22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

2011-09-20

İran rejimi Güneydə jurnalist, şair, kinorejissora fərq qoymadan həbs edir

Urmiyə gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyalara görə həbs edilən onlarla soydaşımızın taleyindən xəbər yoxdur. Onlardan biri də güneyli hərəkat lideri, hazırda həbsdə saxlanan Abbas Lisaninin bacısı oğlu Mehdi Məhəmmədpurdur.

İran təhlükəsizlik xidmətinin Təbriz şöbəsinin əməkdaşları Təbrizin Səhənd Universitetinin tələbəsi Mehdi Məhəmmədpuru sentyabrın 13-də şəhərdə tutub bilinməz istiqamətə aparıblar. A.Lisanini ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları sentyabrın 9-da iş yerində tutub aparıblar. Lisani milli zəmində apardığı dinc mübarizəyə görə 2006-2008-ci illərdə də həbsdə olub.
Təbrizdə keçirilən aksiyalara görə həbsə salınan azərbaycanlı şairə, jurnalist və tərcüməçi Fəranək Fəridə zindanda işgəncələr verilib.
“Media forum”saytının məlumatına görə, Fəranək Fəridlə eyni kamerada saxlanan məhbus azadlığa çıxandan sonra İran Hüquq Müdafiəçiləri Xəbər Agentliyinə (HRANA) bildirib ki, təbrizli qadın zindanda vəhşicəsinə döyülüb. Fəalın qulağından ciddi xəsarət aldığı, eşitmə qabiliyyətində problem yarandığı bildirilir. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Fəranək Fəridi sentyabrın 3-də tutub. Təbriz zindanında saxlanan məhbusun konkret nədə günahlandırıldığı bilinmir.
BBC-nin farsdilli televiziyası ilə gizli əməkdaşlıqda, ona sənədli film çəkməkdə günahlandırılan daha 3 kinorejissor - Möhsün Şəhrnazdar, Şəhnam Bazdar və Mehran Zinətbəxş həbs edilib. Sentyabrın 18-də həmin ittihamla kinorejissorlar Muctaba Mir Təhmasib, Hadi Afəridə, Kətayun Şəhabi, Mehrdad Zahediyan və Nasir Səfariyan tutulmuşdu. Məlumata görə, bəzi hüquq müdafiəçiləri kinorejissorların kütləvi həbsini İranın dini lideri ayətullah Əli Xamneyninin siyasi həyatından bəhs edən sənədli filmin bir neçə gün əvvəl BBC-nin farsdilli televiziyasında yayılması ilə əlaqələndirir. Filmdə İran İslam İnqilabından əvvəl o qədər də tanınmış ruhanilərdən olmayan ayətullah Əli Xamneyninin inqilabdan sonra Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun indiki rəisi ayətullah Haşimi Rəfsəncaninin yardımı və vasitəçiliyi ilə inqilab rəhbəri ayətullah Xomeyniyə yaxınlaşmasından, onun etimadını qazandıqdan sonra müxtəlif vəzifələrə gətirilməsindən, həmin ərəfədə öz siyasi rəqiblərini meydandan çıxarmasından, Xomeyninin ölümündən sonra mütləqiyyətə söykənən vəliyyi-fəqih vəzifəsinə gətirilməsindən, sonunda isə ölkədə diktatorluq rejimini möhkəmləndirərək totalitar sistem yaratmasından bəhs edilir.
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin iclasında Urmu gölünün qurudulmasına etiraz bəyanatı qəbul olunub. Bəyanatda qeyd olunub ki, son illərdə fars molla rejiminin məqsədyönlü siyasəti nəticəsində Urmu gölünün 30 faizi qurudulub. Bu gedişlə gölün tamamilə quruma ehtimalı var ki, bu da bütövlükdə bütün bölgə, xüsusilə Türkiyə və Naxçıvan Muxtar Respublikası üçün ekoloji fəlakət deməkdir. KXCP hesab edir ki, Urmu gölünün şovinist fars molla rejimi tərəfindən məqsədyönlü şəkildə qurudulması təkcə ekoloji fəlakətlə bağlı deyil, həm də bu rejimin qarşısında ərazidəki əhalini ayrı – ayrı bölgələrə köçürmək siyasəti dayanır. Bütün bunları nəzərə alaraq KXCP bəyan edir ki, bu ekoloji fəlakətin aradan qaldırılması üçün təcili tədbirlər görsün, xalqın haqlı tələblərinin zor gücü ilə yatırılmasına son qoysun. Azərbaycan və Türkiyə yetgililəri bu ekoloji fəlakətə qarşı öz münasibətlərini bildirsin, dünyanın ekoloji təşkilatları Urmu gölü ilə bağlı beynəlxalq səviyyədə İran İslam Respublikası qarşısında məsələ qaldırsın, DAK təcili toplantı keçirib BMT-yə müraciət etsin.
Cavid TURAN

1070 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008