 |
Güney hadisələri
BU GÜN ARAZIN O TAYINDA “QƏZƏB GÜNÜ”dür 2011-09-03 Urmu gölünü xilas hərəkatı bütün Azərbaycanı ayağa qaldıra bilər
|
Bu gün inqilab beşiyi Cənubi Azərbaycanın Urmiya şəhərində Azərbaycan türklərinin kütləvi atiraz aksiyaları keçiriləcək. Qabaqcadan elan edildiyi kimi, yerli vaxtla saat 18.00-da başlayan aksiyalar şəhərin Vilayəti fəqih və Əyalət meydanlarında, habelə İmam, Ətayi, Besət, Cənubi Xəyyam, Kaşani xiyabanlarında keçiriləcək. Arazın o tayındakı soydaşlarımız 3 sentyabrı “Qəzəb günü” elan ediblər və aksiyalarda Urmu gölünün qurumasına hakimiyyətin seyrçi qalmasına, həmçinin insan haqlarının pozulmasına, repressiyalara etirazlar ifadə olunacaq. Məlumata görə, aksiyaların Təbriz və Tehranda da keçiriləcəyi, 40 milyona yaxın türkü əhatə edəcəyi və proseslərin belə həssas dönəmdə nəzarətdən çıxa biləcəyi barədə xəbərlər İran hakimiyyətini ciddi təşvişə salıb. Aksiyaya 10 minlərlə insanın qatılacağı ehtimal edilir. Qeyd edək ki, Urmu(Urmiya) gölünün quruması Cənubi Azərbaycan üçün böyük ekoloji fəlakətə səbəb ola bilər deyə, xalq ayağa qalxıb. Ancaq İran parlamenti məsələni müzakirə etsə də, gölün qurudulmasına yönəlik cəhdlərə məhəl qoymayıb və bu da soydaşlarımızın etirazına səbəb olub. YUNESKO 1967-ci ildən qoruq elan olunan. Urmiya gölünün beynəlxalq əhəmiyyətini nəzərə alaraq onu dünyanın təbii sərvəti kimi qeydiyyatdan keçirib. İran çərçivəsində də Urmu gölü milli və təbii sərvət sayılır. Mütəxəssislərin rəyincə, Urmu gölü, xüsusən, Güney Azərbaycanın ekoloji sistemində mərkəzi rol oynayır. Bu göl 10 milyard ton duzun ətraf mühitə səpilməsinin qarşısını alır. Məlumata görə, Urmu gölünün 40%-indən artıq hissəsi quruyub və ehtimal edilir ki, əgər çıxış yolu tapılmasa, bu göl 3 il ərzində tam quruyacaq. Ekspertlərə görə, Zab çayından Urmu gölünə bir qol ayrılsa, bu problem həll olar. Ekspertlərə görə, Urmu gölü ilə başlanan etirazlar çox tezliklə bütün Cənubi Azərbaycanı, o cümlədən İranı əhatə edəcək. Xüsusilə ərəb dünyasında diktatorların yıxılması ilə müşayiət olunan inqilab dalğasının qonşu Suriyadakı rejimi də devirmək ərəfəsində olması Tehranı çıxılmaz vəziyyətdə qoyub. Bu mənada hesab olunur ki, Əhmədinejad rejimi üçün ən düzgün yol azərbaycanlıların haqq səsini eşitməsi və onların təbii haqlarını tanıması olardı. Əks təqdirdə ötən əsrdə dörd dəfə inqilab edən Azərbaycan türkləri 21-ci əsrdə İranda ilk inqilaba imza atmış olacaqlar. Əgər İran hakimiyyəti 2006-cı ildə “İran” qəzetində təhqir olunmalarına etiraz olaraq ayağa qalxan azərbaycanlıların hərəkatını qan bahasına yatıra bildisə, dünyanın diqqətinin İrana yönəldiyi indiki ərəfədə buna nail ola bilməyəcək. Prezident Əhmədinejad da vəziyyətin ciddiliyini nəzərə alıb Urmiyaya səfər edib və xalqa növbəti vədlər verib. Ancaq bu da xalqın aksiya qərarını dəyişməyib. Yeri gəlmişkən, “Qəzəb günü”nə Azərbaycanın quzeyindən də dəstək veriləcək. Bu gün saat 15:00-da Bakıda bir qrup müstəqil gənc Urmu gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz əlaməti olaraq aksiya keçirəcək. Eyni zamanda aksiya Güney Azərbaycan türklərinə dəstək mahiyyəti daşıyır. Aksiyaya Dünya Azərbaycanlıları Konqresinin (DAK) Güney Azərbaycan nümayəndəliyi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Səbayel rayon təşkilatı və “Dalğa” Gənclər Hərəkatı da dəstək verəcək. Cavid TURAN 867 dəfə baxılıb
|
[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ [26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ [27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR [06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB [07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT ARXIV
|