|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Bir müddət öncə həbs olunaraq Təbriz təcridxanasına salınmış Güney Azərbaycan Milli Hərəkatının Güntay adı ilə tanınan fəalı Abdullah Sadiqi 14 gündür ki, aclıq aksiyasını davam etdirir. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının verdiyi məlumata görə, martın 3-də siyasi fəalın mədəsində qanaxma olub. Qan təzyiqi kəskin düşən Sadiqi komaya düşüb. Qeyd edək ki, azərbaycanlı fəal Təbrizin “Traktor” futbol klubunun fəal azarkeşi olaraq plakatlar hazırlayır və yayırmış. Onun sağlıq durumu türmədə gördüyü işgəncələrdən sonra pisləşib. Bu arada İran hakimiyyəti daha bir azərbaycanlı siyasi fəalı həbsə atıb. Milli dəyərlərin təbliği ilə məşğul olan “Arman” (“İstək”) cəmiyyətinin Mərənd şöbəsinin sədri Qadir Novruzi üç gün əvvəl ETTELAAT-a çağırılıb. Dindirilmədən sonra Qadir Mərəndi təcridxanaya salınıb. Həbsdən sonra siyasi fəalın mağazasını da bağlayıblar. Cavid TURAN 581 dəfə baxılıb
|
[06.02.2012] - ETTELAAT AZƏRBAYCANLI “OVU”na BAŞLAYIB [16.01.2012] - SOYDAŞIMIZ EDAM CƏZASNDAN QURTULDU [19.12.2011] - AZƏRBAYCANIN GÜNEYİNDƏN ACI XƏBƏRLƏR [09.12.2011] - İRANDA AZƏRBAYCAN YENƏ TƏHDİD OLUNDU [23.11.2011] - İRANDAKI FUTBOL MATÇINDA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB [17.11.2011] - “ELÇİBƏY MƏNƏ 300 TÜMƏN GÖNDƏRDİ, GERİ QAYTARDIM” [30.10.2011] - 15 AZƏRBAYCANLI AZƏRBAYCANA CASUSLUQDA İTTİHAM OLUNUR [25.10.2011] - AZƏRBAYCANIN GÜNEYİ 27 OKTYABRA HAZIRLAŞIR [19.10.2011] - “ƏLİ VƏ NİNO”dan CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATINA DƏSTƏK [12.10.2011] - İRANDA AZƏRBAYCAN ƏLEYHİNƏ NÜMAYİŞ KEÇİRİLDİ [10.10.2011] - HƏRƏKATÇININ SUİ-QƏSDİ ÖRT-BASTIR EDİLİR [07.10.2011] - ARAZIN O TAYINDAN GƏLƏN XƏBƏRLƏR [05.10.2011] - 653 YAZIÇI GÜNEYLİ ŞAİRƏNİN MÜDAFİƏSİNƏ QALXDI [28.09.2011] - OKTYABRIN 1-də GÜNEY AZƏRBAYCAN AYAQDA OLACAQ [27.09.2011] - GÜNEYDƏN ACI XƏBƏRLƏR [20.09.2011] - AZƏRBAYCANLI ŞAİRƏYƏ ZİNDANDA İŞGƏNCƏ VERİLİB [07.09.2011] - URMİYA VƏ TƏBRİZDƏ TUTHATUT [05.09.2011] - URMİYADA TUTULANLARIN KİMLİYİ BƏLLİ OLUB [03.09.2011] - BU GÜN ARAZIN O TAYINDA “QƏZƏB GÜNÜ”dür |
| Yeni MÜSAVAT © 2008 |
|