22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

2011-10-30

Təbrizin İnqilab Məhkəməsində 13 nəfər tanınmış azərbaycanlı fəalın məhkəməsi keçirilib. Hakim Dolətabadinin sədrli ilə keçirilən iclasda azərbaycanlı fəallar özlərini onlara qarşı irəli sürülmüş ittihamla bağlı müdafiə edib və sualları cavablandırıb. Təbriz İnqilab Məhkəməsinin müstəntiqi onları Azərbaycan Respublikasına casusluqda suçlayıb.

Hazırda Gürcüstanda mühacir həyatı yaşayan GAMOH təmsilçisi Ağrı Qaradağlı məhkəməsi keçirilən azərbaycanlı fəalların siyahısını “Yeni Müsavat”a təqdim edib. Onlar Əkbər Azad, Behbud Quluzadə, Əlirza Əbdullahi, Mahmud Fəzli, Şəhram Radmehr, Şükrullah Qəhrəmani, Sona Fərəczadə, Pınar Fərəczadə, Həsən Rəhimi, Heydər Kərimi, Aydın Xacei, Yunis Süleymani və Nəim Əhmədidir.
Xatırladaq ki, adını çəkdiyimiz tanınmış azərbaycanlı fəallar milli-mədəni zəmindəki fəaliyyətlərinə görə keçən il həbs edilib, müxtəlif ittihamlarla suçlanıb və aylarla bir nəfərlik kameralarda saxlanılıb. Onlara qarşı əsas ittihamlar GAMOH üzvü olmaq və Azərbaycan Respublikasına casusluq etməklə bağlıdır.
GAMOH üzvləri Yürüş Mehrəlibəyli və Lətif Həsənlinin isə ikinci məhkəməsi olacaq. Məhkəmə 3 gün sonra Təbriz İnqilab Məhkəməsində keçiriləcək. Bu iki tanınmış milli hərəkatçi keçən il 9 ay ETTELAAT-ın təcridxanasında təkadamlıq otaqda işgəncələr altında saxlanıb. Onlara da qarşı əsas ittiham GAMOH Mərkəzi Komitəsində olmaları və Azərbaycan Respublikasına casusluq etməklə bağlı olub.

Cavid TURAN

3049 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008