22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

2011-10-07

Məlum olduğu kimi, Güney Azərbaycanda Urmu gölü ilə bağlı çoxlu fəal tutulub. Məlumata görə, onların haqlı mübarizəsini başqa don geydirilməkdədir. Polis idarəsinin komandanı Məhəmmədəli Nüsrəti bildirib ki, Urmu gölü etirazları ilə bağlı tutuqluların bəzisinin dolayısı ilə PEJAK-la əlaqədar olduqları ehtimal edilir. O, bəyan edib ki, əgər qanunsuz etirazların qarşısı alınmasaydı, bəlli olmazdı gələcəkdə nələr ola bilərdi!

Təbrizli tərəfdarlardan yeni şüar

Təbrizin “Traxtur” futbol komandası İranda ayri-seçkiliyə məruz qalır. “ Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən verdiyi xəbərə görə, “Traxtur”un hakimlər və futbol federasiyası tərəfindən qərəzli şəkildə dəfələrlə cəzalandırıldığını görən komanda tərəfdarları, bu ayri-seçkiliyə qarşı olduqca maraqlı bir şüar düşünüblər. Komanda tərəfdarları hakimlər komitəsi məsulları Rza Qiyasi və Əsgəri adlarının tərkibindən istifadə edərək bir şüar yaradıblar. Onlar, o şüarla antiAzərbaycan tutumuna cavab verəcəklər. Yeni şüar bundan ibarətdir: “Əsgəri, Qiyasi – Futbolumuz siyasi”. Komanda tərəfdarları ümid edirlər ki, gələcək müsabiqələrdə sözü gedən şüar “İran Federasyonu – Azərbaycanın düşməni” şüarı ilə birlikdə gur səslə səsləndiriləcək.
İranda islahatçı qəzetlərlə əməkdaşlıq edən dörd jurnalist - Əli Əkrəmi, Mehdi Əfşar Nik, Məhəmməd Heydəri və Möhsün Həkimi tutulub.
“Media forum” saytının məlumatına görə, onları oktyabrın 5-də ETTELAAT əməkdaşları Tehranda həbs edib. ETTELAAT əməkdaşları Əli Əkrəmi və Mehdi Əfşar Niki yaşadıqları mənzillərdə tutublar. Hər iki jurnalistin evində axtarış aparılıb, onlara məxsus bir sıra əşyalar götürülüb. “Etimad” qəzetinin əməkdaşı Mehdi Əfşar Nik 2009-cu ildə keçirilən prezident seçkisi zamanı müxalif lider Mehdi Kərrubinin seçki qərargahının üzvü olub. Mehdi Kərrubi hazırda ev dustaqlığında saxlanır. Məhəmməd Heydəri və Möhsün Həkiminin hansı şəraitdə tutulduğu haqda məlumat yoxdur. Jurnalistlərin konkret nədə günahlandırıldığı və hazırda harada saxlandıqları bilinmir.


Fəallar ETTELAAT zindanına köçürülüb

5 nəfər azərbaycanlı milli-mədəni fəal ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində bir neçə gün sorğu-suala tutulduqdan sonra Təbrizin mərkəzi zindanın köçürülüblər.
İranda insan haqları fəalları qurumunun xəbər orqanının məlumatına görə, Şəhram Dadaşı, Məsud Bayrami, Rza Xacei, Rəhim Əlirzayi, Əkbər Mühaciri və Mehdi adlı şəxs sentyabrın 27-də (mehrin 5-də) tutulublar. Həbs əməliyyatından sonra onların evlərində axtarış aparılıb və bir sıra şəxsi əşyaları zəbt edilib. Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar iftar mərasimi zamanı tutuqlanan milli-mədəni fəallarla bağlı afişa (puster) yaydıqlarına görə saxlanılıb.

İranda azərbaycanlı əsgər azadlığa buraxılıb

İran ordusunun Tehrandakı qarnizonlarından birində xidmət edən əsgər Meysəm Azadi azadlığa buraxılıb. ETTELAAT əməkdaşları Azərbaycan dilində buraxılan “Urmu” tələbə jurnalının keçmiş əməkdaşı Meysəm Azadini sentyabrın 3-də qarnizondan tutub bilinməz istiqamətə aparmışdılar. Az sonra o, ETTELLAT-ın Urmiya şöbəsinin təcridxanasına köçürülmüşdü.
“Media forum” saytının məlumatına görə, Meysəm Azadinin azadlığa çıxması ailəsinin qoyduğu 180 min dollarlıq mülk girovu qarşılığında mümkün olub. Azərbaycanlı əsgərin konkret nədə günahlandırıldığı bilinməsə də, onun tutulub bir ay həbsdə saxlanması Urmiya gölünün qurumasına İran hakimiyyətinin laqeyd münasibətinə etiraz olaraq sentyabrın 3-də Güney Azərbaycanın bir sıra iri şəhərlərində keçirilən aksiyalarla əlaqələndirilir.


“Araz Azərbaycan” qəzeti yenidən çapa başlayır

İranın Mədəniyyət Nazirliyi Azərbaycan vilayətlərində (ostanlarında) çap üçün icazə verilmiş nəşrlərin dəqiq siyahısı barədə məlumat yaymır. Nəşrinə icazə verilən “Araz Azərbaycan” qəzetinin redaktoru İbrahim Ağazadə isə Mehr Xəbər Agentliyinə bildirib ki, bu qəzetin ən önəmli məqsədi “İş bilən və iş yaradan idarə rəhbərlərinin təşviqi ilə və islahat məqsədilə tənqiddir”. Qəzet oktyabr ayında 4-5 dəfə, noyabrdan  başlayaraq isə hər gün nəşr olunacaq”. İranın Mədəniyyət nazirliyi Azərbaycan vilayətlərində çap üçün icazə verilmiş nəşrlərin dəqiq siyahısı barədə məlumat yaymır.
Qeyri rəsmi məlumatlara görə, Qərbi Azərbaycanda 42 dərgi və qəzet çap üçün icazə alıb. Onların 4-ü gündəlik, 19-u həftəlik, 14-ü aylıq olaraq və 4-ü hər üç ayda bir dəfə çap olunmalıdır. İran qanunlarına görə, ölkənin beş regionunda (bölgəsində) dərgi və qəzet həmin bölgənin əhalisinin dilində nəşr oluna bilməz. Amma iki və ya üç dildə çap olunmasına imkan verilir. Belə ki, Qərbi Azərbaycan vilayətinin 42 nəşrindən 10-15 türk dilində bir neçə səhifə çap edə bilir.
Digər qəzet və dərgilər tamamilə fars dilində çap olunur. Şərqi Azərbaycan əyalətində isə 72 qəzet və jurnal çap olunur. Onlardan “Məhdi Azadi”, “Əsri Azadi”, “Fəcri Azərbaycan”, “Saebi Təbriz”, “Surxab”, “Əmin”, “Ərk” və “Azərbaycan” hər gün nəşr edilir. Zəncan əyalətinin Mədəniyyət idarəsinin verdiyi məlumata görə, bu vilayətdə 21 mətbu nəşr var. Onların 11-i fars dilində çap olunur.
Ancaq 10 qəzet türk və fars dillərində yayılır. Təbii ki türkdilli səhifələrin sayı fars bölümündən bir neçə dəfə azdır. Ərdəbil vilayətinin şəhərlərində 35 dərgi və qəzet nəşr üçün İran dövlətindən izin alıb. Onların içində gündəlik çap olunan yoxdur. Onların 26-sı həftəlik, 7-si aylıq və 2-si hər üç ayda bir dəfə nəşr edilir.
Ümumilikdə, İranda - 4 Azərbaycan vilayətlərində 170 qəzet və dərgi nəşr üçün icazə alıb. Amma, bu nəşrlərin bir çoxu hökumət tərəfindən bağlanıb, bəzilərinin çapına isə imkan verilmir.

Cavid TURAN

757 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008