22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

2011-10-05

Fəranək Fəridə Təbriz zindanında işgəncələr verilir

Əslən Güney Azərbaycandan olan, İranda, Azərbaycan Respublikasında və başqa ölkələrdə yaşayan 653 yazıçı, jurnalist, incəsənət adamı, ictimaiyyət nümayəndəsi birgə bəyanat yayaraq Təbrizdə həbsdə saxlanan Fəranək Fəridin azadlığa buraxılmasını tələb edib.

Azərbaycanlı şair, jurnalist, tərcüməçi, qadın hüquq müdafiəçisi Fəranək Fəridi ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları sentyabrın 3-də Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq Təbrizdə keçirilən aksiyaya görə küçədə tutub aparıblar. Fəranək Fəridə Təbriz zindanında işgəncələr verildiyi bildirilir. “Media forum” saytının məlumatına görə, birgə bəyanatda deyilir ki, F.Fəridə qarşı təzyiqlərə, işgəncələrə son qoyulmalı, o, dərhal azadlığa buraxılmalıdır: “Fəranək Fərid Azərbaycan qadın hərəkatının fəallarından biri olmaqla yanaşı, öz daxili dünyasını, arzu və diləklərini incə sözlərlə ifadə edən həssas qəlbli bir şairdir. O, Azərbaycan qadınlarının ictimai və mədəni məhrumiyyətlərini, dərdlərini zərif üslubu ilə qələmə alan bir yazardır. Apardığı bütün fəaliyyəti, yazıb dərc etdirdiyi bütün yazıları qanun çərçivəsində olan bir xanımın həbsə salınmasına, işgəncəyə məruz qalmasına nə ad vermək olar? Biz zindanda Fəranək Fəridə edilən təzyiqləri, ona verilən işgəncələri kəskin şəkildə pisləyir, onun qeyd-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edirik”.

441 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008