 |
Güney hadisələri
AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR 2011-10-25 Cənubi Azərbaycandakı repressiyalar xalq qəzəbinin qarşısını ala bilmir
|
Oktyabrın 23-də Türkiyənin Van şəhərində baş vermiş güclü zəlzələ Qərbi Azərbaycan əyalətində də dağıntılara səbəb olub. İranın parlamentinin Xoy və Çaldıran şəhərlərindən seçilmiş deputatı Müvəyyid Hüseyni jurnalistlərə açıqlamasında əyalətin Türkiyə sərhədinə yaxın bölgələrində qeydə alınmış 6,5 bal gücündə zəlzələ haqda belə deyib: “100-ə yaxın kənd ciddi ziyan görüb. Ancaq ölənlərin və yaralıların sayı o qədər də çox deyil”. Bu ərəfədə azərbaycanlı fəallara qarşı repressiyalar davam edir. Nasir Derzaşəmşir (Aydın Muğanlı) bir neçə aydır Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) bir nəfərlik kamerasında saxlanılır. Cənab Derazşəmşir 2011-ci il avqust ayının 6-ı (mordad ayının 15-i) Muğanın Cəfərabad qəsəbəsində saxlanılaraq Təbrizin ETTELAAT şöbəsinə aparılıb. Tutulduğu gündən bəri bir nəfərlik kamerada saxlanılan Derazşəmşirlə, bir neçə dəqiqəlik anası ilə görüşdən başqa heç bir təmasa icazə verilmir. Onun yaxalanmasının səbəbi ilə bağlı ailəsinə heç bir məlumat verilmir. Hərəkatçı bu müddətdə vəkil tutmaq hüququndan da məhrum olub. Təbrizin ETTELAAT idarəsindən onun ailəsinə bildirilib ki, müəyyən səbəblərə görə Derazşəmşirin ETTELAATın bir nəfərlik kamerasında saxlanılma müddəti uzadılıb. Qeyd edək ki, Adını çəkdiyimiz azərbaycanlı fəalın tutulduğu müddətdə bundan başqa heç bir bilgi əldə edilməyib. Xatırladaq ki, Bakı Dövlət Universitetinin məzunu, magistr dərəcəsinə yiyələnmiş Güney Azərbaycanlı Nasir Derazşəmşir öz dostları arasında milli-mədəni fəaliyyətlərlə məşğul olub və bundan başqa heç bir suç işləməyib. Azərbaycanlı milli-mədəni fəal Abdullah Səduqi oktyabrın 24-də (abanın 2-də) Təbrizin ETTELAAT idarəsinə göndərilib. Cənab Səduqi avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutulan təxminən 30 nəfərdən biridir. O, 20 gün ETTELAT təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdür. Həmçinin cənab Səduqi ETTELAAT təcridxanasında saxlanılan zaman qanunsuz saxlanıldığına görə, aclıq aksiyası (etisab-i ğəza) etmiş və səhhəti pisləşmişdir. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı iftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların dərhal azad edilməsini tələb edibdir. Tanınmış azərbaycanlı fəal Abbas Lisani barədə nigaranlıqlara isə son qoyulmur. Məlumata görə, onun harada saxlanıldığı bəlli deyil. Bu barədə Vəkil Nağı Mahmudi, “Radi Zəmanə”-yə məlumat verib. O, cənab Lisaninin son vəziyyəti barədə belə deyib: “Abbas bəy Lisaninin harda saxlanıldığı barədə heç bir məlumat yoxdur. Lisani aclıq aksiyasını dayandırdıqdan sonra öz ailəsi ilə 5 dəqiqəlik telefon əlaqəsi saxlayıb və bildirib ki, əgər başıma bir bəla gəlirsə bilin ki, aclıq aksiyasından deyil. Bu isə, işgəncələrin və münasibətlərin şiddətindən xəbər verir. O demək istəyib ki, vəziyyəti ağırdır və cismi-ruhi işgəncələr altında saxlanılır”. Təbrizin “Səhənd” stadionunda “Traxtu”la “Saypa” futbol komandaları arasında keçirilən oyunda bir neçə nəfər həbs olunub. Oktyabrın 21-də (mehrin 29-da) keçirilən müsabiqə zamanı tutulanların əksəriyyətinin yaşı 15-dən aşağıdır. Məlumata görə, tutulanlar keçən 6-cı gün (şənbə günü) nəzərdə tutulan etiraz yürüşü ilə bağlı bildiriş yayıb və özləri ilə daşıdıqlarına görə tutulublar. Tutulanların bəzisi yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Tutulanların bir neçəsinin kimliyi bəllidir. Onlar aşağıdakılardır: Fərzad Kazimi İsfəncani, Behnam Sasani İsfəncani, Qurban, Seyid Rəzəvi, Vəhid Xeyri. Sabah isə Təbriz başda olmaqla Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Tehranda Urmu gölünü xilas məqsədilə izdihamlı yürüş-mitinqlərə başlanılacağı gözlənilir. Güney boyu yayılan bildirişlərdə xalq meydana dəvət olunur. Artıq İran ordusunda xidmət edən azərbaycanlı zabit və əsgərlərə də etirazçılara əl qaldırmamaq xahişi ilə müraciət edilib. Cavid TURAN 739 dəfə baxılıb
|
[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ [26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ [27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR [06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB [07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT ARXIV
|