22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

2011-09-28

Etiraz aksiyasına Tehran tələbələrindən də dəstək gəldi

Güney Azərbaycan milli hərəkatına dəstək verən qüvvələr Urmu gölü və Güneydə baş verən son hadisələrlə bağlı birgə bəyanat yayıb. Bəyanatda oktyabrın 1-də Güney Azərbaycan şəhərlərində keçiriləcək etiraz aksiyasına dəstək və çağırış da əksini tapıb.

Sənəddə bildirilir ki, fars mənşəli siyasi hakimiyyət Urmu gölünü qurutmaqla Azərbaycan türklərini öz ana torpaqlarından didərgin salmaq, onun milli və mədəni sərvətlərini öz xeyrinə istifadə etmək istəyir: “Fars şovinizminin əsas siyasəti Azərbaycanın tamamilə məhv edilməsinə yönəlsə də, heç şübhəsiz Azərbaycan türkü bu irqçi və məhvetmə siyasətinə susmayacaq. Bugünkü şəraitdə öz haqlarımızı əldə etmək istiqamətində milli iradəmizi bir bütün olaraq ortaya qoyub, beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq dinc etirazlar keçirmək və haqlı etirazlarımızı daha mütəşəkkil formada aparmalıyıq. Bu səbəbdən çıxış edərək biz, Güney Azərbaycan milli təşkilatları olaraq, Urmu gölünə axan çayların qarşısında tikilən su bəndlərinin açılması, həbsdəki bütün milli-mədəni fəalların qeydsiz-şərtsiz və təcili azad edilməsi və ana dilinin rəsmi olması məqsədi ilə Azərbaycan milli hərəkatı fəallarının 9 mehrə (1 oktyabr) etiraz çağırışlarını tam dəstəkləyirik və bütün millətimizi bu etirazlara qatılmağa çağırırıq”.
Bəyanatı Azərbaycan Milli Azadlıq Təşkilatı (AMAT), Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Dünya Azərbaycanlıları Konqresi (DAK), GünAz TV, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) imzalayıb.
Artıq Azərbaycanın müxtəlif şəhərlərindən qeyd etdiyimiz bəyanata ayrıca dəstək gəlməkdədir. Urmu universitetlərinin öyrənciləri və Urmu şəhərinin Milli Hərəkat fəalları bəyanat yayaraq, sözügedən bəyanata öz dəstəklərini bildirib və müəyyən edilmiş vaxtda kütləvi etiraza hazırlaşdıqlarını bildiriblər. Görüşün yeri və zamanı belədir: Oktyabrın 1-i Təbriz vaxtı ilə saat 17:00, İmam və Ətayi xiyabanlarının kəsişməsi.
Tehran universitetlərinin bir qrup türk öyrəncisi də gözlənilən aksiyaya öz dəstəklərini verib. Məlumata görə, onlar Tehranda dinc yığıncaq düzənləyəcəklər. Həmçinin Urmu və Təbriz şəhərlərində etiraz yürüşü ilə bağlı çağırış vərəqələri yayılıb. Azərbaycanın müxtəlif şəhərlərində xalqımız SMS vasitəsilə bir-birilərini keçiriləcək kütləvi etiraza dəvət edirlər.
Bu arada İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlı 110 gündən sonra sərbəst buraxılıb. DAK.org.az-ın məlumatına görə, prokurorluq orqanları əsaslı sübut olmadığından ittihamı yüngülləşdirib və jurnalist 50 min ABŞ dolları girov müqabilində məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Səid Muğanlı Azərbaycan türcəsində yazılan ədəbiyyat nümunələrini əski əlifbaya çevirərək İrandakı türklərin maariflənməsi işində aktiv iştirak edən şəxslərdən biridir. O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub. Bakıdan qayıtdıqdan sonra İranın dövlət quruluşuna xələl gətirə biləcək fəaliyyətdə ittiham olunaraq ETTELAAT tərəfindən tutulmuşdu.

Cavid TURAN

898 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008