22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

2011-09-07

İran rejimi Cənubi Azərbaycanı informasiya blokadasına almağa çalışır

Təbrizdə və Urmiyada Urmu gölünün qurudulmasına etirazlar davam edir. Güneydən gələn məlumatlara görə, həbs olunanların da sayı günbəgün artır. Urmiyadan gələn xəbərlərə görə, Ankara Universitetinin öyrəncisi Məcid Cavadi qardaşı Tohid Cavadi ilə birlikdə tutuqlanıb. Tutuqlanan qardaşlar naməlum istiqamətə aparılıblar. Deyilənlərə görə, onların həbsi Urmiya gölü ilə bağlı gündəmdə olan kütləvi yürüşlərlə bağlıdır. Marağada da 6 nəfər azərbaycanlı fəal tutulub. Onlar həyata keçiriləcək kütləvi etirazla bağlı çağırış yayarkən yaxalanıblar.

İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı isə deyib ki, son 3-4 gün ərzində həbslərin dəqiq sayı bilinmir: “Çünki insanlar küçələrdə və evlərdə kütləvi şəkildə həbs olunur. Ancaq bizim təxminimizə görə, həm Təbriz, həm də Urmiya etirazlarında həbs olunanların sayı yüzlərlədir”.
V.Qarabağlı həbs olunanlar arasında milli fəalların olduğunu da deyib. Onun sözlərinə görə, sentyabrın 3-də Urmiyada keçirilən küçə yürüşləri həm sayca, həm də aktivlik baxımından ən yaddaqalanı olub. O deyib ki, davam edən küçə yürüşlərində hər gün orta hesabla 20-30 min insan iştirak edir. “Azadlıq” radiosu həbs olunanlardan bəzilərinin ailələri ilə əlaqə saxlamağa cəhd etsə də, baş tutmayıb. V.Qarabağlı deyir ki, tutulanların mənzillərindəki telefon xətləri ya kəsilir, ya da İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən nəzarətə götürülür: “İran hökuməti məlumatların kənara çıxmasını istəmir. Buna görə də İranda ailələr təhdid edilirlər, həbs olunanların ailə üzvlərinin xarici medialara və xaricdəki insan haqları təşkilatlarına məlumat vermələrinin qarşısını alırlar. Həmin ailələr qorxu altındadır”. ADAPP sözçüsü deyib ki, İran hökuməti Urmu gölünün qurudulmasına əncam çəkməyənə qədər azərbaycanlılar etirazlarını, küçə yürüşlərini davam etdirmək niyyətindədirlər: “Ehtimal var ki, üzümüzə gələn günlərdə bir daha aksiyalara çağırışlar olsun, küçə etirazları davam etsin”.
GAMOH da son 2-3 gün ərzində Təbrizdə və Urmiyədə kütləvi yürüşlərdə yüzlərlə insanın həbs olunduğunu, onların böyük hissəsinin harada saxlanmaları barədə məlumat verilmədiyini bildirir.
Bu arada İranda prezident Mahmud Əhmədinejadın karikaturasını yayan iki nəşrin fəaliyyəti dayandırılıb. Həftəlik “Shahrvand-e Emrouz” jurnalı media qanununu pozduğu üçün bağlanıb. Gündəlik “Rouzegar”ın isə təbliğatla məşğul olduğu üçün müvəqqəti bağlandığı bildirilir. Hər iki nəşrin fəaliyyəti əvvəl də dayandırılmışdı. Bu nəşrlər islahatları dəstəkləyir.

Cavid TURAN

1341 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008