 |
Güney hadisələri
MƏŞHUR REJİSSOR HƏBS OLUNDU 2010-03-02
|
İranın məşhur kinorejissoru Cəfər Pənahi ailə üzvləri və qonaqları ilə birlikdə saxlanıb. “Media forum” saytının məlumatına görə, kəşfiyyat işləri üzrə nazirliyin (ETTELAAT) əməkdaşları martın 2-nə keçən gecə Pənahinin mənzilinə basqın edərək onu xanımı, qızı və 15 qonağı ilə birlikdə tutublar. Evdə axtarış aparılıb, kinorejissorun şəxsi kompüteri və bəzi əşyaları götürülüb.
Pənahinin oğlu jurnalistlərə açıqlamasında valideynlərinin həbsini atasının İrandakı müxalif “yaşıl hərəkat” və onun liderlərindən Mirhüseyn Musəvinin tərəfdarı olması ilə əlaqələndirib.
Bir neçə ay əvvəl kinorejissorun xarici ölkələrə səfərinə və beynəlxalq film festivallarına qatılmasına qadağa qoyulmuşdu. 767 dəfə baxılıb
|