|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Azərbaycanlı fəal, jurnalist Səid Mətinpur isə 2 il 5 aydır ki, Evin zindanının 350-ci bölməsində saxlanılır. Bu barədə azərbaycanlı fəalın həyat yoldaşı Ətiyə Tahiri açıqlama verib. Ona yarım ildir ailəsi ilə görüşməyə icazə vermirlər. “Səbəbini öyrənmək üçün Tehran vilayətinin prokurorluğuna bir neçə dəfə məktub yazmışam. Amma hələ də cavab almamışam. Hər həftə onunla telefonla danışmaq üçün Zəncandan Tehrana gəlirəm, amma görə bilmədən qayıdıram”-deyə, həyat yoldaşı bildirib. Ə.Tahiri Səid Mətinpurun səhhəti ilə bağlı da məlumat verib: “Səid bəyin onurğa sümüyündə ciddi problem var, bundan əziyyət çəkir. Onu müayinə edən zindan həkimi bildirib ki, bu vəziyyətdə həbsdə qala bilməz, müalicə üçün xəstəxanaya aparılmalıdır. Məhbusları xəstəxanaya aparanda ayaqlarına qandal vururlar. Qandallanmamaq üçün Səid bəy xəstəxanaya getməkdən imtina edir”. Qeyd edək ki, Tehran Universitetində fəlsəfə ixtisası üzrə təhsil almış Səid Mətinpur 2007-ci ilin may ayında Zəncan şəhərində həbs olunub. O, 278 gün təkadamlıq kamerada saxlanıldıqdan və işgəncələrə məruz qaldıqdan sonra 5 milyard rial (500 min ABŞ dolları) girovla müvəqqəti azadlığa buraxılıb. Səid Mətinpuru Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. O, “Mərdom-e nou” və başqa yerli dərgilərdə yayımladığı məqalələrdə İran adlanan yerin yetkililərinin azərbaycanlılara qarşı yürütdükəri basqını tənqid edib. Səid Mətinpur “Yarpaq”, “Moc-e bidari” (“Oyanış dalğası”) kimi həftəlik dərgilərin redaksiya heyətlərində də çalışıb. Cavid TURAN 1993 dəfə baxılıb
|
[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ [27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR [06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB |
| Yeni MÜSAVAT © 2008 |
|