22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

2011-10-10

İran rejimi İran-İraq müharibəsinin əlilini də həbs edib

Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olan İbrahim Cəfərzadə, Mina Kəhrubayi və Ayla Cəfərzadənin Xoyda keçirilən dəfn törənində həbs edilən milli fəal Şirzad Hacılının həyatı təhlükə altındadır. GAMOH-dan verilən məlumata görə, İran təhlükəsizlik qüvvələri milli fəalın evinə basqın ediblər.

Hacılının ailəsi təhdid edilib, hədələnib. Ailə üzvlərindən tələb olunub ki, İ.Cəfərzadəyə və ailəsinə sui-qəsd edildiyi barədə çox danışmasınlar. Qeyd edək ki, Şirzad Hacılı bir dəfə həbsdə olub. ETTELAAT məmurları ona amansız işgəncə veriblər.
GAMOH təmsilçisi Ağrı Qaradağlının Xoydakı mənbələrə istinadən bildirdiyinə əsasən, aclıq aksiyası və məmurlarını pis davranışı nəticəsində bu milli aktivistimizin həyatını ciddi təhlükə gözləyir. Hərəkatçının mədəsində qanaxmanın olduğu da bildirilir.
Təbrizdən də yeni xəbər var. Azərbaycanlı fəallar Məhəmmədrza Bəxşi Xace və Əkbər Mühaciri Təbrizin mərkəzi zindanına köçürülüblər. Adını çəkdiyimiz azərbaycanlı fəallar oktyabrın 1-də (mehrin 9-da) Sahib-ül əmr bazarında öz iş yerlərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar. Xatırladaq ki, Məhəmmədrza Bəxşi Xace İran-İraq müharibəsinin əlillərindən biridir.

Cavid TURAN

596 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008