbaycanlıların mitinqi bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Etiraz aksiyası Urmiyə gölünün qurudulmasına mane olmaq və avqustun 29-da Urmiyə və Təbriz şəhərlərindəki nümayişlər zamanı həbs olunanların azad edilməsi tələbi ilə keçiriləcək. Aksiyaya 10 minlərlə insanın qatılacağı ehtimal olunur. Qeyd edək ki, bir neçə il bundan öncə YUNESKO beynəlxalq əhəmiyyətini nəzərə alaraq Urmiyə gölünü dünyanın təbii sərvəti kimi qeydiyyatdan keçirib. İran çərçivəsində də Urmiya gölü milli və təbii sərvət sayılır. Mütəxəssislərin nəzərinə görə, Urmiyə gölü, xüsusən Güney Azərbaycanın ekoloji sistemində mərkəzi rol oynayır. Ekspert Babək Azəri Azadtribun saytına deyib ki, bu göl 10 milyard ton duzun ətraf mühitə səpilməsinin qarşısını alır: “Təqribən 10 milyard ton duzun Güney Azərbaycan ərazisinə səpələnməsi nəticəsində böyük ərazi şoranlığa çevriləcək, əkinçilik aradan gedəcək və onun nəticəsində mal-heyvan da saxlamaq mümkün olmayacaq. Urmiyə gölündə olan duz xalis deyil, tərkibində bəzi kimyəvi maddələr var. Bu kimyəvi maddələrin tədricən Güney Azərbaycan ərazisinə dağılması insanların sağlamlığına, eyni zamanda yeni doğulacaq uşaqlarda bəzi şikəstlik hallarına gətirib çıxarar”. Verilən məlumata görə, Urmiyə gölünün 40%-dan artığı quruyub və ehtimal edilir ki, əgər Urmiyə gölünün ilə bağlı konkret çıxış yolu tapılmasa, bu göl 3 il ərzində tam quruyacaq. Ekspertlərə görə, Zab çayından Urmiyə gölünə bir qol ayrılsa, bu problem həll olar. Cavid TURAN 759 dəfə baxılıb
|
[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ [27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR [06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB |
| Yeni MÜSAVAT © 2008 |
|