|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
İran hakimiyyətinin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq sentyabrın 3-də bu ölkənin müxtəlif şəhərlərində keçirilən aksiyalara görə tutulan azərbaycanlılardan bəzisinin adları bəlli olub. “Media forum” saytının məlumatına görə, sentyabrın 3-də Təbriz şəhərində keçirilən aksiyada tanınmış qadın hüquq müdafiəçisi, azərbaycanlı şair və tərcüməçi Fəranək Fərid tutulub. O, etiraz aksiyası gedə-gedə, küçədə saxlanılıb. Daha sonra ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Fəranək Fəridin evində axtarış aparıblar, ona məxsus bir sıra əlyazmaları və digər şəxsi əşyaları götürüblər. Fəranək Fəridin hazırda harada saxlandığı bilinmir. Aksiyalara görə tutulanlar arasında azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan urmiyalı qardaşlar Məcid və Tövhid Cavadilər də var. “Media forum”un məlumatına görə, ETTELAAT əməkdaşları Ankara Universitetinin tələbəsi Məcid Cavadini və Urmiya Universitetinin tələbəsi Tövhid Cavadini sentyabrın 2-dən 3-nə keçən gecə mənzildən tutub aparıblar. Evdə axtarış aparılıb, qardaşlara məxsus bir sıra şəxsi əşyalar götürülüb. Urmiyalı qardaşların tutulmasının rəsmi səbəbi açıqlanmasa da, ailə üzvləri onların saxlanmasını Urmiya gölünün qurumasına etiraz olaraq Güney Azərbaycanın iri şəhərlərində planlaşdırılan kütləvi aksiyalarla bağlı olduğunu söyləyiblər. Urmiyalı qardaşların hazırda harada saxlandığı bilinmir.
1727 dəfə baxılıb
|
[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ [27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR [06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB |
| Yeni MÜSAVAT © 2008 |
|