22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

2011-12-09

İranda Azərbaycan dövləti əleyhinə keçirilən tədbirlər davam etdirilir. APA-nın İran KİV-nə istinadən verdiyi məlumata görə, “Şəriət məhkumları” silsiləsindən keçirilən növbəti konfrans “Azərbaycan Respublikasında islamçılıq hərəkatının araşdırılması” mövzusunda keçirilib.

Toplantıda “Aran” Beynəlxalq Araşdırmalar və Mədəniyyət İnstitutunun müdiri Həsən Qulu Azərbaycana qarşı ərazisi iddiası ilə çıxış edib. O, Azərbaycan Respublikasında insan hüquqlarının və dini dözümsüzlüyün, əsasən də müsəlmanlara qarşı diskriminasiya siyasətinin yeridilməsi kimin iddialar səsləndirib: “Dünyanın ikinci şiə müsəlman ölkəsi olan Azərbaycan Respublikasının xalqı üçün İmam Hüseyn əzadarlığının normal keçirilməsi təmin olunmur. Azərbaycan Respublikası tarixi İran ərazisidir, zor gücünə işğal edilib. Bu ərazilərin adı Aran olmasına baxmayaraq, indiki Azərbaycan Respublikasında İrana və şiəçiliyə qarşı düşmənçilik cərəyanları ortalığa atılıb, indiyə kimi də davam etməkdədir”.
H.Qulu deyib ki, 1937-ci ildə Azərbaycanda müsəlmanlara qarşı repressiya ən yüksək həddə olub: “Bu dövrdə regionda 300 mindən yuxarı şiə qətlə yetirilib, çoxlu sayda ruhani və hətta müctəhid öldürülüb. Məscidləri bağlamaq, İmam Hüseyn əzadarlığını qadağan etmək kommunist rejiminin şiəlik əleyhinə olan digər əməllərindən olub. Təəssüf ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da dinlə mübarizə başqa formada davam etdirilir, Bakı dövləti Misir və Tunisdə diktatorların süqutundan sonra dünyanın ən anti-İslam ölkəsinə çevrilib. Halbuki, bu ölkə İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Məscidlərin sökülməsini, din alimlərinin dəftərxanalarının açılmasının qadağan olmasını, əzadarlıq heyətlərinin küçələrə çıxmasının qarşısının alınmasını, İranda dini təhsil almış ruhanilər tərəfindən dinin təbliğ olmasına qadağa qoyulması və sair əməllər Bakı dövlətinin islamofobiya siyasətinin göstəricisidir”.
O, İranı Azərbaycan Respublikasının daxili işlərinə qarışmağa da çağırıb: “Bu ölkənin şiələrinin təzyiqlər altında olduğunu demək və onları dəstəkləmək, biz, İran xalqının vəzifələrindən biridir”.

Xəbər xidməti

1425 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008