22 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Güney hadisələri

SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

2012-01-16

Əhli-haqq (ələvi) təriqətinə mənsub olan Yunis Ağayanın edam hökmü ləğv edilib. O, məhkəmə tərəfindən ömürlük həbsə məhkum edilib. GünAz.TV-nin məlumata görə, bu barədə məhkəmənin səlahiyyətli şəxsləri məhkuma şifahi olaraq açıqlama veriblər.

Qeyd edək ki, Miyandabın (Qoşaçay) Üçtəpə kəndindən olan Y.Ağayan 2004-cü ildə dörd azərbaycanlı fəal - İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Mehdi Qasımzadə ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət göstərmək ittihamıyla həbs edilib. Məhkəmə əvvəlcə onların hamısı barəsində edam hökmü çıxarıb. Ancaq sonradan İ.Qasımzadə, S.Məhəmmədi və B.Məhəmmədin üzərindən bu hökm götürülüb və onlar Yəzd həbsxanasına sürgün edilməklə 13 illik həbsə məhkum olunublar, M.Qasımzadə və Y.Ağayanın barəsində çıxarılmış edam qərarı isə qüvvədə qalıb. Nəticədə Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmu zindanında dar ağacından asılıb.
Bu arada Güney Azərbaycan Milli Hərəkatının fəalları Məhərrəm Kamrani və Saleh Molla Abbasi 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Azərbaycanlı fəallar qanunsuz etiraz aksiyalarında iştirak etməkdə və İranın mövcud quruluşu əleyhinə təbliğat aparmaqda günahlandırılır.
Təbriz Universitetinin rəhbərliyi isə ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Azərbaycan Tanıtım Ocağını bağlamaq qərarına gəlib. Dak.org-un məlumata görə, bununla bağlı təşkilatın katibi Moin Bədri də məlumatlandırılıb. Azərbaycan Tanıtım Ocağının bağlanmasına səbəb kimi ötən il Təbriz Universitetində keçirilən kitab sərgisində azərbaycanlı tələbələrin milli geyimdə iştirak etməsi göstərilir. Məsələyə münasibət bildirən təşkilatın katibi bunu açıq-aşkar qanun pozuntusu adlandırıb.

Cavid TURAN

3944 dəfə baxılıb

Xəbəri paylaş

[14.05.2012] - BAKIYA QARŞI AKSİYA TƏŞKİL EDƏN İRAN REJİMİ AZƏRBAYCANLILARIN ŞUŞA AKSİYASINA İMKAN VERMƏDİ

[26.03.2012] - 2012-ci İL “URMU GÖLÜNÜ XİLAS İLİ” ELAN EDİLDİ

[27.02.2012] - SOYDAŞIMIZ ƏHMƏDİNEJADI TƏHQİR ETMƏKDƏ SUÇLANIR

[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB

[16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU

[19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR

[09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU

[23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

[17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM”

[30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR

[25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR

[19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK

[12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ

[10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR

[07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR

[05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI

[28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ

[27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR

[20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB

[07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT

ARXIV

Yeni MÜSAVAT © 2008