22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

“ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

2011-10-19

Qənirə Paşayeva: “Cənubi Azərbaycandan olan yazarların Azərbaycanda tanıdılmasına çox böyük ehtiyac var”

“Əli və Nino” kitab evində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Cənubi Azərbaycan şöbəsinin təşəbbüsü ilə görüş keçirilib. Cənubi Azərbaycan ədəbiyyatının tanıtımı və eyni zamanda Cənubi Azərbaycan ədəbiyyatı fondunun yaradılması ilə bağlı tədbirdə millət vəkilləri, ziyalılar iştirak ediblər.

Tədbiri açan AYB-in Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz bildirib ki, İranda İslam inqilabından sonra 10 il Cənubi Azərbaycan ədəbiyyatı inqilaba, müharibəyə qulluq edib: “Müharibə bitdikdən sonra Cənubi Azərbaycan ədəbiyyatında yeni dalğa vüsət aldı. Əsas mövzu millilik idi”. “Qaynar.info”nun məlumatına görə, S.Aruz qeyd edib ki, onların planlarında Cənubi Azərbaycanla bağlı fond yaradaraq onun vasitəsilə Cənubi Azərbaycandan olan gənc yazarların kitablarını nəşr etdirmək, onları Azərbaycana səfərə dəvət etmək var.
Deputat Qənirə Paşayeva deyib ki, görüşün Azərbaycanın müstəqilliyinin 20 illik günündə keçirilməsi əlamətdar hadisədir. Millət vəkilinin fikrincə, Cənubi Azərbaycandan olan yazarların Azərbaycanda tanıdılmasına çox böyük ehtiyac var: “Bizdə onlar haqqında geniş məlumat yoxdur. Əlimizdən gələn köməyi göstərməliyik, təbliğ etməliyik. Telekanallarımızda Cənubi Azərbaycandan olan yazarları müxtəlif proqramlara dəvət edilmələri, qəzetlərdə çap edilməsi lazımdır”. Q.Paşayevanın fikrincə, təbliğ yollarından biri də iş adamlarının bu kitabların 200-300 nüsxəsini alıb, digərlərinə hədiyyə etməsidir.
“Bununla biz həm həmin yazarlara kömək etmiş olarıq, həm də kitab hədiyyə etmə mədəniyyətini aşılaya bilərik”.
Deputat Qüdrət Həsənquliyev də belə bir məsələdə iş adamlarının boynuna böyük bir məsuliyyətin düşdüyünü qeyd edib: “Hamı bilir ki, yaradıcı adam biznesdən uzaq adam olur və pul qazanmaq arxasınca qaçmır. İş adamları belə insanlara yardım etməlidir və onların səfərlərinin təşkilini, kitablarının dərcini öz boyunlarına götürməlidirlər”. Bununla belə, Q.Həsənquliyev öz varlığımız qədər Azərbaycanın bütövləşəcəyinə inanmalı olduğumuzu qeyd edib.

ELŞAD

745 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008