22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

GÜNEYDƏN ACI XƏBƏRLƏR

2011-09-27

Güney Azərbaycan milli hərəkatına dəstək verən qüvvələr Urmu gölü və Güneydə baş verən son hadisələrlə bağlı birgə bəyanat yayıb. Bəyanatda oktyabrın 1-də Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına dəstək və çağırış da əksini tapıb.

Sözügedən sənəddə bildirilir: “Güney Azərbaycanda Urmu gölünün məqsədyönlü qurudulması siyasəti, milyonlarla Azərbaycan Türkünün öz tarixi torpaqlarından didərgin salınması, millətimizin bütün varlığının fars şovinistləri tərəfindən hədəfə alınmasını aydın şəkildə ortaya qoyur”.

Tələbələr ayaqda olacaq

Güney Azərbaycan növbəti dinc aksiyaya (yürüşə) ciddi hazırlaşır. Bu zəmində Azərbaycan Milli Hərəkət fəalları bəyanat vasitəsi Urmu Gölü məsələsi və Azərbaycan Türkcəsinin rəsmiləşməsi ilə bağlı 9 maddəlik tələblərini yaymaqdadırlar. Bəyanatda İran rejiminin Urmu Gölünə qarşı apardığı qərəzli siyasət və ana dilimizin yasaqlanması şiddətlə pislənilib və yeni etirazın keçirilməsindən xəbər verilib.
 
Yeni kütləvi yığıncaq Güney Azərbaycanın müxtəlif universitetləri və şəhərlərində oktyabrın 1-də (mehrin 9-da) baş tutacaq. Artıq Azərbaycanın müxtəlif şəhərlərindən qeyd etdiyimiz bəyanata ayrıca dəstək gəlməkdədir. Urmu Universitetlərinin öyrənciləri və Urmu şəhərinin Milli Hərəkat fəalları bəyanat yayaraq, sözü gedən bəyanata öz dəstəklərini bildirib və müəyyən edilmiş vaxtda kütləvi etiraza hazırlaşdıqlarını bildiriblər. Görüşün yeri və zamanı:
oktyabrın 1-ı (mehrin 9-u), Təbriz vaxtı ilə saat 17:00
İmam və Ətayi xiyabanlarının kəsişməsi.
 
Tehran universitetlərinin bir qrup türk öyrəncisi də gözlənilən aksiyaya öz dəstəklərini veriblər. Məlumata görə, onlar Tehranda dinc yığıncaq düzənləyəcəklər.
Həmçinin Urmu və Təbriz şəhərlərində oktyabrın 1-də (mehrin 9-da) keçiriləcək etiraz yürüşü ilə bağlı çağırış vərəqələri yayılıb. Bildirişlərdə Azərbaycan əhalisindən etirazlara qatılmaları istənilir.
Daha bir məlumata görə, Azərbaycanın müxtəlif şəhərində, xalqımız SMS vasitələri ilə bir-birlərini keçiriləcək kütləvi etiraza dəvət edirlər.

Jurnalistdən 50 min dollar alıb sərbəst buraxdılar

İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlı 110 gündən sonra sərbəst buraxılıb. DAK.org.azın məlumatına görə, prokurorluq orqanları əsaslı sübut olmadığından ittihamı yüngülləşdirib və məhkəmənin qərarı ilə S.Muğanlı barəsində çıxarılan həbs-qətimkan tədbiri dəyişdirilib. Jurnalist 50 min ABŞ dolları girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb. Bununla belə, məhkəmə istintaq müddəti bitənə qədər S. Muğanlının ölkəni tərk etməsinə qadağa qoyub. Qeyd edək ki, bir müddət öncə Səid (Məhəmmədi) Muğanlı iyunun 5-də valideynlərinin yaşadığı İranın Muğan bölgəsinin Yelsu kəndindəki evdə saxlanılıb. Evdə axtarış aparılıb və ona məxsus kompüter, kitablar və digər şəxsi əşyalar götürülüb. İstintaq orqanı əvvəlcə S. Muğanlını İranın dövlət quruluşu, milli təhlükəsizliyinə qarşı fəaliyyətdə və bu ölkədə fəaliyyəti qadağan olunmuş azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan təşkilatlarla əməkdaşlıqda ittiham etsə də, sonradan ittihamı dəyişdirib və jurnalist İrana dost olmayan ölkənin mətbuat orqanı ilə əməkdaşlıqda da günahlandırılıb.
Xatırladaq ki, Səid Muğanlı Azərbaycan tükcəsində yazılan ədəbiyyat nümunələrini əski əlifbaya çevirərək İrandakı türklərin maariflənməsi işində aktiv iştirak edən şəxslərdən biridir. O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub. Bakıdan qayıtdıqdan sonra İranın dövlət quruluşuna xələl gətirə biləcək fəaliyyətdə ittiham olunaraq İran İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) tərəfindən tutulub. Bir müddət sonra isə girov müqabilində şərti olaraq sərbəst buraxılıb.

Cavid TURAN

638 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008